Keratin saç tellərinin parlaqlığını necə təmin edir?

Keratin saç tellərinin parlaqlığını necə təmin edir?

Saç kremi istifadə etdikdən sonra saç tellərinin bir-birinə qarışmadan asanlıqla açılması keratinin hansı xüsusiyyətindən qaynaqlanır?

Dırnaq, quş tükü, dəri, ipək, yun kimi bir-birindən çox fərqli maddələrin tərkib hissəsi olan keratinin ən əsas xüsusiyyəti nədir?

Kainatın hər yerində, ən kiçik zərrəsində belə Rəbbimizin elmini göstərən böyük yaradılış var. Biz hər tərəfi molekulların birləşməsindən meydana gəlmiş dünyada yaşayırıq. Bəzi molekullar qoxu və dad əmələ gətirir. Bəziləri havada uçur, bəziləri bədənimizi, bəziləri də suyun dərinliyindəki ehtişamlı gözəllikləri əmələ gətirirlər. Qısaca desək, həyatımızdakı hər şey molekuldur. İnsan həyatının hər tərəfini əhatə edən bu molekullardan biri də bir-birindən tamamilə fərqli formalar meydana gətirən və xüsusilə qoruyucu xassəsi ilə fərqlənən keratindir.

Keratin molekulunun saç telinə qazandırdığı xüsusiyyətlər

Saçlarınız bir-birinə disulfid rabitələri ilə bağlanmış keratin molekullarından təşkil olunmuşdur. Saçınızda hər hansı dəyişiklik baş versə, bu disulfid rabitələri qırılır. Məsələn, saçı müxtəlif proseslərlə dalğalandırdıqda gözlə görünməyən molekulyar rabitələrdə dəyişiklik baş verir.

Saçlarınızın elastikliyinin səbəbi keratini əmələ gətirən hidrogen rabitələridir. Elastik hidrogen rabitələrinin səbəb olduğu bu xüsusiyyətə görə saçlar hərəkət edir və qırılmır. Gəlin, əksini düşünək. Əgər keratin molekulları fərqli kimyəvi rabitə ilə bağlansaydı, asanlıqla formasını dəyişən, hərəkət edən saçlarımızın əvəzinə bərk saçlarımız olardı. Ancaq hidrogen rabitələri sayəsində belə olmur.

Saçın parlaqlığı saçın işığı əks etdirmə xüsusiyyətindən asılıdır. Bəzi saç dərmanları və şampunlar keratin molekullarındakı hidrogen ionlarını çıxararaq onların elektrik yüklərini dəyişdirirlər. Nəticədə, keratin molekulları və mikrofibril topaları daha möhkəm yapışır və işığı daha yaxşı əks etdirirlər. Bu məmulatlardan istifadə etdikdən sonra saçın daha çox parıldamasının səbəbi molekullarda əmələ gələn bu kiçik dəyişiklikdir.

Saç kremindən istifadə etdikdən sonra saçların daha asan açılması da molekulyar səviyyədə baş verən müxtəlif dəyişikliklərin nəticəsidir. Saç kremlərində ionik maddələr var və onlar keratin liflərinə birləşərək elektrik yüklərinə təsir edirlər. Bu, bir-birinə yaxın görünən saç tellərinin arasındakı itələmə qüvvəsini artırır. Saç telləri bir-birlərindən uzaqlaşdıqlarına görə, bir-birlərinə dolaşıb qırılmırlar