Heyvan gözlərindəki müxtəliflik

Heyvan gözlərindəki müxtəliflik

Balıqlar su altında ikən, quşlar isə uçarkən görmələrinə imkan verən göz qapaqlarına sahibdirlər. Bunlar kimi digər canlıların da göz quruluşları ehtiyaclarına görə dizayn olunmuşdur. Bu doğru dəyərləndirildiyi zaman insana çox şey qazandıracaq bir məlumatdır. Göz kimi qarışıq və kompleks quruluşa malik olan bir orqanın, üstəlik hər canlıda müxtəlif xüsusiyyətlərə özlüyündən sahib ola bilməyəcəyi çox açıqdır. Bu mövqedəki nümunələri araşdıran, ağıl və vicdanla düşünən hər insan canlıların Allah tərəfindən yaradıldıqları həqiqətini dərhal görəcəkdir. Aşağıda verilən nümunələr bu həqiqəti düşünmək üçün bir vasitədir.

Quşlar insanlardan daha sürətli görüş gücünə sahibdir və geniş sahəni daha detallı görə bilirlər. Quşlar, insanın hissə-hissə görərək qavradığı bir çox görüntü kadrlarını, bir baxışda bütün olaraq görə bilər. Bu, ovlanmada böyük üstünlükdür. Bəzi quşların gözləri insan gözü ilə müqayisə edildiyi zaman 6 qat uzağı görə bilir.

İnsan üçün gözünü qırpdığı zaman meydana gələn anlıq görüntü itkiləri çox da əhəmiyyətli deyil. Ancaq yüzlərlə metr yüksəklikdə sürətlə uçan quş üçün bu ciddi problemdir. Bu səbəblə quşlar gözlərini qırparkən heç bir zaman görüntülərdə itki olmaz. Çünki quşun göz qırpma pərdəsi adlanan üçüncü bir göz qapağı var. Bu pərdə şəffafdır və gözün bir tərəfindən digər tərəfinə doğru hərəkət edir. Beləcə quşlar gözlərini tamamilə bağlamadan qırpa bilirlər. Suya baş vuran quşlarda isə bu pərdə, dalğıc eynəyi vəzifəsini yerinə yetirir və gözə zərər gəlməsinə mane olur.

Başqa bir nümunə olaraq dəvənin gözləri də tam ehtiyacı olan qorumanı təmin edəcək xüsusiyyətdədir. Gözlərin ətrafındakı sərt sümüklər zərbələrə qarşı qorumanı təmin etdikləri kimi, günəş şüalarına qarşı gözü ən yaxşı şəkildə müdafiə edirlər. Olduqca şiddətli qum fırtınaları belə, dəvənin gözlərinə zərər vermir. Çünki kirpikləri bir-birinin içinə keçə bilən quruluşa sahibdir və hər hansı təhlükə anında avtomatik olaraq qapanır. Beləcə heyvanın gözünə ən kiçik toz belə girmir.

Balıqların gözləri isə dünyaya şəffaf bir pərdə arxasından baxır. Bu pərdə dalğıcların sualtı eynəklərinə bənzəyir. Dairəvi və sərt olan göz quruluşları yaxın məsafədəki cisimləri görməyə görə nizamlıdır. Balığın gözünün dairəvi olmasının bir başqa səbəbi isə işığın suda sınmasıdır. Göz, haradasa su ilə eyni sıxlığa sahib bir maye ilə dolu olduğundan xaricdə meydana gələn görüntülər gözə düşərkən sınma baş vermir. Bunun nəticəsində gözün bülluru xaricdəki cismin görüntüsünü retina üzərinə tam fokuslayır və balıq insanın əksinə suyun içində olduqca dəqiq görür.