400 dərəcə isti suları hiss edən xərçəng gözü

400 dərəcə isti suları hiss edən xərçəng gözü

Okeanların dərinliklərindəki zülmət qaranlıq içərisində püskürdüyü suyun istiliyi 400 dərəcəyə çatan termal ərazilər mövcuddur. Bu ərazilərdə “Bythograea thermydron” növünə məxsus xərçənglər yaşayır və onlar belə yüksək istilikdən təsirlənmirlər. Bu xərçənglərin yaşadığı yer zülmət qaranlıqdır. Ancaq bu qaranlıqda xərçəngin gözü onun mühüm köməkçisidir. Xərçəng gözündəki xüsusi yaradılış sayəsində 400 dərəcəyə çatan istilikdən ziyan görmür.

Bu xərçənglər milçəklər kimi mürəkkəb göz quruluşuna sahibdirlər. Bu gözlər fokuslana və okeanın dərinliyindəki zəif işığı görə bilir. Sürfə dövründən çıxan xərçənglərin gözləri dərinliklərə doğru getdikcə itən işığı sezmək üçün dəyişməyə başlayır. Uzun müddət ərzində baş verən bu dəyişiklik xərçəngin DNT-sində kodlanmış xüsusi proqram daxilində qüsursuz şəkildə həyata keçir. Tamamilə zülmət qaranlıq içində təxminən 4000 metr dərinlikdəki okean yatağına çatan yetkin xərçəng iri (linzaya sahib olmayan) torlu qişaya sahib olur. İşığa olduqca həssas olan bu gözlər zülmət qaranlıqda xərçəng üçün sanki gecə durbini vəzifəsini görür. Beləliklə, yüksək istiliklə digər canlıları öldürən termal sularını uzaqdan hiss edən xərçəng özünü qoruyur.

Bütün canlıları möhtəşəm xüsusiyyətlərlə yaradan Allah xərçəngləri də lazımi gözlərlə yaradıb. Bir ayədə Rəbbimizin yaratma elmi belə bildirilir:

“Budur sizin Rəbbiniz olan Allah. Ondan başqa ibadətə layiq olan məbud yoxdur. Hər şeyin Yaradıcısı Allahdır! Elə isə Ona ibadət edin! O, hər şeyi Qoruyandır” (Ənam surəsi, 102)