Dənizdəki işıqların sirri: Ostrakod

Dənizdəki işıqların sirri: Ostrakod

Karib dənizində yaşayan və işıq istehsal edən dəniz canlılarından biri də yüzlərlə növü olan ostrakodlardır. Ostrakodlar küncüd toxumu böyüklüyündə çanaqlı canlılardır, lakin bir çox canlıların edə bilmədiyini edir, bədənlərində işıq istehsal edirlər. Ostrakodlar üst dodaqlarının içərisində yerləşən vəzilərdən işıq saçan zərrələr buraxır. Yalnız erkək ostrakodlar işıq istehsal edir. Hər gecə günəş batdıqdan təqribən bir saat sonra yüzlərlə erkək ostrakod dişiləri cəlb etmək üçün işıq saçmağa başlayır.Erkək ostrakodlar üzərkən arxalarında parıldayan nöqtələrdən ibarət iz qoyurlar. Bu səbəbdən ostrakodların mövcud olduğu sularda minlərlə kiçik, parlaq işıq yanırmış kimi görünür.

Biolüminessensiya (canlılarda müşahidə edilən təbii işıq istehsalı) xüsusiyətinin bu canlıda təsadüfən meydana gələ bilməyəcəyi açıq bir həqiqətdir. Bu cür sistemin təchiz olunması, nəsildən-nəslə ötürülməsi, lazımi məlumatların canlının genlərinə kodlanması mükəmməl bir yaradılışın dəlilidir. Bu yaradılışın sahibi isə bütün canlıları yoxdan yaradan və ehtiyacı olan sistemləri onlara verən Uca Allahdır.

Bu, Allahın yaratmasıdır. İndi siz mənə (Allahdan) başqalarının nə yaratdığını göstərin. Xeyr, zalımlar açıq-aydın azğınlıq içindədirlər. (Loğman surəsi, 11)