Bitkilərin iqlimə təsiri

Bitkilərin iqlimə təsiri

Bitkilərin sahib olduğu mühüm xüsusiyyətlərdən biri də iqlimə təsir göstərməsidir. Bəzi tropik bölgələrdə çiçəkli bitkilər havanın daha rütubətli olmasına səbəb olur. Əgər çiçəkli bitkilər olmasaydı, iqlim daha quru və isti olardı. Bitkilərin iqlimə bu cür təsiri su ehtiyacı ilə əlaqədar ortaya çıxır.

Bitkinin suyu azalanda köklərindəki suyun miqdarı da aşağı düşür. Torpaqdakı suyun miqdarı kökdəkindən çox olduqda torpaqdakı su köklərə keçməyə başlayır. Belə ki, bitki ancaq ehtiyacı olanda torpaqdan su çəkir. Gövdəsindəki suyun miqdarı artdıqda isə artıq olan su yarpaqlar vasitəsilə buxarlanaraq atılır. Suya ehtiyacı olduqda su molekulları bitkinin köklərindən növbə ilə keçməyə başlayır. İçəriyə daxil olan su molekulu ardınca gələni çəkir. Gövdədə daşıyıcı borular vardır. Bu borularla irəliləyən su molekulları ən yuxarı budaqdakı yarpaqlara qədər çıxır. Yarpaqdan su buxarlandıqca kökdən yeni su çəkilir.

Çiçəkli bitkilər qüsursuz şəkildə fəaliyyət göstərən bu su ötürücü sistemlər sayəsində torpaqdakı suyu çəkir və digər bitkilərlə müqayisədə daha çox su buxarlandıraraq atmosferin rütubətini artırır. Beləliklə, yağışın əmələgəlmə mərhələsinin başlanğıcını, yəni havada rütubətin toplanması xüsusiyyətini başladır. Aparılan tədqiqatlar havadakı rütubətin 10%-inin bitkilərdən qaynaqlandığını göstərmişdir.

Tədqiqatçılar çiçəkli bitkilərin olmadığı bir dünya təsəvvür etmək üçün iqlim modelləşdirmə üsulundan istifadə etmişlər. Laboratoriya şəraitində çiçəkli bitkilərin buxarlandıraraq havaya qatdığı 75% nisbətindəki rütubəti azaltmışlar. Bu zaman dünyadakı bəzi yerlər daha quraq, bəzi yerlər isə daha yağıntılı olmuşdur. Məsələn, qərbi Amerikada yağıntı nisbəti 30-50% aşağı düşmüş, şərqi Amerikanın tropik bölgələrində isə yağıntı 300 mm azalmış, dünyanın en yağıntılı bölgələrindən biri olan Amazon hövzəsində isə meşələr 80% azalmışdır.

Bitkilərin bütün xüsusiyyətləri Allah tərəfindən xüsusi olaraq yaradılmışdır. Şübhəsiz, aləmlərin Rəbbi olan Allah bitkilərin sahib olduğu bu sistemlərlə bizə Öz varlığının və bənzərsiz yaratmasının dəlillərini göstərir. Uca Rəbbimiz istədiyi an dilədiyini ən mükəmməl şəkildə yaradır. Onun yaratmada şəriki yoxdur. Bu həqiqət Quran ayələrində belə xəbər verilir:

O Allah Rəbbinizdir. Ondan başqa heç bir tanrı yoxdur. Hər şeyi yaradan Odur. Elə isə Ona ibadət edin. O, hər şeyə vəkildir. Gözlər Onu dərk etməz. O, gözləri dərk edər. O, Lətifdir, xəbərdardır. (Ənam surəsi, 102-103)