Qırmızıdodaq yarasa balığı

Qırmızıdodaq yarasa balığı

Qırmızıdodaq yarasa balığı dünyada dörd üzgəci üzərində yeriyən yeganə balıqdır.  Yarasa balığı yerimək üçün yaradılmış üzgəcləri, qəribə görünüşlü burnu və böyük, qırmızı dodaqları ilə olduqca maraqlı görünüşə sahibdir. Yarasa balıqlarının qumda yeriməsini təmin edən orqanı döş üzgəcləridir. Bu üzgəclər vasitəsilə asanlıqla okeanın dibində dayana bilir və üzgəclərinin ucunda yeriyirlər.

Qırmızıdodaq yarasa balıqları başqa qeyri-adi xüsusiyyətə də malikdir. Burunlarının altında digər balıqları aldatmaq üçün tilov kimi istifadə etdikləri kiçik dəri parçaları var. Yarasa balıqları yırtıcıdır. Onlar bu tilov vasitəsilə digər balıqları, xərçəngləri, qurd və daraqlıları ovlayırlar.

Dənizin dibində yaşayan bu kiçik balıqdakı bənzərsiz yaradılış bizə Allahın sənətinin nümunələrindən birini göstərir. Quranın bir ayəsində belə bildirilir:

O, Xaliq, yoxdan yaradan, surət verən Allahdır. Ən gözəl adlar yalnız Ona məxsusdur. Göylərdə və yerdə olanların hamısı Onun şəninə təriflər deyir. O, qüdrətlidir, müdrikdir. (Həşr surəsi, 24)