Afrika quşları

Afrika quşları

Dəstə halında yaşayan afrika quşlarının çox maraqlı yardımlaşma üsulları vardır. Bu quşların əsas qida mənbəyi qonduqları ağacların budaqlarında yetişən meyvələrdir. İlk baxışda budaqların uc hissəsində yetişən meyvələrlə qidalanmaq olduqca çətin görünür. Meyvələr budaqların ən uc hissəsində yetişdiyi üçün yalnız meyvələrə yaxın qismə qonan quşlar qidalana, qalanları isə həm budaq üzərində kifayət qədər yer olmadığına, həm də meyvələr az miqdarda olduğuna görə aclıq təhlükəsi ilə qarşı-qarşıya qala bilərlər. Ancaq vəziyyət düşünüldüyü kimi olmur.

Birlikdə hərəkət edən afrika quşları, sanki öz aralarında razılaşaraq budaqların üzərinə yan-yana düzülürlər. Budağın meyvələrə ən yaxın hissəsinə qonan quşlar qopardıqları meyvəni növbə ilə ağızdan-ağıza ötürərək digərlərinə verir, beləliklə də, budağın ən aşağı hissəsindəki quşlara çatdırırlar. Quşların tapdıqları meyvəni əvvəlcə özləri üçün ayıracaqları düşünülsə də, bu canlılar mükəmməl nizam-intizamla sürünün qidalanması üçün ən uyğun üsuldan istifadə edirlər.

Lakin bu yardımlaşma sürünün tam qidalanmasını təmin etmir. Çünki çox vaxt quşların qonduğu budaqdakı meyvələr sürünün qida ehtiyacını qarşılamır. Belə ki, quşlar  yığdıqları meyvələri bir-birinə ötürsələr də, kifayət qədər meyvə olmadığından sürünün bir hissəsi ac qala bilər. Lakin afrika quşları hər dəfə budağa qonduqda sıranın ən sonunda qalan və kifayət qədər qidalanmayan quşlar budağın meyvələrə yaxın olan hissəsinə qonur və paylama işinə başlayır.

O (Rəbbin) ki, (hər şeyi) yaratdı, nizama saldı, O Rəbbin ki, əzəldən müəyyən etdi və yol göstərdi. (Əla surəsi, 2-3)