Maraqlı xüsusiyyətlərə sahib canlı: nautilus (Nautilid)

Maraqlı xüsusiyyətlərə sahib canlı: nautilus (Nautilid)

Yəqin ki sualtı qayıqları  hamınız televiziya kanallarında, qəzet və jurnallarda görmüsünüz.  Çox dərinə üzə bilən və gizli  hərəkət edən bu texnologiyadan dövlətlərin təhlükəsizliyinin  təmin  edilməsində və bəzi elmi tədqiqatlarda istifadə edilir. Sualtı qayığının əsas xüsusiyyəti su ilə dolduqdan sonra sudan daha ağır olması və dibə qədər enə bilməsidir. Qayıqdakı su yüksək  təzyiqli hava ilə boşaldıldıqdan sonra yenidən suyun səthinə çıxır.

İndi sizə bu sistemə sahib çox maraqlı bir canlıdan bəhs edəcəyik. Bu, qabıqlı dəniz canlısı nautilusdur. Nautilus sualtı qayıq kimi suyun dibinə asanlıqla enə bilir. Bədənində 19 sm diametrli ilbiz qabığına oxşar orqan var. Bu orqan 28 dalğıc hüceyrəsindən ibarətdir. Dalğıc hüceyrələrində də  sualtı qayıqdakı kimi yüksək  təzyiqli havaya ehtiyac var. Bildiyimiz kimi, sualtı qayıqlarda bu hava xüsusi sistem vasitəsilə təmin edilir və mühəndislər tərəfindən xüsusi hissələrdə quraşdırılır. Bəs nautilus lazım olan təzyiqli havanı necə təmin edir?

Bu sualın cavabını araşdırdığımız zaman Allahın sonsuz  ağlının təzahürü olan başqa bir xüsusiyyətə də şahid oluruq. Nautilusun bədənində xüsusi qaz istehsal olunur. Bu qaz qan dövranı ilə hüceyrələrə gəlir və hüceyrələrdən suyun ayrılmasını  təmin edir. Bunun sayəsində nautilus ov edərkən  və düşmənlərindən qaçarkən daha dərinə enə və ya suyun səthinə çıxa bilir. Həmçinin onun endiyi dərinlik sualtı qayıqların endiyi dərinliklə müqayisədə dəfələrlə çoxdur. Sualtı qayıqlar 400 metr dərinə enə bildiyi halda, nautilus 4000 metr dərinliyə qədər enə bilir

Canlının möcüzəvi xüsusiyyətləri  bununla yekunlaşmır. Dənizin dərinliklərinə doğru getdikcə təzyiq kəskin artır. Nautilus isə çox kiçik bədənə və nazik xarici qabığa sahib olmasına baxmayaraq, bəzən tonlarla ağırlıqdakı təzyiqdən təsirlənmir.

İndi düşünək: nautilus belə bir sistemə təsadüfən sahib ola bilərmi? Qaz  ifrazını təmin edən bədən quruluşunu öz-özünə əldə edə bilərmi?

Danılmaz həqiqətdir ki, nautilusun sahib olduğu bütün bu xüsusiyyətlər sonsuz bir Ağıl tərəfindən yaradılmışdır. Bu canlının dənizin dibində tonlarla ağırlığa tab gətirən bədən quruluşunu öz-özünə meydana gətirməsi, əlbəttə ki, mümkün deyil. Bu, hər şeyi  nümunəsiz yaradan, yoxdan var edən  Allahın yaradılış sənətidir. Allah bir ayəsində insanları  bu barədə düşünməyə çağırır:

 

Yaradan heç yaratmayan kimi ola bilərmi? Düşünüb ibrət götürməyəcəksiniz? (Nəhl surəsi, 17)