Yarpaqların rəngi

Yarpaqların rəngi

İlıq iqlimlərdə, payız fəslində yarpaqların rəngi dəyişməyə başlayır. Bütün bitkilərin tərkibində bitkiyə rəng verən müxtəlif piqmentlər olur. Yaşıl rəngi verən piqment xlorofil; sarı, qəhvəyi, qırmızı, narıncı rəngin piqmentləri isə karoten və antosiyanindir. Bütün yarpaqlarda bu üç piqmentin olmasına baxmayaraq yarpaqların əksəriyyətinin yaşıl olmasının səbəbi yaşıl rəngi verən xlorofilin gücünün digər piqmentlərə nisbətən daha çox olmasındadır.Payızda bitkilər yarpaqlarını tökməzdən əvvəl yarpaqlarındakı faydalı vəsaitləri geri alırlar. Bu əməliyyat əsnasında da xlorofil pozulmağa başlayır. Bu mərhələdə xlorofil güclü olduğu üçün rəngləri ortaya çıxa bilməyən sarı və narıncı piqmentlərin təsiri ortaya çıxmağa başlayır.


Yarpaqların ömürləri bitdikdə antosiyanin piqmenti çoxalır və nəticədə yarpaqlar yaşıldan qırmızıya, bənövşəyiyə və ən sonunda qəhvəyi rəngə çevrilir.
İstiliyin azalması ilə yanaşı bitki həddindən artıq parlaqlığa məruz qalır və antosiyanin səviyyəsi artmağa başlayır. Buna görə də payız aylarında ağaclarda yaşıl, sarı, qırmızı tonlarda yarpaqlar birlikdə görülür.
Bu rəng dəyişməsinin ardından ağaclardakı yarpaqların hamısı qısa zamanda tökülür və ağac yaza qədər bir növ ölmüş olur.


O, ölüdən diri, diridən də ölü çıxardır; yeri ölümündən sonra dirildir. Siz də (qəbirlərinizdən) belə (dirildilib) çıxardılacaqsınız. (Rum Surəsi, 19)