Bitkilərdən örnək alınan qübbə dizaynı

Bitkilərdən örnək alınan qübbə dizaynı

İnsanların çoxu ətrafına səthi olaraq baxır, Allahın canlılarda yaratdığı üstün dizayn nümunələrini görməməzlikdən gələrək heç düşünmür. Halbuki bütün canlılar bu vərdiş pərdəsini qaldıracaq sirlərlə doludur. Bu sirləri kəşf edə bilmək üçün yalnız niyə, necə, nə üçün suallarını vermək kifayətdir. Bu sualların cavablarını düşünən insan ətrafımızda gördüyümüz hər şeyi sonsuz güc, məlumat və ağıl sahibi bir Yaradıcının, üstün güc sahibi Rəbbimizin yaratdığını fərq edəcək.

İnşaat və memarlıqda, adətən, düz səthlərə üstünlük verilir. Halbuki təbiətdə daha çox əyri səthlərə rast gəlinir. Məsələn, banan bitkisi belə bir quruluşa sahibdir. Memarlar və inşaat mühəndisləri bananın formasından istifadə edərək “geodezik qübbə” olaraq adlandırılan tərz əmələ gətiriblər. Geodezik qübbə sayəsində böyük məkanları az vəsaitdən istifadə edərək örtmək mümkün olmuşdur. Üstəlik məkanın daxili bol miqdarda gün işığı ala bilir və sistem çox tez bir şəkildə montaj edilir. Bu səbəblə bu cür quruluş daha çox istixana və sərgi sahəsi inşasında tətbiq edilir.

Bu cür üstün xüsusiyyətlərə sahib olan, elm adamlarının böyük heyranlıq duyduqları və təqlid etməyə çalışdıqları bitkilər də, yaradılan hər canlı kimi Allaha boyun əymişdir.