Elektronların orbiti

Elektronların orbiti

Atomun nüvəsinin ətrafında 7 orbit var. Əsla dəyişməyən 7 orbitdəki elektronların sayı da bir düsturla təyin olunmuşdur: 2n2. Atomların bütün orbitlərində ola biləcək ən çox elektron sayı məhz bu düsturla sabitlənmişdir (düsturdakı "n" hərfi orbitin nömrəsini ifadə edir).

Spin hərəkəti

Allah gördüyümüz və görə bilmədiyimiz hər yeri sonsuz sənətlə yaratmış və bizim xəbərimiz belə olmadığı halda yaratdığı saysız-hesabsız nemətləri bizim xidmətimizə vermişdir.

"Allah Özündən başqa tanrının olmadığına şahidlik etdi, mələklər və elm sahibləri də (şahidlik etdilər). (Allah əbədi olaraq) ədalətli olmaqdadır. Ondan başqa ilah yoxdur, Qüdrətlidir, Müdrikdir." (Ali İmran surəsi, 18)

Atomu yaradan zərrəciklərin öz oxları ətrafında heyrətamiz sürətlə hərəkət etməsi spin adlanır. Kainatdakı bir çox sistemdə spin hərəkəti mövcuddur. Atomun içindəki zərrəciklərdən kosmosdakı ulduzlara qədər bütün sistemlər bu hərəkət üzərində qurulmuşdur. Zərrəciklərin spin hərəkəti ilk dəfə 1925-ci ildə aşkar edilmiş və bu hərəkət "Pauli prinsipi" adlandırılmışdır. Bu prinsipə görə, iki bənzər zərrəcik eyni vəziyyətdə ola bilməz, yəni naməlumluq qanununun müəyyən etdiyi sərhədlər içində həm eyni mövqedə, həm də eyni sürətdə ola bilməzlər. Bildiyiniz kimi, atom çox kiçik bir quruluşdur və o kiçik quruluşun içində mükəmməl bir sistem vardır. Əgər bu quruluşu meydana gətirən bir-birinə bənzər zərrəciklər eyni sürətdə və eyni istiqamətdə hərəkət etsəydilər nə olardı?

Əvvəlcə, protonu meydana gətirən 3 kvarka nəzər salaq. 3 kvark eyni anda, eyni sürətdə və eyni istiqamətdə hərəkət etdikləri təqdirdə, artıq 3 kvark deyə bir şey qalmaz, hamısı bir kvarka çevrilər. Belə bir vəziyyətdə də, protonların meydana gəlməsi mümkün olmaz və nüvə, başqa sözlə desək, atom meydana gələ bilməz. Çünki kvark bir enerjidən ibarətdir, eyni istiqamətdə və eyni sürətdə hərəkət edən 3 ayrı enerjinin olması mümkün deyil. Onların bir-birlərindən ayrılmaları vacibdir. Bu da ancaq hərəkət fərqi ilə meydana gələ bilər. Ancaq bu şərtlə kvarklar (enerji vahidləri) neytronları və protonları meydana gətirə bilərlər. Əgər kvarkların hamısı eyni istiqamətdə və eyni sürətdə hərəkət etsəydilər, nə protonlar, nə neytronlar, nə də nüvə meydana gələ bilərdi. Nəticədə, atomlar yaranmazdı. Molekullar olmadığına görə də, maddə yaranmazdı (Harun Yəhya, Atom möcüzəsi).

"Spin" hərəkətinin həyati əhəmiyyəti

Göründüyü kimi, spin hərəkəti kainatın meydana gəlməsində böyük rol oynayır. Stiven Xokinq bu vəziyyəti belə ifadə etmişdir:

"Əgər dünya Pauli prinsipi olmadan yaradılsaydı, kvarklar bir-birindən ayrı olan proton və neytronları meydana gətirə bilməzdi. Proton və neytronlar da elektronlarla birlikdə atomları meydana gətirə bilməzdilər. Hamısı düz, sıx “şorba” meydana gətirərək, bir yerə çökərdi". (Stephen Hawking, Zamanın Kısa Tarihi, Milliyyet Yayınları, s. 117)

