"Beyin" 10 milyard sinir hüceyrəsindən və bunlar arasında olan 100 trilyon əlaqədən ibarətdir

"Beyin" 10 milyard sinir hüceyrəsindən və bunlar arasında olan 100 trilyon əlaqədən ibarətdir

İnsan beyni bir neçə işi eyni anda yerinə yetirə biləcək quruluşa malikdir. Məsələn,insan avtomobil sürərkən beynindəki qüsursuz quruluş sayəsində həm maqintofonu qoşa bilər, həm də rahatlıqla sükanı idarə edə bilər. Bir çox işi eyni anda etməsinə baxmayaraq, qarşısındakı avtomobilləri, ya da piyadaları vurmaz və ayaqlarıyla qaz pedalını idarə edə bilər. Radio dinləyərkən deyilənləri də, tamamilə, başa düşə bilər. Danışığına qaldığı yerdən davam edə bilər. Qısaca, insan beynindəki qeyri-adi quruluş sayəsində eyni anda bir çox işi görə bilər. Bunu təmin edən isə beyindəki sinir hüceyrələrinin bir-birləri ilə olan əlaqələridir.

Beyindəki qüsursuz sistemi meydana gətirən ən vacib xüsusiyyətlərdən biri, təxminən 10 milyard olan sinir hüceyrələri və bu hüceyrələr arasında olan 100 trilyon əlaqədir. 100 trilyon çox böyük ədəddir. Bu ədədin böyüklüyünü biokimya professoru Michael Denton belə ifadə edir:

"100 trilyon, əlbəttə, qavranması çətin ədəddir. Amerikanın yarısı böyüklüyündə ərazi düşünün. Əgər bu bölgənin hamısının ağaclarla dolu olduğunu və hər ağacın 10 min yarpağı olduğunu qəbul etsək, məhz bu bölgədəki bütün yarpaq miqdarı, beynimizdəki əlaqələrin sayına yaxın olacaq."

Beynimizdəki bu qeyri-adi vəziyyət əlaqələrin miqdarı ilə də bitmir. Çünki 100 trilyon əlaqənin hamısı lazım olduğu yerdədir. Əgər bu əlaqələrdən hər hansı biri səhv yerdə olsaydı və ya bu əlaqələrdə əskiklik olsaydı, şübhəsiz ki, nəticələri də çox pis olardı. Ancaq belə bir hadisə baş vermir və bəzi xəstəlikləri çıxmaqla bütün insanlar özlərinə sadə olan, əslində, isə trilyonlarla möcüzəvi prosesin heç dayanmadan reallaşdığı bir həyatı yaşamağa davam edirlər.