Meteoritlərə diqqət!

Meteoritlərə diqqət!

Yaxın günlərdə Yer kürəsi böyük təhlükədən sovuşdu. Belə ki, bu təhlükə planetimizin yaxınlığından keçməyib onunla toqquşsaydı, bəlkə də, siz indi bu sətirləri oxuya bilməyəcəkdiniz. Alimlərin bildirdiyinə görə, diametri təxminən 100 metr olan meteorit 8 mart 2002-ci ildə Yer kürəsinə çox yaxın məsafədən keçdi.

"New Scientist" elmi jurnalının internet saytında yerləşdirilən xəbərdə meteoritin Yerlə Ay arasındakı məsafənin 1.2 misli qədər planetimizə yaxınlaşdığı bildirildi. Bu məsafə təxminən 450 000 km-ə bərabərdir. Aranızda "o qədər də yaxın keçməyib" deyə düşünənlər ola bilər, ancaq qalaktikalararası məsafələrin milyonlarla işıq ili ilə hesablandığını nəzərə alsaq, meteoritlə Yer arasındakı bu məsafənin ucsuz-bucaqsız kainat üçün olduqca kiçik rəqəm olduğunu daha yaxşı dərk edərik.

Onu da qeyd etmək lazımdır ki, "2002 EM7" adlandırılan bu meteorit Yerin yaxınlığından 8 mart 2002-ci il tarixində keçməsinə baxmayaraq, alimlər bu təhlükədən yalnız 12 martda xəbərdar oldular. Meteorit ilk dəfə Amerikanın məşhur Massaçusset Texnoloji İnstitutunun (MTU) Linkoln laboratoriyası tərəfindən 4 günlük gecikmə ilə müəyyən edildi. Alimlər meteoritin belə gec müəyyən edilməsinin səbəbini onun günəşə çox yaxın məsafədən (87 milyon kilometr) keçməsi ilə izah etdilər.

Məhz bu cəhət alimləri aşağıdakı çarəsiz etirafa sürükləyir:

Kor bölgə təhlükəsi

"Əvvəlcədən orbitini müəyyən edə bilmədiyimiz meteorit "kor bölgədən" Yer istiqamətində hərəkət edərsə və toqquşma təhlükəsi yaradarsa, xəbərdarlıqlarımız artıq heç bir əhəmiyyət daşımayacaq". Kosmos boşluğunda hərəkət edən milyonlarla kometa, meteorit kimi göy cisimləri Yer planeti üçün ciddi təhlükə mənbəyidir. Bunlardan yalnız biri Yerlə toqquşarsa, bütün bəşəriyyət məhv ola bilər.

Planetimizə hər hansı meteorit çırpılarsa, baş verə bilən dəhşətli hadisələr üzərində düşünək.

Aparılan tədqiqatlar nəticəsində alimlər milyonlarla il əvvəl yaşamış nəhəng dinozavrların nəsillərinin tükənməsinə 65 milyon il əvvəl baş vermiş meteorit yağışının səbəb olduğunu düşünürlər. Nəhəng və güclü canlılar olan dinozavrları Yer üzündən silən bu dəhşətli hadisə dünyamızda baş vermiş ilk və son meteorit yağışı deyildi.

Elm adamları 1908-ci ildə Sibirin Tunquska bölgəsinə düşən və toqquşma nəticəsində böyük partlayışla 2000 km2 sahədəki canlı aləmi məhv edən meteoriti xatırladaraq bildirdilər ki, 2002-ci ilin mart ayında Yerin yaxınlığından keçən "2002 EM7" meteoriti Tunquskaya düşən meteoritdən daha da böyükdür.

Dörd saatlıq meteorit yağışı

13 noyabr 1833-cü il tarixində Şərqi Amerikada baş verən və gecə saat 03:00 radələrində başlayan meteorit yağışı təqribən 4 saat davam etdi və səmadan gələn atəş topları sürətlə Yerə çırpılaraq, gecəni gündüzə çevirdi. Düşdükləri yerdə bataqlıqları buxarlandırır, ağacları külə çevirirdilər. Bu dəhşətli anların şahidi olan Elder Samuel Rogers faciə zamanı insanların Allah'a necə dua etdiklərini öz məqaləsində belə ifadə edir:

