Allahın qulları üçün şəfa qaynağı kimi yaratdığı meyvə: avokado

Allahın qulları üçün şəfa qaynağı kimi yaratdığı meyvə: avokado

Bədənimizdə vacib proseslər həyata keçərkən oksigendən istifadə edilir. Ancaq oksigendən istifadə edərkən bəzi tullantı maddələr ortaya çıxır. Sərbəst radikal adlanan bu tullantı maddələr təmas etdikləri hüceyrələrin quruluşuna zərər verirlər. Əslində, dünya həyatına bağlanmamaq və dünyanın keçici yer olduğunun bilinmək üçün Allahın yaratdığı yaşlanma və bəzi xəstəliklərin kökündə sərbəst radikallar durur. Lakin rəhmət və mərhəmət sahibi olan Uca Rəbbimiz bu sistemin dağıdıcı təsirini azaldan sistemləri, yəni antioksidləri də yaratmışdır. Belə ki, elm adamları meyvə və tərəvəzlərdə bol olan antioksidlərin hüceyrələrin enerji mərkəzlərini zərərli olan sərbəst radikallara qarşı gücləndirdiyini müəyyən ediblər.

Sərbəst radikalların hüceyrəyə verdiyi zərərlər:

Bəzi amillər, məsələn, çirkli hava, siqaret dumanı, herbsid və pestisidlər, həlledicilər, neft-kimya məhsulları, dərmanlar, günəş şüaları, radiasiya, hətta qidalarda olan bəzi birləşmələr mitoxondridə, yəni hüceyrənin enerji mərkəzində oksigenin sərbəst radikallara çevrilməsinə səbəb olur. Bu molekullar hüceyrəni meydana gətirən lipid, zülal, hətta DNT kimi bütün normal molekullarda dağıdıcı təsir göstərir, onların quruluşunu pozur və sərbəst radikallara çevirir. Bu dağıdıcı təsir yaşlanma ilə əlaqədar olduğu kimi, şəkər, hipertoniya kimi xəstəliklərin də başlıca səbəbidir. Əgər sərbəst radikallar neytrallaşdırılmasalar, bədəndə ciddi fəsadlara səbəb ola bilərlər. Bu fəsadları belə sıralaya bilərik:

hüceyrə qılafının zülallarını dağıdaraq hüceyrələri öldürür;

hüceyrə qılafının lipid və zülallarını yox edərək hüceyrə qılafını qalınlaşdırıb hüceyrənin funksiyasını yerinə yetirməsinə mane olur;

hüceyrənin nüvə qılafını yararaq nüvədəki genetik məlumata təsir edir, DNT-ni qırılma məqamına gətirərək mutasiyalara yol açır. İmmun sistemindəki hüceyrələri yox edərək immuniteti zəiflədir.

Sərbəst radikalların hüceyrəyə verdiyi zərər nəticəsində bədənin xəstəliklərə qarşı müqaviməti zəifləyir və bədənin bəzi yerlərində fəsada səbəb olan xəstəliklər meydana gəlir. Sərbəst radikalların səbəb olduğu bu xəstəlikləri dörd qrupa bölə bilərik:

irsi xəstəliklər (sümük iliyində kök hüceyrə çatışmazlığından yaranan Fankoni anemiyası, boy qısalığı, böyümə geriliyi, kiçik alt çənə, xarakterik olmayan burun və qulaqlar, uzun və dar üz quruluşu, fotosensitiv adlanan dəridə günəş şüalarına qarşı həssaslıq, üzdə qızartı, səs incəliyi və qısırlıq kimi əlamətləri olan fiziki və əqli çatışmazlıq, immun sistemi çatışmazlığından yaranan xroniki ağciyər xəstəliyi, şəkər və xərçəngə, xüsusilə də, Hodjkin xarici linfoma növü xərçənginə meyillilik (bir çox xəstə 25 yaşına qədər xərçəngə tutulur və həyatını itirir), ömrün qısalmasına səbəb olan blum sindromu);

ətraf mühit faktorları (peşə xəstəlikləri, virus və bakterial infeksiyalar), həm irsi, həm də ətraf mühit xəstəlikləri (bronxial astma, ürək xəstəlikləri və s.);

erkən yaşlanma.

