Rəngli dünya

Rəngli dünya

Canlılar işıq və duyğu sistemlərinə görə işləyən "rəng dili"nə malikdirlər. Hər canlı yaşadığı mühitdəki rənglərin dilini bilir. Bu incə sistemi və canlılar arasındakı uyğunluğu yaradan bütün aləmlərin Rəbbi olan Allah’dır. Heç bir rəngin olmadığı qapqaranlıq bir dünyada yaşamaq necə olardı, heç düşünmüsünüz?

Bir anlıq bütün ön mühakimələrinizdən xilas olaraq, indiyə qədər öyrəndiyiniz hər şeyi bir kənara qoyaraq düşünün. Bədəninizin, ətrafınızdakı insanların, dənizlərin, səmanın, ağacların, çiçəklərin, qısası, hər şeyin qapqara olduğunu təsəvvür etməyə çalışın. Ətrafınızda heç bir rəngin olmadığını düşünün. Ətrafınızdakı insanların, pişiklərin, itlərin, quşların, kəpənəklərin, meyvələrin heç rəngi olmasaydı, nə hiss edərdiniz?

Belə bir dünyada yaşamağı heç istəməzdiniz, elə deyilmi? Yer üzündəki və səmadakı hər təfərrüat, hər naxış, hər rəng insanın bu nizamı anlayıb qavraması və bunun üzərində düşünməsi üçün yaradılmışdır. Təbiətdəki bütün rənglər insanın ruhuna zövq verəcək şəkildə təşkil edilmişdir. Həm canlılarda, həm də cansız dünyada qüsursuz simmetriya və rəng ahəngi var. Bunun üzərində düşünən insanın ağlına bəzi suallar gələcək.

Yer üzünü rəngli edən nədir?

Dünyamızı qeyri-adi dərəcədə gözəl edən rənglər necə əmələ gəlir?

Yer üzündəki rəng müxtəlifliyini və rənglər arasındakı uyğunluğu kim dizayn edib? Bunlar təsadüflər zəncirinin meydana gətirdiyi məqsədsiz dəyişikliklərlə meydana gələ bilərmi?

Əlbəttə ki, belə bir şeyi heç kim söyləyə bilməz. Təsadüflər nəinki milyonlarla rəngi, heç bir şeyi meydana gətirə bilməzlər. Məsələn, kəpənəyin qanadları və ya hər biri bir rəsm əsəri olan rəngarəng çiçəklər haqqında düşünün. Əlbəttə, ağıllı insan bunların şüursuz təsadüflər nəticəsində meydana gəldiyini söyləməz.

Göründüyü kimi, bu, açıq-aşkar korluqdur. Bir az düşünməyə başlayıb, bu korluqdan xilas olan insan isə dünyada çox möcüzəvi mühitdə yaşadığını dərhal anlayacaq. Həyatı üçün ən uyğun şəraitə sahib olan bu mühitin təsadüfən meydana gələ bilməyəcəyinə də əmin olacaq.

Düşünən insan bir rəsm əsərinin mütləq rəssamının olduğunu ilk baxdığı anda anladığı kimi, ətrafındakı rəngarəng, parlaq, simmetrik və son dərəcə estetik mühitin də bir Yaradanı olduğunu da anlayar.

Bu Yaradan yaratmada heç bir ortağı olmayan, hər şeyi bir-biri ilə qüsursuz uyğunluq içində yaradan, bizi milyonlarla rənglə bəzəyən, saysız-hesabsız gözəlliyin olduğu bu dünyada yerləşdirən Allah’dır. Allah’ın yaratmasında hər şey bir-biri ilə uyğunluq içindədir. Allah yaratma sənətindəki bənzərsizliyini Quran ayələrində belə xəbər verir:

"Yeddi göyü təbəqələr şəklində quran Odur. Sən Mərhəmətli (Allah’ın) yaratdığında qətiyyən bir uyuşmazlıq tapmazsan. Bir başını qaldırıb (göyə) diqqət yetir, heç onda bir çat görürsənmi? Sonra göz gəzdirib təkrar bax. Göz zəlil və yorğun halda özünə tərəf dönəcəkdir". (Mülk surəsi, 3-4) Rənglərin dili

Rənglər ətraf mühiti tanımaqda insanlar üçün vacib olduğu kimi, eyni şəkildə digər canlıların həyatlarını davam etdirmələri üçün də vacibdir (Harun Yəhya, Allah’ın rəng sənəti).

Canlılar işıq və duyğu sistemlərinə görə işləyən "rəng dili"nə malikdirlər. Yəni hər canlı növü üçün rənglərin ifadə etdiyi mənalar fərqlənir. Hər canlının həyatını davam etdirməsi üçün yaşadığı mühitdəki rənglərin dilini bilməsi zəruridir. Çünki həyati fəaliyyətlər ancaq bu dilin qavranılması ilə istiqamətləndirilir.

Canlılar rəng dilindən necə istifadə edirlər

Əvvəla, canlıların əksəriyyəti qida tapmaq üçün rənglərin köməyinə ehtiyac duyurlar. İkincisi, dəri, pulcuq və ya kürk kimi orqanların rəngləri xüsusilə temperaturu yaymaq və ya saxlamaq kimi xüsusiyyətləri ilə canlılar aləmi mühüm rol oynayırlar. Həmçinin canlılar düşmənlərindən qorunarkən də rənglərindən istifadə edirlər. Yaşadıqları mühitə uyğun rəngləri sayəsində kamuflyaj olur, düşmənlərindən gizlənə bilirlər. Rəngləri və naxışları düşmənlərini çaşdıran görüntü meydana gətirir. Rənglər vasitəsilə canlılar balalarını da asanlıqla tanıyırlar. Məsələn, ana quş balasının qida ehtiyacını dimdiyinin rəngi sayəsində anlayır. Eyni şəkildə bala da anasını bu şəkildə tanıyır və qidanın gəldiyini başa düşür. Təbiətdəki bu nümunələrdən də göründüyü kimi, canlılar həyatlarını davam etdirmək üçün rənglərin mənalarını düzgün qavramalıdırlar. Bu məlumatı doğru qəbul etmələri üçün də bunu qəbul edə biləcəkləri sistemlərə sahib olmalıdırlar.

Əgər bu sistemlər olmasa, ətraf aləmi anlamaz və yaşamaq üçün lazım olan fəaliyyətləri həyata keçirə bilməzdilər. Başqa sözlə, ətraf aləmdən qopar, ölümə məhkum olardılar.

Hər sistem, hər uyğunluq, hər dizayn, hər proqram, hər plan, hər müvazinət bir nizamlayıcı tərəfindən yaradılmalıdır. Bu müvazinəti mükəmməl şəkildə canlılara və yaşadıqları mühitə yerləşdirən bir iradə və güc var. Bu gücün sahibi aləmlərin Rəbbi olan Allah’dır.