"Bəziləri həqiqətən qiyamət gününün gəlib çatdığını düşünürdü. Peşmançılıq hissi ilə diz çökərək günahlarını etiraf edir və Allah`dan mərhəmət diləyirdilər." (http://science.nasa.gov/newhome/headlines/ast22jun99_2.htm)

Günəşin ətrafında müəyyən orbit üzrə hərəkət edən kometlər də Yer üçün ciddi təhlükə mənbəyidirlər. Bu kometlerdən biri olan Temple-Turtle kometinin kosmosda böyük buz və qaz kütlələri ilə hərəkəti zamanı Yer kürəsi bu buludun içinə daxil olur və nəticədə 1966-cı ilə damğasını vurmuş unudulmaz meteorit yağışı baş verir. Milyonlarla kilometr uzunluğu və 35 000 kilometr eni olduğu fərz edilən bulud topasına daxil olan kimi Yer kürəsi atəş toplarının hücumuna məruz qalır. Alimlərin hesablamalarına görə, sıx bulud topasının içindən keçərkən, saatda 100 mindən çox meteorit Yerə çırpılır (Harun Yəhya, Kainatın Yaradılışı).

Böyük təəccüb doğuran bu rəqəmlər kainatı yoxdan yaradan Allah`ın sərhədsiz gücünü bir daha sübut edir. Bu rəqəmlər üzərində düşündükcə, dünyəvi mənfəətlərin nə qədər kiçik və mənasız olduğunu dərk edirik. Əslində, insan kainatda bir qum dənəsi qədər belə yer tutmur. Buna görə, hər insan Allah qarşısındakı acizliyini bilməli və dərhal keçmiş günahlarına görə Allah'a tövbə edib, Ona sığınmalıdır.

Bu meteoritin sizin yaşadığınız ölkəyə, şəhərə və hətta sizin mənzilinizə düşməməyi üçün heç bir səbəb yoxdur. Şübhəsiz, ölüm hər canlının dadacağı və bizə çox yaxın olan danılmaz həqiqətdir. Hər hansı bir meteorit, xəstəlik və ya başqa səbəblər həyatımıza son qoya bilər. Heç kim bir neçə dəqiqə sonra yaşayacağına zəmanət verə bilməz. Ölümdən qurtuluşun mümkün olmadığı, hər insanın bir gün mütləq Rəbbimizə döndəriləcəyi Quranda belə bildirilir:

"Harada olursunuzsa olun, ölüm sizi haqlayacaq. Hətta yüksək qalalarda olsanız belə..." (Nisa surəsi, 78)

Bütün Yer kürəsi nəzarət altındadır

Əlbəttə ki, Yerə bu qədər yaxın məsafədən keçən meteoritlər də, bütün kainat kimi Allah'ın sonsuz iradəsi və nəzarəti altındadır. Hökm və hikmət sahibi olan Allah göylərdə və Yerdə baş verən bütün hadisələri məqsədsiz yaratmadığını Quranda belə bildirir:

"Biz Yeri, göyü və onların arasında olanları əyləncə üçün yaratmamışıq" (Ənbiya surəsi, 16)

Hər an kosmosdan gələn ciddi təhlükələr əhatəsində Yer kürəsinin meteoritlərindən və ya hər hansı başqa təhlükələrdən qorunması Allah'ın ayələrinin təcəllisidir. Məlumdur ki, göy cisimləri başqa planetlərlə toqquşduqda, məsələn, Ayın səthinə çırpıldıqda nəhəng kraterlər yaradır. Lakin Yeri əhatə edən atmosfer təbəqəsi planetimizə yaxınlaşan meteoritləri oksigen qazı sayəsində sürtünməklə alovlanmasını və Yerə çatana qədər böyük kütlə itkilərinə məruz qalmasını təmin edir. Qeyd edək ki, biz fərqində olmasaq da, atmosferə vaxtaşırı meteoritlər daxil olur, ancaq Yerə çatana qədər əriyirlər. Allah sonsuz şəfqət sahibidir, hər şey Onun nəzarəti altındadır. Quranda Allah'ın insanları hər an qoruduğu Ənbiya surəsinin 32-ci ayəsində belə xəbər verilir:

"Göyü mühafizə olunan bir tavan etdik. Onlar isə oradakı dəlillərimizdən üz çevirirlər."