Dəniz qunduzlarının bənzərsiz xüsusiyyətləri

Dəniz qunduzlarının bənzərsiz xüsusiyyətləri

Dəniz qunduzları istiqanlı olduqlarına və ağciyərlər vasitəsilə tənəffüs etdiklərinə baxmayaraq, bədənlərindəki qüsursuz sistemlər sayəsində dənizdə yaşaya bilirlər. Canlının bədən quruluşu ona mükəmməl hərəkət və suya dalma qabiliyyəti qazandırır. Dəniz qunduzunun ayaq barmaqları bitişik olduğu zaman üzgəc funksiyası yerinə yetirir. Bu xüsusiyyət sayəsində dəniz qunduzu üzərkən suyun barmaqlarının arasından keçməsinin qarşısı alınır. Beləliklə, canlı üzmək və dərinliyə enmək üçün əlavə enerji sərf etmir.

Dəniz qunduzlarının suda hərəkətini asanlaşdıran digər xüsusiyyət isə  kürkləridir. Bu kürk canlını izolyasiya etdiyi üçün dəniz qunduzu çox soyuq suda da bədən temperaturunu mühafizə edir. Canlının tükləri o qədər sıxdır ki, bədəninin 1 sm-dəki tüklərin sayı insanın başındakı tüklərdən çoxdur. Həmçinin kürk müəyyən miqdarda havanı içində saxlayaraq qoruyucu funksiya yerinə yetirir. Dəniz qunduzu suya daldıqda bir qədər hava kürkün içində qalır və bu hava onu isti saxlayır. 

Dəniz qunduzlarının qidalanma üsulu da olduqca maraqlıdır. Yaşadıqları mühitdəki əsas qida mənbəyi çanaqlı dəniz canlılarıdır. Dəniz qunduzları bu canlıların çanağını qırmaq üçün qeyri-adi üsuldan istifadə edirlər. Canlı, əvvəlcə, suyun dibindən iri bir daş çıxarır və onu qarnının üstünə qoyur. Sonra isə çanaqlı canlıları bu daşa vuraraq çanaqlarını qırır və qidalanır.

Burada olduqca şüurlu bir davranışın şahidi oluruq. Əlbəttə ki, dəniz qunduzu bu cür üsulu kəşf edə, yaxud müəyyən zaman ərzində öyrənə bilməz. Təkamül fərziyyəsi bu həqiqət qarşısında olduqca çıxılmaz vəziyyətdədir. Çünki heç bir təsadüf canlıya belə ağıllı üsul öyrədə bilməz. Dünyadakı bütün canlılar kimi, dəniz qunduzları da Allahın ilhamı ilə hərəkət edir. Dəniz qunduzlarının bədən quruluşu və göstərdiyi ağıllı davranışlar uca Rəbbimizin sonsuz yaratma elminin dəlillərindəndir. Bu möcüzə qarşısında bizə düşən məsuliyyət ayədə belə bildirilir:

(Bunlar) Allaha tərəf dönüb qayıdan hər bir bəndə üçün ibrət dərsi və zikrdir. (Qaf surəsi, 8)