Həyəcan siqnalı verən bitkilər

Həyəcan siqnalı verən bitkilər

İnsanların çoxu elə düşünür ki, bitkilər təhlükədən qaça bilmədiyi üçün düşmənlərinə dərhal təslim olurlar. Lakin aparılan tədqiqatlar bunun heç də zənn edildiyi kimi olmadığını göstərmişdir. Əksinə, bitkilər də ağıllı taktikalarla düşmənlərindən qorunurlar. Məsələn, bəzi bitkilər yarpaqlarını gəmirən həşəratları uzaqlaşdırmaq üçün zərərli kimyəvi maddələr ifraz edir. Bu, çox ağıllı taktikadır. Belə ki, təsərrüfat sahələrində aparılan işlərdə bu müdafiə üsulu təqlid edilməyə çalışılır.

Bəzi bitkilərə həşəratlar hücum edəndə bu həşəratlarla qidalanan böcəkləri cəlb edən, uçucu kimyəvi maddə ifraz edirlər. Köməyə çağırılan böcəklər yumurtalarını bu tırtılların içinə qoyur. Yumurtadan çıxan sürfələr bu tırtıllarla qidalanır. Beləliklə, əkinə zərər verən tırtıllar bu strategiya sayəsində məhv edilir.

Bitkinin yarpaqlarının tırtıl tərəfindən yeyildiyini bilməsi də kimyəvi üsullarla həyata keçir. Bitki yarpaqlarını itirdiyi üçün yox, tırtılın tüpürcəyindəki kimyəvi maddələrə reaksiya olaraq həyəcan siqnalı verir.

Bəs şüuru və ağlı olmayan bitki ona zərər verildiyini necə anlayır? Özünü qorumaq üçün hansı böcəyə ehtiyacı olduğunu haradan bilir? Ona kömək edən böcəyi özünə cəlb etmək üçün uçucu kimyəvi maddəni necə istehsal edir?

Şübhəsiz ki, beyni olmayan bir bitkinin kimyaçı kimi kimyəvi maddələri təhlil etməsi, istehsal etməsi, planlı strategiya qurması mümkün deyil. Bu ağıl bitkini qüsursuz xüsusiyyətlərlə yaradan və özünü qorumaq üçün nələr etməli olduğunu ona ilham edən Allaha aiddir. Allah bir ayədə belə buyurur:

O,  yer üzünü sizin üçün beşik etmiş, orada sizin üçün yollar salmış və göydən su endirmişdir. Biz onunla cürbəcür bitkilərdən cüt-cüt yetişdirdik. (Taha  surəsi, 53)