Texnologiyaya ilham qaynağı olan iynəcələrin qüsursuz sistemi

Texnologiyaya ilham qaynağı olan iynəcələrin qüsursuz sistemi

İynəcələr görünüşcə vertolyota bənzəyir. Qüsursuz uçuş qabiliyyətinə sahibdirlər. Belə ki, ovlarına hücum etmək üçün havada sabit dayana və uyğun tərzdə duraraq gözləyə bilirlər. Bunu sürətli qanad çırpmaları sayəsində bacarırlar. Üstəlik, həmin vəziyyətdə cəld dönüb ova istiqamətlənə bilirlər.

Açıq mavidən tünd göyə qədər müxtəlif rənglərə sahib iynəcənin öndə və arxada iki cüt qanadı vardır. Uçarkən öndəki iki qanad yüksəlir, arxadakı iki qanad isə alçalır. İynəcənin qanadının forması nümunə götürülərək “Skorsky” adlı vertolyot istehsal edilmişdir.

Canlı həmçinin qüsursuz görmə qabiliyyətinə sahibdir. İynəcənin gözü elm adamları tərəfindən dünyadakı ən yaxşı böcək gözü olaraq qəbul edilir. Canlının hər birində 30 minə qədər ayrı linza olan bir cüt gözü vardır. İki yarımkürəyə bənzəyən və başının yarısı böyüklükdə olan bu gözlər böcəyə olduqca geniş görmə sahəsi qazandırır.

Burada saydıqlarımız iynəcənin sahib olduğu xüsusiyyətlərdən yalnız  bir neçəsidir. Bəs iynəcənin xüsusi qanadları olmasaydı, ani manevrlər edib ovunu tuta bilərdimi? Yaxud hər istiqaməti görə bilən gözləri olmasaydı, düşmənlərindən qaça bilərdimi?

İynəcədəki sistemlərin hər hansı birində olan kiçik qüsur digər sistemlərin yararlı olmadığına yol açar. Lakin iynəcə bütün xüsusiyyətləri ilə birlikdə qüsursuz yaradılmışdır. Allah digər canlılar kimi iynəcəni də mükəmməl şəkildə yaratmışdır.

Göyləri, yeri və onların arasındakıları altı gündə xəlq edən, sonra ərşi yaradıb hökmü altına alan Allahdır. Sizin Ondan başqa heç bir haminiz və şəfaət edəniniz yoxdur. Məgər öyüd-nəsihət qəbul etməyəcəksiniz? (Səcdə surəsi, 4)