Van Allen qurşaqları

Van Allen qurşaqları

"Van Allen qurşaqları" adlanan və Yerin maqnit sahəsindən qaynaqlanan bu təbəqə planetimizə gələn zərərli şüalara qarşı qalxan funksiyası yerinə yetirir. Günəşdən və digər ulduzlardan mütəmadi olaraq yayılan bu şüalar insanlar üçün çox təhlükəlidir. Xüsusilə Günəşdə tez-tez meydana gələn enerji partlayışları, Van Allen qurşaqları olmasa, Yerdəki bütün həyatı yox edə bilər.

Van Allen qurşaqlarının həyatımız üçün əhəmiyyətini Dr. Hugh Ross belə izah edir:

“Yer Günəş sistemindəki planetlər arasında ən böyük sıxlığa malikdir. Bu böyük nikel-dəmir nüvəsi böyük maqnit sahəsi meydana gətirir. Bu maqnit sahəsi Van Allen radiasiya qoruyucu təbəqəsini əmələ gətirir. Bu təbəqə yer üzünü radiasiya bombardmanından qoruyur. Əgər bu qoruyucu təbəqə olmasaydı, Yerdə həyat qeyri-mümkün olardı”.

Maqnit sahəsi olan və qayalıq bölgələrdən ibarət olan digər yeganə planet Merkuridir. Lakin orada maqnit sahənin gücü Yerdəkindən 100 dəfə azdır. Van Allen radiasiya qoruyucu təbəqəsi ancaq Yerə məxsusdur.

Keçən illərdə Günəşdə baş vermiş partlayışda ortaya çıxan enerjinin Xirosimaya atılana bənzər 100 milyard atom bombasının dəyərinə bərabər olduğu hesablanmışdır. Partlayışdan 58 saat sonra kompasların əqrəblərində həddindən çox hərəkətlər müşahidə olunmuş, Yerin atmosferindən 250 km. yuxarıda temperatur 2500° C-yə yüksəlmişdir.

Qısaca desək, Yerin üzərində onu əhatə edən və xarici təhlükələrdən qoruyan mükəmməl sistem işləyir. Atmosferin məhz bu qoruyucu qalxan xüsusiyyəti əsrlər əvvəl Quranda bizə Allah tərəfindən bildirilmişdir.