Bitkilərin dünyası

Bitkilərin dünyası

Hamımızın çox yaxşı tanıdığı “bitki toxum”una aid belə bir sual verək: Ağac qabığı qədər bərk olan qabığın içindəki bitki toxumunu ağac qabığından fərqləndirən nədir?

Bu cür suallar alışmadığımız suallardır.Çünki toxum da, ağac qabığı da bəzi insanlar üçün əhəmiyyətsizdir.Amma bir çox insan üçün ətrafda düşünməli və çox əhəmiyyətli şeylər var.

Ətrafına adi gözlə baxaraq hərəkət edən insanlarda bu məntiq olduqca məşhurdur.Bu insanlar üçün hər hansı bir mövzu haqqında ehtiyaclarını ödəyəcək qədər məlumat sahibi olmaq kifayətdir.Bu dayaz məntiqə görə ətrafda baş verən hər şey alışılmış və sıravidir, hər şeyin mütləq “məlum” və “alışılmış” izahı var.

Ağcaqanad uçur, çünki qanadları var, Ay da həmişə səmadadır.Dünya kosmosdan gələn təhlükələrdən qorunur, çünki atmosfer var. Oksigen tarazlığı da heç pozulmur.İnsan eşidir, görür, hiss edir…

Halbuki insan bu dar məntiqdən kənara çıxıb ətrafındakı hadisələrə baxışını dəyişdirsə , qarşısında çox geniş üfüqün açıldığını görər. Niyə, nəyə görə, necə, nə üçün suallarını daha çox soruşub düşünməyə, ətrafında baş verənləri araşdırmağa başlayar.Əvvəllər ona kifayət edən izah indi yetərsiz olar.Ətrafda meydana gələn hadisələrdə, canlıların sahib olduqları xüsusiyyətlərdə, qısaca desək, hər şeydə bir möcüzənin olduğunu qavramağa başlayar.

Bitkilərin varlığı yer üzündəki canlıların həyatı üçün çox vacibdir. Bu cümlənin daşıdığı əhəmiyyəti başa düşmək üçün belə bir sual vermək olar: “İnsan həyatı üçün ən əhəmiyyətli ünsürlər nələrdir?”.Əlbəttə ki, bu suala cavab olaraq oksigen, su, qida kimi əsas ehtiyacları göstərə bilərik.Bütün bu maddələrin yer üzündəki tarazlığını təmin edən ən əhəmiyyətli faktor yaşıl bitkilərdir.Bundan başqa, yer üzərdəki istiliyin təmin edilməsi, atmosferdəki qazların tarazlığının qorunması yalnız insanlar üçün deyil, bütün canlılar üçün də son dərəcə böyük əhəmiyyət kəsb edir.Bütün bu tarazlıqları təmin edənlər isə yenə də yaşıl bitkilərdir.

Yaşıl bitkilərin fəaliyyətləri yalnız bunlardan ibarət deyil.Bildiyimiz kimi, yer üzündəki həyatın əsas enerji qaynağı Günəşdir.Ancaq insanlar və heyvanlar günəş enerjisini bilavasitə istifadə edə bilmirlər, çünki bu enerjini olduğu kimi istifadə edə biləcəkləri sistemlərə sahib deyillər.Buna görə də insanlar və heyvanlar ancaq bitki mənşəli qidalar vasitəsilə günəş enerjisindən istifadə edə bilirlər.Hüceyrələrimizdə istifadə edilən enerji xammallarının hamısı bitkilər vasitəsilə əldə etdiyimiz günəş enerjisidir.Məsələn, çay içərkən, çörək yeyərkən əslində günəş enerjisi qəbul edirik.Əzələlərimizdəki qüvvət də günəş enerjisinin fərqli formasından başqa bir şey deyil.Bitkilər bizim üçün günəş enerjisindən istifadə edib, kompleks proseslər apararaq əldə etdikləri xammalı molekullarına toplayırlar.Heyvanlar üçün də vəziyyət eynidir.Onlar da bitkilərlə qidalanır və bunun sayəsində enerji paketləri şəklində yığdıqları günəş enerjisindən istifadə edirlər.

BİTKİLƏRİN DÜNYASI

Bitkilərin hüceyrələrində insan və heyvan hüceyrələrindən fərqli olaraq günəş enerjisini düzgün istifadə edə bilən strukturlar mövcuddur. Bitki hüceyrələri bu strukturların köməyi ilə günəşdən gələn enerjini insanlar və heyvanlar tərəfindən qida yolu ilə qəbul ediləcək enerjiyə çevirir. Bu xüsusi proseslər sisteminə fotosintez deyilir.

«Bitki hüceyrəsinin içində çox fərqli hissələr var. Hər bir hissə fərqli kimyəvi maddələrdən meydana gəlmişdir və hər biri fərqli bir vəzifəni yerinə yetirmək üçün xüsusi olaraq hazırlanmışdır. Aşağıdakı şəkildən aydın olduğu kimi, bitkilər  bütün canlı hüceyrələrdən fərqli olaraq öz qidalarını özləri formalaşdırırlar.»
Bitkilərin fotosintez edə bilmələri üçün lazım olan mexanizm, miniatür fabrik bitkilərin yarpaqlarındadır. Lazım olan mineralları və suyu daşımaq üçün son dərəcə xüsusi bir quruluşa sahib olan daşıma sistemi də gövdədə və köklərdə mövcuddur. Çoxalma sistemi isə hər bitki növü üçün xüsusi olaraq hazırlanmışdır.

