Keçmiş və gələcək hal-hazırda yaşanmaqdadır

Keçmiş və gələcək hal-hazırda yaşanmaqdadır

Allah qatında zaman olmadığı üçün bütün hadisələr tək bir anda həyata keçir və o, hal-hazırkı andır. Hal-hazırda bizim üçün keçmiş və gələcək olan bütün hadisələr Allah qatında bizim hadisələri gördüyümüzdən daha aydın və canlı şəkildə baş verir.Məsələn, hz. Yunis hal-hazırda gəmidəki tələ nəticəsində dənizə atılır, hz. Yusif hal-hazırda qardaşları tərəfindən quyuya atılır, hal-hazırda zindandakı ilk yeməyini yeyir, oradan hal-hazırda çıxaraq yeriyir. Hz. Məryəm hazırda Cəbrayıl ilə danışır, hz. İsa hazırda doğulur. Hz. Nuh gəmisinin ilk mismarını hal-hazırda vurur, özü və ailəsi gəmidən Allah`ın onları üçün seçdiyi torpaqlara enirlər. Hz. Musanın anası onun beşiyini hal-hazırda gəmidən buraxır, hz. Musa hal-hazırda sıx meşəlikdə Allah`dan ilk vəhyini alır, dəniz hal-hazırda iki yerə yarılır, inananlar hal-hazırda dənizdən keçərkən firon ordusu ilə birlikdə boğularaq ölür. Hz. Musa hal-hazırda Xızırla görüşür, Xızır da yetim uşaqların divarını hal-hazırda sökür. Hz. Zülqərneyndən onları qorumaq üçün sədd inşa etməsini istəyənlər tələblərini hal-hazırda ona çatdırırlar və hz. Zülqərneyn qiyamətə qədər deşilməz və keçilməz səddi hal-hazırda inşa edir. Hz. İbrahim atasına hal-hazırda nəsihət edir, bütpərəst tayfanın bütlərini hal-hazırda sındırır və tayfasının onu atdığı atəş hz. İbrahimə hal-hazırda sərinlik verir. Hz. Muhəmməd (s.ə.v) hal-hazırda Cəbrayıldan vəhy alır, elə indicə Məscidül-həramdan əl-Əqsa məscidinə aparılır. Lut qövmü hal-hazırda yerlə bir olur. Cənnət əhli hal-hazırda taxtlarda oturaraq qarşılıqlı söhbət edirlər. Cəhənnəm əhli isə hal-hazırda oda atılır, böyük əzab və faydası olmayan peşmançılıq içində əzab çəkirlər. Allah bu görüntülərin hamısını hal-hazırkı anda bizim bilməyimiz mümkün olmayan tam aydın şəkildə görür və eşidir. Bizim şahid olduğumuz və olmadığımız bütün hadisələr və bütün səslər Allah qatında hər an hazırdır və bütün canlılığı ilə hər an yaşayır. Bunların heç biri heç vaxt itmir, hər zaman Allah`ın hafizəsində bütün incəlikləri ilə yaşanır.

Bu həqiqət sizin həyatınıza da aiddir. Məsələn, babanızdan sizə qalan evin bünövrəsi, əslində, hal-hazırda qoyulur. Atanız bu evdə hal-hazırda doğulur. Sizin ilk dəfə danışmağa başladığınız an da hal-hazırkı andır. Bu gününüzdən tam 10 il sonra yediyiniz yeməyi hal-hazırda yeməkdəsiniz.

Bütün bu misalların qarşımıza bir daha çıxardığı həqiqət budur: heç bir an, heç bir kadr, heç bir hadisə, heç bir varlıq yox olmamışdır və olmayacaqdır. Necə ki, televiziyada tamaşa etdiyimiz film lentə alınmışdırsa, həmçinin müxtəlif kadrlardan ibarətdirsə və bu kadrları bizim görməməyimiz onların olmadığı mənasına gəlmirsə, bizim keçmişdə yaşanmış və ya gələcəkdə yaşanacaq dediyimiz hadisələr üçün də eyni şey əsaslıdır.

Ancaq bir cəhətin səhv başa düşülməməyi çox vacibdir: bu səhnələrin heç biri xatirə və ya xəyal kimi deyil. Bunların hamısı eynilə hal-hazırda yaşadığınız an kimi canlıdır. Hər şey canlı şəkildə qorunur. Biz yalnız Allah bizə bu hissləri vermədiyi üçün onları keçmiş, bitmiş hadisələr kimi görürük və Allah istədiyi vaxt bizə bu görüntüləri göstərə bilər, bu hadisələrə aid hissləri verərək bizə də bu hadisələri yaşada bilər.

Bu misallardan da göründüyü kimi, Allah üçün keçmiş, gələcək, indi-hamısı birdir. Elə buna görə, Allah`a heç bir şey gizli qalmır. Belə ki, ayədə də Rəbbimiz bu həqiqətə belə diqqət çəkmişdir:

Dedi: "Oğlum, bir xardal dənəsi ağırlığında olsa da, bir qayanın içində, yaxud göylərdə və ya yerin təkində olsa da, Allah onu ortaya gətirər. Həqiqətən, Allah lətifdir, xəbərdardır! (Loğman surəsi, 16)