Əks-Sədanın Olmaması Möcüzəsi

Əks-Sədanın Olmaması Möcüzəsi

Gündəlik həyatımızdakı danışıqlarımızın əksəriyyəti bağlı mühitlərdə reallaşır. Evdə, iş yerində, nəqliyyat vasitələrində danışırıq, söhbət edirik. Bu yerlərin ətrafı bağlı olduğu üçün insan səsləri, bu mühitlərdəki radio, televiziya kimi cihazlardan çıxan hər cür səs, ətrafdakı cisimlərə toxunur və əks-səda verir. Başqa sözlə, original səsdən dərhal sonra yaranan bu səsin də divar, tavan, nəqliyyat vasitəsinin qapısı kimi obyektlərə toxunaraq geri qayıtması, yəni əks-sədasının da eşidilməsi lazımdır.

Çünki eşitmə sistemimiz original səslərə tətbiq etdiyi əməliyyatları "əks-səda səslər" üçün də tətbiq edir. "Əks-sədalı səslər" də xarici qulaq yolunu keçir, qulaq pərdəsini titrədir. Orta qulaq sümüklərini keçərək, daxili qulaqda elektrik xəbərdaredicisinə çevrilir. Qısası, original səs kimi "əks-sədalı səs" də eşitmə yollarını qət edir. Eşitmə siniri ilə yola çıxır.

Səs dalğaları, mühitdəki səthlərlə yanaşı başımızdan da təsirlənir. Başımız səsli mühit içində ayrıca bir cisimdir. Səs dalğalarının qulağımıza yaxınlaşarkən çox az bir qismi birbaşa pərdəyə çatır. Geri qalanları isə başımızın müxtəlif hissələrində qırılaraq gəlir. Fizika qanunlarına görə birbaşa gələn səs siqnalı ilə başdan əks olunan səs kopyaları bir səs yığını meydana gətirməlidir.

Tədqiqatçı David Clark insan başının səs dalğaları üzərindəki bu təsirini belə izah edir:

"İnsan başı, içindəki səs sahəsinə təsir edir. Bunun nəticəsində, qulaq pərdəmiz fərqli bucaqlardan gələn səs siqnalları ilə qarşılaşır. Əgər yalnız ilk gələn güclü səs siqnalı qəbul edilsə, daha sonra gələn siqnallar, səs tarazlığımız üzərində narahatedici bir təsir meydana gətirəcəkdi" (David Clark, Presented at the Audio Engineering Society 108th Convention 2000 February 19-22 Paris, France AES Perceptual Transfer Function Measurement for Automotive Sound Systems)

Eşitmə sistemimizdə xarici qulaq, pərdə, sümükcüklər, daxili qulaq və eşitmə siniri mərhələlərini keçən bu "əks-səda səslər"in səfəri burada bitir. Bu səslər beyindəki eşitmə mərkəzinə çata bilmir. Çünki beyin kötüyü tərəfindən buraxılmır. Beyin kötüyü, beynimizin, eşitmə sinirinin beynə daxil olduğu yerdə olan hissəsidir. Beynimizin, eşitmə üzərindəki istiqamətləndirici təsiri bu mərhələdə başlayır.

Johns Hopkins Tibb Fakültəsi Eşitmə Elmləri Mərkəzinin İdarəçisi Eric Young beynimizin bu xüsusiyyətini belə izah edir:

"Beyin kötüyümızdakı hüceyrələr ətrafdakı səsin yerini təyin etmək üçün fəaliyyətdədir. Beləcə, yüzlərlə fərqli ton və xarakterdəki səs qiymətləndirilir. Səsləri bir-birindən fərqləndirmə burada və heç bir xüsusi cəhd göstərilmədən edilir. Musiqi səsi ayaq səsindən ayrılır. Eşitmə siqnalları üzərlərindəki əks-səda kölgəsi, beyin kötüyümüz tərəfindən silindiyi üçün itiləşir. Beləcə, bu əks-sədaları eşitmirik. Məsələn, sizinlə danışan və piano çalan yoldaşınızdan gələn səslər divarda, tavanda əks-səda verir. Beyin kötüyümüzdəki əməliyyat mərkəzi, gələn əks-səda səslərini yoxlayır və xaric edir. Nəticədə gerçək səsin keçməsinə icazə verir, əks-sədaların hamısını silir. Sanki bir hiylə edərək səsin bütövlüyünü qoruyur". (Johns Hopkins Magazine - September 1996 Issue)

Beynimizin bu funksiyasının olmadığı bir həyatı gözümüzdə canlandırmağa çalışaq. Beynimizin "əks-səda səsləri" yox etmək kimi bir funksiyası olmasın və bütün gerçək səsləri eşidə bildiyimiz kimi, onların əks-sədalarının kopiyalarını da eşitdiyimizi fərz edək. Belə bir həyat şübhəsiz "qorxunc yuxu" olardı. Həyatımız boyu parazit səsli bir radio yayımı dinləyən vəziyyətdə olardıq. Bu elə bir işgəncə halına gələrdi ki, bir çoxumuz bu cür eşitmək əvəzinə, heç eşitməməyi seçərdik.

Beyin kötüyünün eşitməklə əlaqədar funksiyalarında, kiçik problemlər yaşayan insanlar belə çox böyük çətinliklər çəkir. Real olmayan səslər eşidir və bunları həqiqi olanlardan ayırd edə bilmir.

Qulağımızın bu funksiyasını indiyə kimi bəlkə də bilmirdiniz. Üzərində heç düşünməmişdiniz. Ancaq eşitmə orqanımız doğulduğumuzdan etibarən bu funksiyanı yerinə yetirərək dəqiq və rahat bir şəkildə eşitməyimizi təmin edir. (Harun Yəhya, İnsan Möcüzəsi)

Eşitmə orqanımızın yalnız səsləri seçən, əks-sədaları yox edən funksiyası belə, nə qədər böyük bir dizayn məhsulu ilə qarşı-qarşıya olduğumuzu göstərir. Beynimizin bir neçə millimetr kubluq bir sahəsində sanki bir gömrük idarə əməliyyatı icra edilir. Bu əməliyyat heç bir səhvə yol vermədən və həyatımız boyu davam edir. Buradakı seçmə-yox etmə əməliyyatı da daxil olmaqla, eşitməyimiz yalnız bir neçə saniyə davam edir. Qulaqda meydana gələn bütün bu əməliyyatlar, aləmləri yaradan Rəbbimizin yaratmasındakı mükəmməlliyin dəlillərindən yalnız biridir. Sonsuz elm sahibi Rəbbimiz, bir ayədə insanların yaradılış haqqında düşünmələrini belə bildirmişdir:

"Siz ilk yaradılışı bilirsiniz; bəs nə üçün dirildiləcəyiniz barədə düşünmürsünüz?" (Vaqiə surəsi, 62)