Elm adamları hüceyrənin dözümlülüyünü artırmaq və sərbəst radikalların dağıdıcı təsirlərini azaltmaq üçün müxtəlif araşdırmalar aparırlar.

Sərbəst radikalların hüceyrəyə verdiyi zərərin qarşısını alan antioksid: avokado yağı

Elmi araşdırmalar beta-karotin, askorbin turşusu və alfa-tokoferol kimi antioksidlərin sərbəst radikalların səbəb olduğu oksidləri zərərsizləşdirdiyini və sərbəst radikalların xəstəlik və yaşlanmaya səbəb olan təsirini azaltdığını göstərmişdir. Eynilə E və C vitaminlərinin də sərbəst radikalların dağıdıcı təsirini azlatdığı məlumdur. Kök, pomidor, brokoli, kələm, kərəviz, çiyələk, böyürtkən, itburnu, kivi, qaragilə və gavalı kimi bir çox meyvə və tərəvəzdə olan antioksidlər sərbəst radikalların mənfi təsirini ciddi şəkildə azaldır. Ancaq bu qidalardakı antioksidlər mitoxondrinin içinə girmirlər. Dolayısı ilə, sərbəst radikallar mitoxondriyə zərər verməyə davam edir, enerji istehsalını dayandırır və hüceyrənin ölməsinə səbəb olur. Bu, neft sızması zamanı sadəcə neftin yayıldığı ərazini təmizləyib, sızıntıya səbəb olan qaynağın qarşısının alınmamasına və neftin sızmağa davam edərək balıqların ölümünə səbəb olmasına bənzədilə bilər. Ancaq aparılan təcrübələr avokado yağının mitoxondridəki sərbəst radikallara qarşı qoruyucu təsirinin olduğunu ortaya çıxarmışdır. Uca Allah avokado yağında sərbəst radikallara qarşı dözümlülük göstərən xüsusi quruluş, eyni zamanda, oksidləşmənin qarşısını alan bitki qaynaqlı piqmentlər yaratmışdır.

Avokado yağı mitoxondridə enerji artımına səbəb olur. Bu da sərbəst radikal istehsalını artırır. Ancaq hüceyrə sərbəst radikallara məruz qalsa və mitoxondri bu vəziyyətdə sərbəst radikal istehsal etsə belə, hüceyrə funksiyalarına davam edir və özünə vacib olan enerji istehsalını əldə etmək üçün qidalardan istifadə etməyə davam edir. Bu, avokado yağının sərbəst radikalların səbəb olduğu bir çox xəstəliyin qarşını ala biləcəyini ortaya qoyur. Belə ki, avokadonun xolesteroldakı qan təzyiqini və diabet xəsətələrində yüksələn və infarkta səbəb olan bəzi yağları azaltdığı elmi cəhətdən sübut edilmişdir.

Avokadonun digər faydaları



Avokadonun əsas vətəni Meksika, Qvatemala və Cənubi Amerikanın şimal sahilləridir. Kürəvari, oval, ellips və ya armud formasında olan yaşıl, qırmızı rəngli meyvə Allahın qullarına bəxş etdiyi mükəmməl nemətdir. Avokadonun digər faydalarından bir qismi isə belədir:

Yaşlanmanın qarşısını alır



Avokadonun tərkibindəki vitaminlər hüceyrə yeniləyici xüsusiyyətlərə sahib olduğu üçün yaşlılığın müalicəsində də istifadə olunur, dərini qidalandırır və qoruyur. Qeyd etdiyimiz kimi, qidalar bədənimizdə enerjiyə çevrilən zaman oksid adlanan bəzi maddələr ortaya çıxır. Avokado yağı tərkibindəki çoxsaylı antioksidlərlə zərərli maddələrin zərər verməsinə mane olur, hüceyrələrimizi yeniləyir, toxuma və orqanlarımızın yaşlanmasını gecikdirir. Bu yağ bədənimizdə hüceyrələrə zərər verən, yaşlandıran sərbəst radikalları zərərsizləşdirən E vitamini baxımından da zəngindir.

