Genetika — orqanizmlərin irsiyyəti və dəyişkənliyi haqqında bioloji təlim

Genetika — orqanizmlərin irsiyyəti və dəyişkənliyi haqqında bioloji təlim

Genetika — orqanizmlərin irsiyyəti və dəyişkənliyi haqqında bioloji təlim. Genetika Biologiya fənləri kompleksində mərkəzi yerlərdən birini tutur. Müasir genetika, irsiyyət və dəyişkənlik hadisəsini-biokimya, biofızika, sitolo-giya, embriologiya, mikrobiologiya, zoologiya, botanika, seleksiya, bitkiçilik və hey-vandarlıq kimi bioloji elmlərin nailiyyətlərinə əsaslanaraq öyrənir. Genetik tədqiqatlar, biologiyanın nəzəri sahəsini və habelə zootexniyanı, baytarlığı, kənd təsərrüfatı hey-vanlarının seleksiyasını, bitkilərin seleksiya və toxumçuluğunu, tibbi xeyli zənginləş-dirmişdir.

Molekulyar səviyyədə genetik tədqiqatların əsas obyekti nuklein turşuları - DNT və RNT-nin molekullarıdır. Bunlar irsi informasiyanın saxlanılmasını, ötürülməsini və realizə olunmasını təmin edir.

Virusları, bakteriyaları, göbələkləri, bitki və heyvan hüceyrələrini orqanizmdən kənar (in vıtro) becərmək və onların nuklein turşularını öyrənmək, orqanizmlərin hə-yat fəaliyyəti prosesində genlərin təsirinin qanunauyğunluqlarını müəyyən etməyə imkan verir.