Cücənin yumurta daxilindəki inkişafı

Cücənin yumurta daxilindəki inkişafı

Yumurta inkişafda olan cücənin qida və su ehtiyacını qarşılayır. Yumurtanın sarısı zülal, yağ, vitamin və minerallarla zəngindir, ağı isə su anbarı funksiyası yerinə yetirir. Həmçinin cücənin oksigeni alıb, karbondioksidi xaric etməyə, istilik qaynağına, sümüklərin inkişafı üçün kalsiuma, suyunun qorunmasına, bakteriyaların yoluxması və zərbələrə qarşı müdafiə sisteminə ehtiyacı var. Yumurtanın qabığı bütün bu ehtiyacları ödəyir.

Cücə qabıq pərdəsinin daxili səthində yerləşən damarlı təbəqə vasitəsilə oksigeni alıb, karbondioksidi xaric edir. Qazlar mübadiləsi yetkin fərdlərdə olduğu kimi ağciyərlə yox, qabıqdakı kiçik məsamələr vasitəsilə yerinə yetirilir.

Yumurta qabığı qazlar mübadiləsini, su və istiliyi tənzimləməklə yanaşı, həm də möhkəm olmalıdır. Qabığın inkişafda olan cücəni xarici zərbələrdən qoruyacaq və kürt yatan toyuğun ağırlığına tab gətirəcək qədər dözümlü olması olduqca vacibdir.

Bu xüsusiyyətlərin hamısı yumurtada mövcuddur. Uca Allah bu cür nümunələrlə bizlərə qüsursuz yaratmasını göstərir.

O Allah Rəbbinizdir. Ondan başqa heç bir tanrı yoxdur. Hər şeyi yaradan O’dur. Elə isə yalnız O’na ibadət edin. O, hər şeyə vəkildir. (Ənam surəsi, 102)