Dənizin dibində yaşayan qeyri-adi canlı: Nudibranxlar (Dəniz dovşanları)

Dənizin dibində yaşayan qeyri-adi canlı: Nudibranxlar (Dəniz dovşanları)

Maraqlı görünüşə, ehtişamlı və parlaq rənglərə malik olan dəniz dovşanları çanaqsız ilbiz növüdür. Dənizin dibində yaşayan bu ilbizlərin bədəni yumşaqdır. Özlərini qorumaq üçün çanaqları yoxdur. Bu xarici görünüş bir çox canlılar üçün cəlbedici olsa da, çox az canlı dəniz dovşanı ilə qidalanır. Çünki dəniz dovşanlarının heyranedici rəngləri düşmənlərinə çox zəhərli olduqlarından xəbər verir.

Bu dəniz ilbizi növünün diqqətəlayiq bir xüsusiyyəti güclü zəhər daşıyan dalayıcı hüceyrələrə sahib olmasıdır. Canlı məhz bu dalayıcı hüceyrələri sayəsində düşmənlərindən asanlıqla qorunur.  Dəniz dovşanları bu dalayıcı hüceyrələri özləri istehsal etmirlər. Hidra adlanan zəhərli canlıları yeyir və onları həzm etmirlər. Bu canlılar dəniz dovşanının həzm sistemi içərisində qoruyucu seliklə örtülür və dalayıcı hüceyrə kimi onu qoruyurlar.

Əlbəttə ki, dəniz dovşanının hidraların zəhərli olduğunu, bu zəhərin ona zərər vermədiyini, lakin düşmənlərindən qorunmasına kömək etdiyini bilməyi mümkün deyil. Belə bir şeyi təcrübədən keçirərək öyrənməyi də qeyri-mümkündür. Bəs dəniz dovşanları bu maraqlı müdafiə üsulunu necə kəşf ediblər?

Burada açıq-aydın bir həqiqətlə qarşılaşırıq. Həm naxış və rəng müxtəlifliyi ilə, həm də zəhərlərini əldə etmə üsulları ilə maraq doğuran dəniz dovşanına nə etməli olduğunu ilham edən, bədənlərində hidraların zəhərini zərərsizləşdirən sistemi yaradan bütün kainatın Rəbbi Allahdır. Allah bütün canlıları müxtəlif rənglərdə və çox fərqli xüsusiyyətlərlə yaradır. Allahın sonsuz gücünü görüb dərk edən insan Allahı təqdis edərək, yalnız Allahın razı olacağı şəkildə yaşamalıdır. Allah bir ayədə belə buyurur:

İnsanların, heyvanların və davarların da bu cür müxtəlif rəngləri vardır. Allahdan Öz bəndələri içərisində ancaq alimlər qorxar. Həqiqətən, Allah yenilməz qüvvət sahibidir, bağışlayandır. (Fatir surəsi, 28)