İlanların heyrətləndirici hərəkətləri

İlanların heyrətləndirici hərəkətləri

İlanların hərəkətləri hər cəhətdən mükəmməldir.

İlanlar hər birində bir cüt qabırğa və xeyli əzələ ilə örtülü 400 onurğaya sahibdirlər. Bədənlərini 25 dərəcə aşağı və 14 dərəcə yuxarı olmaqla, hər iki tərəfə əyə bilirlər.

Onlar otların üstündə , ağacda, səkidə, qumda, səhrada və daha bir çox yerlərdə sürünərkən əzələlərinin yarısından istifadə edirlər. Günəşin qızdırdığı çox isti ərazilərdə belə asanlıqla hərəkət edirlər. Hər hansı borunun içində hərəkət edərkən, çölə çıxanda dərhal spiralvari, ya da bədənlərini dalğalandıraraq yollarına davam edə bilirlər. Tennis meydançası kimi düz sahələrdə irəliləmək istədiklərində isə fərqli şəkildə hərəkət edirlər. Ağaca adətən dalğalanma hərəkəti edərək çıxırlar. İlanlar qumda irəliyə doğru getdiklərində isə sürtünməni və istiliyi minimuma endirmək üçün fərqli üsuldan istifadə edirlər.