“İtkin balıq Nemo” filminin qəhrəmanı - kloun balığı

“İtkin balıq Nemo” filminin qəhrəmanı - kloun balığı

Hal-hazırda izlədiyiniz görüntülər son vaxtların ən məşhur animasiya filmindəndir. “İtkin balıq Nemo”, əsl adı ilə desək, “Finding Nemo”.

Bu üçölçülü animasiya filminin qəhrəmanı Kloun balığıdır. Film nümayiş edildiyi gündən bəri xeyli marağa səbəb oldu. Rejissoruna və animasiya heyətinə təriflər yağdırıldı. Hətta film 339.700.000 dollar hasilatla satış rekordu qırdı.

Bəs bu film necə ərsəyə gəldi? Filmin hazırlanmasında minlərlə insan çalışdı. Dənizin altındakı həyat haqqında professorların köməyindən istifadə edildi. Bir Kloun balığını, yaxud dənizin altındakı digər canlıları bir saat yarımlığa hərəkət etdirmək üçün minlərlə insan aylarla işləməli oldu.

Bu canlıların bütün xüsusiyyətlərinin, quruluşunun, rənglərinin, üzmək qabiliyyətinin, gözlərinin hərəkətinin filmi hazırlayan insanlar tərəfindən edildiyi hamının bildiyi bir həqiqətdir. Filmə baxdığı zaman heç kim “Bunlar özbaşına meydana gəlib, bu balıq suda təsadüfən üzür”, - demir. Belə olduğu təqdirdə, yalnız bir saat yarımlığa yox, milyon illərdir, hər an, hər saniyə dənizin altında yaşayan canlıların, hər canlının sahib olduğu sistemlərin özbaşına, təsadüfən meydana gəlməsinin mümkün olmadığı açıqdır.

Şübhəsiz ki, dənizin altındakı və kainatdakı müxtəliflik xüsusi bir dizaynın göstəricisidir. Kloun balığını, bütün digər balıqları, bitkiləri və heyvanları yaradan sonsuz qüdrət və elm sahibi Allahdır. Uca Rəbbimiz hər şeyə gücü çatan, bütün canlıları yaradan, etməli olduqlarını onlara ilham edəndir. Tərifə, təqdirə və ucaldılmağa layiq olan da hər şeyi yoxdan yaradan, Əziz olan Allahdır.

Göylərdə və yerdə olanların hamısı Allahın şəninə təriflər deyir. Mülk Onundur, həmd Ona məxsusdur. O, hər şeyə qadirdir. (Təğabun Surəsi, 1)