Səsin qulaqdan beyinə çatması

Səsin qulaqdan beyinə çatması

Xarici dünya ilə əlaqəmizi beş duyğu orqanı vasitəsiylə qura bilirik. Varlıqları görürük, səslərini eşidirik, dada bilirik, qoxulaya bilirik ,toxunaraq da hiss edə bilirik. Bu beş duyğu orqanının hər biri də bir-birindən mürəkkəb sistemlərlə təchiz olunmuşdur. Gündəlik həyatımızda hər an etdiyimiz hərəkətlər yalnız bu sistemlərin qüsursuzca vəzifələrini yerinə yetirməsiylə mümkün olur. Məsələn, xarici dünyadakı səsləri necə eşitdiyimizi araşdıraq:

İlk əvvəl havadakı səs dalğaları qulaq çömçəsi tərəfindən toplanılır. Sonra bu səs dalğaları qulaq pərdəsiylə toqquşur. Qulaq pərdəsi orta qulaq sümüklərini titrədir. Səs dalğaları beləliklə mexaniki dalğalara çevrilir. Bu mexaniki dalğalar isə daxili qulaqdakı "vestibulyar pəncərə" deyilən qismə keçərək, qulaq ilbizinin içindəki mayeni titrədir. Bu mayenin tərpənməsi sinir impulslarına çevrilərək eşitmə kanalları ilə beyinə gedir. Beyin, havadakı səs dalğalarını bu elektrik siqnalları vasitəsiylə tanıya bilir.