Dinozavrlar necə məhv oldular?

Dinozavrlar necə məhv oldular?

Meteoritlər iqlimdə  böyük dəyişiklərə səbəb olduğu üçün canlılar aləmi üzərində əhəmiyyətli təsirə malikdir. Təxminən 65 milyon il əvvəl dinozavr nəslinin qəflətən kəsilməsinə nəhəng meteoritin Yerlə toqquşması nəticəsində meydana gələn iqlim dəyişikliyinin səbəb olduğu güman edilir. 1990-cı ildəki tapıntı bu fərziyyəni sübuta yetirdi. Meksikanın Yukatan yarımadasında diametri 180 kilometr olan iri krater tapıldı. Bu krateri meydana gətirən meteoritin diametrinin isə 10 kilometr-ə çatdığı ehtimal olunur. Kompyuter vasitəsilə aparılan son hesablamalara əsasən müəyyən edilmişdir ki, toqquşma zamanı 18000 kub kilometr qaya və torpaq sahəsi bir anda əriyərək yox olmuşdur. Dinozavrlar da daxil olmaqla 70%-ə qədər canlı növünün nəsli bu dövrdə kəsildi (Beyond 2000. com: Crater Face 28 oktyabr 2002: http://www.beyond2000.com).)

"Həqiqətən, Allah göyləri və Yeri tərpənməsinlər deyə, tutub saxlayır. Əgər tərpənsələr, Ondan başqa onları heç kəs tutub saxlaya bilməz. Həqiqətən də, O, Həlimdir, Bağışlayandır". (Fatır surəsi, 41)