Balıqlardakı bənzərsiz hissiyyat sistemi

Balıqlardakı bənzərsiz hissiyyat sistemi

Yüzlərlə adamın olduğu bir izdiham içərisində olduğunuzu düşünün. Hər kəsin davamlı olaraq sağa - sola pərakəndə hərəkət etməsi istənsə, üstəlik də qaranlıqda...

Heç kimə toxunmadan hərəkət etməniz mümkün ola bilərdimi?

Bizim üçün mümkün olmayan bu hərəkətlər balıqlar üçün çox asandır. Çünki balıqlar "yan xətt" adlandırılan mükəmməl bir orqana malikdir. Bu orqan, balığın hər iki tərəfində bədəni boyunca uzanan nöqtələr və ya kəsik xətlər halındadır. Orqanın duyğu hüceyrələri dərinin altında bir kanal içərisində yerləşir.

Xarici mühitdə ola biləcək ən kiçik təzyiq dəyişməsi, su dalğalanması, axıntının şiddəti və istiqaməti yan xətlər sayəsində dərhal müəyyən olunur. Balıqlar bu xüsusi duyğuları vasitəsi ilə titrəşmələri yarı hiss edə bilir və yarı eşidirlər. Bu sayədə düşmənin və ya maneənin varlığını obyekti hələ görmədən bilə bilirlər.