Bütün bu mexanizmlərin hər birinin daxilində kompleks strukturlar var. Bu mexanizmlər bir-birlərinə bağlı şəkildə çalışırlar. Biri olmadan digərləri funksiyalarını yerinə yetirə bilmir. Məsələn, daşınma sistemi olmayan bir bitki götürək. Belə bir bitki  fotosintez ede bilməyəcək, çünki fotosintez üçün lazım olan su daşıyıcı kanalları yoxdur. Bitki qida maddələri hazırlasa belə, bunu gövdənin digər hissələrinə daşıya bilmədiyindən bir müddət sonra öləcək.

Bu nümunədə olduğu kimi, bitkidə olan bütün sistemlərin də qüsursuz şəkildə işləməsi zəruridir. Meydana gələn naqisliklər, ya da mövcud quruluşdakı bir əskiklik bitkinin funksiyalarını yerinə yetirə bilməməsinə səbəb olacaq, bu da bitkinin   ölümü  və növünün yox olmasına gətirib çıxaracaq.

Sonrakı bölmələrdə bitkilərin sahib olduğu strukturlar ətraflı şəkildə araşdırıldığı zaman son dərəcə kompleks və qüsursuz dizaynın ortaya çıxdığını görəcəyik. Yer üzündəki bitki müxtəlifliyinə nəzər salsaq,  bir daha bu fövqəladə strukturların fərqinə vararıq. Yer üzündə 500.000-dən çox bitki növü var. Bütün bu bitki növlərinin hər biri özünəməxsus xüsusi dizayna sahibdirlər. Hamısında eyni mükəmməl sistemlər, çoxalma sistemləri, müdafiə mexanizmləri, rəng və naxış baxımından bənzərsiz müxtəliflik mövcuddur. Bu müxtəliflikdə dəyişməyən şey  bitkilərdə formalaşan bütün hissələrin (yarpaq və yarpaqdakı strukturlar, köklər, daşıyıcı sistemlər, qabıq, liflər) və  bir çox mexanizmlərin bir anda və qüsursuz şəkildə var olmasıdır.

Bu dövrdə elm adamları belə sistemlərə “sadə olmayan komplekslik” tərifini verirlər. Məsələn, mühərrikin hər hansı bir hissəsi əskik olduğunda işləyə  bilmirsə, eynilə bitkilərdə də bir sistemin əksik olması və ya sistemin hissələrinin birinin sıradan çıxması bitkilərin ölümünə səbəb olur.

Sadə olmayan komplekslik xüsusiyyəti bitkinin bütün sistemlərində mövcuddur. Eyni anda mövcud olan  kompleks strukturlar və bu inanılmaz müxtəliflik “bitkilərdəki mükəmməl sistemlərin necə ortaya çıxdığı” sualını yaradır.

BİTKİLƏRİN DÜNYASI

Bu sualın cavabını tapa bilmək üçün yenə suallar verərək düşünək. Bitkilərdəki mexanizmlərdən ən əhəmiyyətlisi olan fotosintez prosesinin və ona bağlı olan daşıma sistemlərinin necə ortaya çıxdığını düşünək.

«Yarpaqda yerləşən xlorofilin içində saxlanılan günəş enerjisi havadakı karbondioksidi və bitkidəki suyu müxtəlif proseslərdən keçirərək qlikoza (qida) və oksigenə çevirmək üçün istifadə edirlər. Bu kompleks əməliyyatların reallaşdırıldığı yer böyük bir fabrik deyil, şəkildəki yarpaqda olan və ölçüsü  milimetrin mində biri böyüklüyündəki strukturlardır.»

Ətrafımızda  gördüyümüz ağaclar və kollar üzvi maddələr sintez edən fotosintez kimi prosesi özləri meydana gətirə bilərlərmi? Qidalı maddələr hazırlamaq üçün havadakı qazların içindən karbondioksidi  (CO2) bitkilər seçib? İstifadə edəcəkləri CO2 miqdarını özlərimi təyin edib? Fotosintez üçün lazım olan maddələri torpaqdan ala bilmələri üçün lazımi kök sistemini meydana gətirən mexanizmi bitkilər hazırlamış ola bilərlərmi?

Bu sualları çoxalda bilərik. Ancaq hər problemin cavabı eyni nöqtədə birləşəcək. Bitkilərdəki hər detalda ayrı bir dizayn var. Yuxarıda bitkilərə aid bütün xüsusiyyətlər ağıl, məlumat, ölçmə və qiymətləndirmə kimi anlayışlar tələb etdiyindən bitkilər bu sayılanların heç birini özləri edə bilməzlər. Ən əhəmiyyətlisi isə bitkilər belə bir şüura da sahib deyillər.

Bitkilərin necə ortaya çıxdığı sualına cavab axtaran təkamül nəzəriyyəsinin müdafiəçiləri hər zamankı kimi “təsadüflər”ə müraciət etmişlər. Sonsuz sayda müxtəlifliklərin təsadüflər nəticəsində əmələ gəldiyini, hər növün özünə xas olan qoxu, dad və rəngin də təsadüflər nəticəsində yarandığını iddia edirlər. Bu iddialarına da heç bir elmi sübut gətirə bilmirlər. Təkamülçülər yosunların çiyələyə, ya da qovaq ağacına və ya gülə çevrildiyini təkamül prinsiplərinə uyğun olaraq açıqlayırlar. Halbuki bitkinin bir hüceyrəsi araşdırıldığı zaman kiçik dəyişikliklərlə meydana gələ bilməyəcək qədər kompleks bir sistemin olduğunu görəcəklər. Bitkilərdəki bu kompleks sistem və mexanizmlər təkamülçü məntiqlə ortaya atılan təsadüf ssenarilərini qəti şəkildə çökdürür.