Elm bu gün subatom zərrəciklərinin fövqəladə hərəkətlərini kəşf etmişdir, amma zərrəciklərin niyə belə hərəkət etdiklərini heç cür açıqlaya bilmir. Bu şüursuz zərrəciklər spin şəklində hərəkət etdiklərindən, bu hərəkətlərinin nəticəsində atomu meydana gətirəcəklərini dərk etməlidirlər. Bunu dərk edəndən sonra da necə hərəkət edəcəklərinə qərar verməli, yəni bir strategiya müəyyən etməlidirlər. Hansı zərrəciyin hansı istiqamətdə və hansı sürətdə hərəkət edəcəyi son dərəcə ətraflı şəkildə təyin olunmalıdır. Daha sonra bu strategiya kainatı meydana gətirən sonsuz saydakı hissəciyə tanıdılmalı və hamısının bu strategiyaya uyğunlaşması təmin edilməlidir. Strategiya bütün zərrəciklərə tanıdılır və bütün zərrəciklər necə hərəkət edəcəklərini öyrənirlər.

Kainatdakı üstün sənətin sahibi Allah’dır

Mühüm bir sual vardır ki, bu sual bizi əvvələ aparır: Niyə bütün zərrəciklər bu strategiyaya tabe olur, yəni itaət edirlər? Niyə bir zərrəcik belə bu qaydaya etiraz etmir? Bu zərrəciklərin burada sadaladıqlarımızı tətbiq edən şüurları, ağılları, iradələridirmi? Əlbəttə ki, xeyr. Kütləsi belə olmayan, yalnız enerjidən ibarət olan bu zərrəciklərin, təbii ki, nə özlərinə aid bir ağılları, nə də müstəqil bir iradələri ola bilər. Burada qarşımıza çıxan Allah’ın sonsuz ağlı, sonsuz gücü və sonsuz elmidir. Allah bütün zərrəcikləri boyun əydirmiş və kainatı yaratmışdır. Allah bir ayədə bu həqiqəti bizə belə bildirir:

"... Xeyr, göylərdə və yerdə hər nə varsa Onundur, hamısı Ona könüldən boyun əymişlər." (Bəqərə surəsi, 116)

Allah gördüyümüz və görə bilmədiyimiz hər yeri sonsuz sənətlə yaratmış və bizim xəbərimiz belə olmadığı halda yaratdığı saysız-hesabsız nemətləri bizim əmrimizə vermişdir. Əvvəldən heç bilmədiyimiz, bəlkə də öyrənməyi heç düşünmədiyimiz spin hərəkəti mövzusu elm inkişaf etdikcə bütün detalları ilə qarşımıza qoyulmuşdur. Bu bir həqiqətdir ki, elmi inkişaf və nailiyyətlər ağıllı və vicdanlı insanların Allah’ın varlığına inanmasına səbəb olacaq. Ancaq buna baxmayaraq, kainatın hər nöqtəsində mövcud olan üstün sənəti və ağılı görməzlikdən gələnlər də var. Məşhur alim Luis Paster bu mövzu ilə bağlı doğru belə demişdir: "Elmin azı insanı Allah’dan uzaqlaşdırır, amma çoxu Ona aparır".

İnsan ətrafını əhatə edən yaradılış dəlilləri haqqında düşündükcə, Allah’ın onu hər tərəfdən əhatə etdiyini, göydən yerə qədər hər işi Onun təşkil etdiyini, nizamladığını, canının bir gün mütləq alınacağını və dünyada etdiklərindən hesaba çəkiləcəyini daha yaxşı qavraya bilər. Məhz bizim də ətrafımızda baş verən saysız-hesabsız hadisə ilə bağlı məlumatımız artdıqca, hər keçən gün Allah’ın elminə olan pərəstişimiz də artır. Bu pərəstiş isə Allah’ın sonsuz qüdrətini, gücünü mümkün qədər dərindən dərk etmək və buna görə Onu gərəyi kimi təqdir etmək yolunda əhəmiyyətli addımdır.