Qanda mikrobları yeyən əsgərlər

Qanda mikrobları yeyən əsgərlər

Onların adı limfositdir. Biz onlara ağ qan hüceyrələri deyirik. Qanda oksigen daşıyan qırmızı qan hüceyrələri ilə birlikdə hərəkət edib, sizin yediyiniz, içdiyiniz qidalardakı mikroblara və əl verib görüşdüyünüz zaman bütün öldürücü viruslara qarşı mübarizə aparır.

BUNU NECƏ EDİRLƏR?

Onlar çox ağıllıdır. Məsələn, vəzifələrinin nə olduğunu çox yaxşı bilirlər. Əslində sümük iliyində fasiləsiz olaraq bölünürlər və bu, saniyədə 1,2 milyon ağ qan hüceyrəsi deməkdir. Lakin ilikdən qana qarışdıqları zaman bölünməni tamamilə dayandırırlar. Çünki artıq yeganə məqsədləri mübarizə aparmaqdır. Toxumalardakı yaşama müddətləri 3-4 gündür. Qandakı yaşama müddəti isə 3 və ya 4 saatdır. Buna baxmayaraq 100 trilyon hüceyrəni bir necə dəfə kontrol edirlər. Həyatda qaldıqları müddət ərzində bədəninizdə 1000 dəfə dövr edirlər. Ürəkdən çıxdıqdan sonra başa gəlib geri qayıtması 10 saniyə, ürəkdən çıxıb ayaq barmağınıza çatıb geri qayıtması isə təxminən 1 dəqiqə çəkir. Ağ qan hüceyrələri o qədər ağıllıdır ki, sadəcə mikrobları və ya virusları məhv etməklə qalmır, yaşlanmış və ya iş görə bilməyəcək qədər yorulmuş olan ağ qan hüceyrələrini də dərhal məhv edirlər ki, siz xəstə olmayasınız.

Ağ qan hüceyrələrinizlə yaxşı davranın, onları yoracaq və azaldacaq şəkildə zərərli adətlərinizi tərk edin. Sağlam qidalanın. Unutmayn ki, xərçəng olsanız bu hüceyrələrə çox ehtiyacınız olacaq. Onlar heç şikayət etmədən siz onlara hər cür pisliyi etsəniz də sizə heç küsməyəcək şəkildə sizi qorumaq üçün yaradılıblar.