Xolesterolu aşağı salır



Avokadonun tərkibindəki 30% doymamış yağ bədəndəki xolesterolun artmasının qarşısını alır. Ürək və damar xəstəliklərində təbii şəfa qaynağıdır. Mədə xorasına müsbət təsiri var. Aparılan kliniki tədqiqatlarda avokado bitkisi və xüsusilə yağının istifadəsindən sonra xolesterol xəstələrinin narahatlıqlarının azaldığı müşahidə edilmişdir. İllər əvvəl aparılan tədqiqatlarda doymamış yağların xolesterola mənfi təsiri müşahidə edilmişdir. Ancaq müasir dövrdə bu cür yağların xolesterola müsbət təsir göstərdiyi isbat edilib. Avokadoda yüksək miqdarda olan doymamış yağlar (monounsaturates) bitkinin insan sağlamlığı baxımından əhəmiyyətini bir daha göstərir.

Avokado A, B1, B2, B3, B6, C, E, K vitaminləri, fosfor, maqnezium, dəmir, kalium və sink kimi minerallarla zəngindir. İmmun sistemini gücləndirir.

Banandan 35% daha çox kaliuma malikdir. Yüksək kalium insana güc verir, depressiyanın qarşısını alır.

İmmun sistemini gücləndirərək qandakı alkalinin tarazlığını qoruyur və qan hüceyrələrini çoxaldır, eyni zamanda dəmir qaynağıdır.

Şübhəsiz, Rəbbimiz avokado kimi bir çox nemət yaratmışdır. Allah Quranda qulları üçün yaratdığı bu nemətlər haqqında dərin düşünülməsini belə bildirir:

Yer üzündə bir-birinə yaxın torpaq sahələri, üzüm bağları, əkinlər, şaxəli-şaxəsiz xurma ağacları vardır. Onlar eyni su ilə suvarılır. (Lakin) Biz yeyilməsinə görə onların birini digərindən üstün edirik. Doğrudan da, bunda başa düşən adamlar üçün dəlillər vardır. (Rəd surəsi, 4)

Avokado, zeytun və zeytun yağı arasındakı bənzərliklər



Avokadonun sahib olduğu xüsusiyyətlərə malik başqa bitki isə zeytun və zeytun yağıdır. Belə ki, aparılan araşdırmalar nəticəsində məlum olmuşdur ki, zeytun və zeytun yağından daha çox istifadə edilən Aralıq dənizi ölkələrində ürək və yüksək xolesterol kimi xəstəliklərə daha az rast gəlinir. Zeytunun yetişdirilə bilmədiyi bölgələrdə zeytun yağından alınan faydaların avokado yağı vasitəsilə alınması, əlbəttə, Rəbbimizin qullarına bəxş etdiyi nemətidir. Ayədə belə buyurulur:

Göydən su endirən Odur. Biz onunla hər bir bitkini yetişdirdik, ondan yaşıl otlar bitirir, onlardan da üst-üstə düzülmüş dənələr çıxarırıq. Xurma ağacının tumurcuqlarından, sallanmış salxımlar yetişir. (Biz həmçinin) üzüm bağları, bir-birinə bənzəyən və bənzəməyən zeytun və nar (ağacları da yetişdiririk). Bar verdiyi və yetişdiyi zaman onların meyvəsinə baxın. Şübhəsiz ki, bunlarda iman gətirən adamlar üçün dəlillər vardır. (Ənam surəsi, 99)

Avokado (Təzə, bişirilməmiş, yeyilə bilən hissələri 100 q)

Qida dəyəri

        Enerji                                      670 kc (160 kkal)

        Karbohidrat                             8.53 q

        Qlukoza                                   0.66 q

        Lif                                            6.7 q

        Yağ                                          14.66 q

        Doymuş yağ                             2.13 q

        Təkli doymamış yağ                 9.80 q

        Çoxlu doymamış yağ               1.82 q

        Zülal                                        2 q

        Tiamin (vit. B1)                        0.067 mq  (5%)

        Riboflavin (vit. B2)                   0.130 mq (9%)

        Niasin (Vit. B3)                        1.738 mq (12%)

        Pnatotein asidi (vit. B5)          1.389 mq (28%)

        B6 vitamini                             0.257 mq (20%)

        Fol turşusu (vit. B9)                81 mq (20%)

        C vitamini                              10 mq (17 %)

        Kalsium                                  12 mq (1%)

        Dəmir                                     0.55 mq (4%)

        Maqnezium                            29 mq (8%)

        Fosfor                                    52 mq (7%)

        Kalium                                   485 mq (10%)

        Sink                                       0.64 mq (6%)