Su tısbağaları

Su tısbağaları

Okeanlarda yaşayan su tısbağaları çoxalma vaxtları gələndə sahilə axın edirlər. Ancaq hər sahilə yox, məhz özlərinin doğulduqları sahilə. Bunun üçün tısbağalar bəzən 800 kilometr yol qət etmək məcburiyyətində qalırlar. Amma bu uzun və çətin səyahət vəziyyəti dəyişdirmir, hər nə olursa-olsun, doğmaq üçün öz doğulduqları sahilə gəlirlər.Doğulan andan doğulduğu yerdən uzaqlaşmış bir canlının 20-25 ildən sonra həmin yeri tapa bilməsinin izahı olduqca çətindir. Üstəlik, hər yerin bir-birinə bənzədiyi okean dibindən, bir-birinə bənzəyən sahillər arasından doğulduğu yerin səmtini tapa bilmək qeyri-adi bir şeydir.

Beləliklə, minlərlə kompassız səyahətçi eyni vaxtda eyni sahildə toplaşır. Əvvəllər tam olaraq anlaşılmayan bu israrlı görüşmənin arxasında duran səbəblər insanları heyrətə gətirmişdir.
 
Tısbağalar balalarının dəniz şərtləri içində həyatda qalmalarının çətin olacağını bildiklərindən, yumurtalarını sahildə qumların altında gizlədirlər. Bəs nə üçün hamısı eyni vaxtda eyni sahilə toplaşırlar? Məgər eyni işi, ayrı-ayrı zamanlarda, ayrı-ayrı sahillərdə görsələr, balaları həyatda qalmazmı? Bu məsələni araşdıranlar son dərəcə maraqlı bir vəziyyətlə qarşılaşmışlar. Qumların altındakı minlərlə bala başlarındakı sərt həlqə sayəsində yumurtanı qırdıqdan sonra bir neçə çətin maneəni də aşmaq məcburiyyətindədirlər.
 
”Sizin yaradılışınızda və yayıb səpələdiyi canlılarda tam yəqinliklə inananlar üçün əlamətlər vardır” (”Casiyə”, 45/4).
 
31 kq-lıq balalar üstlərindəki torpaq təbəqəsini tək başlarına qaza bilməzlər. Bunun üçün yumurtadan çıxan balalar bir-birilərinə kömək edirlər. Sahildəki minlərlə bala eyni anda torpağı qazmağa başlayaraq bir neçə gün içində qumun üzərinə çıxmağa müvəffəq olurlar. Ancaq üzə çıxmazdan əvvəl bir müddət dayanıb, hamısı birlikdə gecənin düşməsini gözləyirlər. Çünki gündüz yırtıcı quşlara yem olma ehtimalı vardır. Bundan başqa, gündüz günün istisindən qızmış qumda sürünərək irəli getmək onlar üçün olduqca çətindir. Gecə isə qazma işlərini tamamlayaraq qumun üstünə çıxırlar. Qaranlıq olmasına baxmayaraq dənizin səmtini tapıb, sürətlə ona doğru yönəlirlər və 20-25 il sonra yenidən dönmək üçün sahili tərk edirlər.
 
Təzə dünyaya gəlmiş bu balaların yumurtadan çıxdıqları zaman torpağı qazaraq yuxarıya doğru irəliləmələri və müəyyən müddət gözləmələri lazım olduğunu bilmələri mümkün deyil. Hələ torpağın altında ikən gecə və ya gündüz olduğunu, yırtıcı quşların varlığını, onlara yem ola biləcəklərini, torpağın Günəşdən qızdığını və bunun onlara zərər verə biləcəyini, sürətlə dənizə yönəlmək məcburiyyətində olduqlarını bilmələri də əlbəttə, mümkün deyildir. Bəs bu şüurlu üsul necə ortaya çıxır?
 
Şübhəsiz, tək cavab balaların bu üsulu bilmələri üçün əvvəlcədən ”proqramlaşdırıldıqları”dır. Yəni onları var edən Yaradıcı həyatlarını qorumaları üçün lazım olan instinkti də vermişdir.