Bitkilərin mineral seçmə qabiliyyətləri

Bitkilərin mineral seçmə qabiliyyətləri

Bir insanın önünə bir ovuc mineral və vitamin qarışıq olaraq qoyulsa, bunların içindən özünə faydalı olanları seçməsi istənilsə, nə qədər müvəffəqiyyətli ola bilər? Bu mövzuda təhsil almamış bir insan üçün belə bir seçimi etmək çox çətin, hətta qeyri-mümkündür. Ancaq bir insanın müvəffəqiyyətli ola bilmədiyi bu sahədə bitkilər mükəmməl bir müvəffəqiyyətə malikdirlər.

Torpağın içində yüzlərlə mineral var. Bitkilər bu çox saydakı minerallar içindən yalnız ehtiyacları olan 13 dənəsini seçib alırlar. Bu seçim bitkilərdə təzyiq sisteminin tərsinə işləyən nasoslar tərəfindən edilir. Bu nasoslar yalnız mineralları bitki içində paylamaqla kifayətlənmir, eyni zamanda bitki üçün lazım olan maddələri də müəyyən edir və torpaqdan çəkərək bitki içində paylayırlar.

Bəs bu şüuru bitki hüceyrələrinə verən kimdir?

Yer üzündəki bütün canlılar üçün həyati əhəmiyyətli olan bitkiləri ortaya çıxaran və onlara sahib olduqları xüsusiyyətləri verən Aləmlərin Rəbbi olan uca Allah'dır.

Rəbbimiz üstün güc sahibi olan və qüsursuzca yaradandır.