Bir-birinə uyğun yaradılan canlılar

Bir-birinə uyğun yaradılan canlılar

Bəzi bitkilərin çiçəklərindəki nektar çiçək kasacığının dibində yerləşir. Bu isə həşərat və quşların nektar toplamasına və çiçəklərin tozlanmasına mane ola bilər. Lakin Allah bu çiçəklərin xüsusiyyətlərinə uyğun quruluşda canlılar yaradaraq onların tozlanmasını təmin etmişdir. Yukka ağacı və yukka güvəsi arasındakı uyğunluq buna nümunədir.


Yukka bitkisinin üzərində xonça formalı böyük yarpaqlar, onun da mərkəzində krem rəngli çiçəkləri daşıyan saplaq vardır. Bu bitkinin əsas xüsusiyyəti tozcuqların çiçəyin maili hissəsində yerləşməsidir. Buna görə də erkəkciklərdəki tozcuqları yalnız maili ağız quruluşuna malik güvə növü toplaya bilir.


Yukka ağacının güvəsi topladığı çiçək tozcuqlarını bir-birinə birləşdirib top formasına salır və bunu başqa yukka ağacı çiçəyinə aparır. Əvvəlcə, çiçəyin dibinə enib öz yumurtalarını qoyur. Sonra dişiciyin ağızcığına qalxır, tozcuq topunu bura vuraraq tozcuqları tökür. Çünki bir müddət sonra yumurtalardan güvə tırtılları çıxacaq və bu tozcuqlarla qidalanacaq. Lakin güvə əvvəlki bitkidən topladığı tozcuq topunu yeni bitkinin dişiciyinə vuraraq bitkinin tozlanmasını da təmin edir. Əgər güvələr olmasa, yukka ağacları öz-özünə mayalana bilməz.


Göründüyü kimi, güvənin qidalanması və bitkinin tozlanması bir-birinə uyğun şəkildə həyata keçir. Bu uyğunluğu yaradan ağac və ya güvə deyil. Bitkinin və ya həşəratın başqa bir canlının ehtiyacından xəbərdar olması və buna uyğun taktika işlədərək özünə lazım olanı təmin etməsi mümkün deyil. Canlılar arasındakı bu qüsursuz uyğunluğu yaradan Allahdır. Hər iki canlı da onları çox yaxşı tanıyan, bilən, aləmlərin Rəbbi, hər şeydən xəbərdar olan Allahın əsəridir.

Yeddi göy, yer və onlarda olanlar Ona təriflər deyir. Elə bir şey yoxdur ki, həmd ilə Ona tərif deməsin, lakin siz onların tərifini anlamazsınız. Həqiqətən, O, Həlimdir, bağışlayandır. (İsra surəsi, 44)