Dünyanın ən möhkəm yapışqanı

Dünyanın ən möhkəm yapışqanı

Çaylarda, su mənbələrində və su kanallarında yaşayan “caulobacter crescentus” adlı şirin su bakteriyası müvafiq yerdə dayanmaq üçün təbiətdəki ən möhkəm yapışqandan istifadə edir. Bakteriyanın ifraz etdiyi yapışqan maye ən güclü sənaye yapışdırıcılardan belə üç dəfə daha möhkəmdir.

Alimlərin tədqiqatlarına əsasən, bu bakteriyalardan birini yapışdığı yerdən qoparmaq üçün 1 mikro nyutonluq qüvvə tətbiq olunmalıdır. Bakteriyanın yapışma qüvvəsi 50 qəpik böyüklüyündəki pulun üstünə 3-4 avtomobil qoyularaq əldə edilən təsirə bərabərdir. Daha da maraqlısı budur ki, bu yapışqanın yaş yerlərdə belə kifayət qədər təsirlidir. (1)

İndiana Bluminqton Universitetində bu bakteriyanı tədqiq edən bakterioloq İv  Brun yapışqandan öz-özünə əriyən cərrahi yapışqan hazırlamağı təklif etmişdir.

Hazırda alimlər Allahın təbiətdə yaratdığı bu möcüzəvi yapışqnadan ilhamlanaraq gələcəkdə müxtəlif sahələr üçün yeni yapışqanlar təkmilləşdirmək üzərində düşünürlər. İv Brun yapışqandan əməliyyatlarda yaraların bağlanmasında və ya stomatologiya sahəsində geniş istifadə olunacağını düşünür.

Bakteriya qayalara və şüşə pipetkanın daxili səthlərinə nazik uzun sapabənzər orqanı ilə yapışır. Bu orqanının üzərində zəncirvarı şəkər molekulları ilə əhatələnmiş yapışma aləti yerləşir. Bakteriyanın möhkəm yapışmasını bu şəkər molekulları təmin edir. “Caulobacter” bakteriyası hər cür yerə yapışmaq üçün xüsusi əmici yapışma aləti ilə birlikdə yaradılmışdır.

Hazırda alimlər bu yapışqanı istehsal etməyə çalışırlar. Olduqca diqqətli olmaq zəruridir, çünki yapışqana təzyiqli su belə təsir etmədiyi üçün yuyaraq təmizləmək mümkün deyil.

Bakteriyanın yapışqanını təqlid etmə cəhdi bu gün təkamül nəzəriyyəsini müdafiə edən alimlər üçün də çox ağır məğlubiyyətdir. Çünki sözdə təkamül pilləsinin ən inkişaf etmiş canlısı kimi qəbul etdikləri insanın ən sadə quruluşlu canlılardan biri kimi qəbul etdikləri bakteriyanı təqlid etməyə çalışması, ondan ilhamlanması təkamülçülər üçün qəbuledilməzdir. XXI əsrin yüksək inkişaf etmiş elm və texnologiyası təkamül nəzəriyyəsinin cəfəngiyyat olduğunu bir daha ortaya qoyur. Bu canlılarda qarşılaşdığımız hər xüsusiyyət Allahın gözlə görünməyən canlıda necə qüsursuz sənət meydana gətirdiyini kəşf etmək və bunu təqdir edə bilmək üçün yoldur.

1. http://www.ntvmsnbc.com/news/370048.asp

2. http://www.physorg.com/news63981444.html