14-cü Xromosomun Kəşfi və Yaxın Gələcəkdə Sağalacaq Xəstəliklər

14-cü Xromosomun Kəşfi və Yaxın Gələcəkdə Sağalacaq Xəstəliklər

Dünya bir genetik inqilabın astanasındadır... Minlərlə elm adamı insanın genetik şifrəsini açmaq üçün yarışır. Həyatımız hüceyrələrimizdəki şifrədə gizlidir. Bu şifrə isə DNT adlanan incə bir iplik üzərindədir. Tədqiqatçılar 15 ildir ki, DNT-də yerləşən bu 3 milyard hərf uzunluğundakı şifrəni açmağa, bu dili oxumağa çalışırlar.

İnsan Niyə Xəstələnir?

DNT, çox nizamlı spiral formasındakı xromosom adlı molekullardan meydana gəlir. Xromosomlar isə bir-birinə möhkəm dolanmış DNT iplikləri ilə, bunların halqa kimi burulduğu zülal molekullarından meydana gəlir. Hər xromosom düzülüşü, bədənin ayrı bir hissəsi ilə bağlı proseslərə nəzarət edən genləri daşıyır. Hər insan hüceyrəsində 23 cüt, yəni cəmi 46 xromosom mövcuddur. Bu xromosomlar şəxsiyyət vəsiqələrimizi meydana gətirirlər. İnsanın hansı xəstəliklərə tutula biləcəyi və zəka gücü kimi bədəninə aid bütün xüsusiyyətləri xromosomlarda gizlidir. Xromosomlarda meydana gələ biləcək ən kiçik bir zədə və ya düzülüş səhvi, insan həyatında fərqli dövrlərdə ortaya çıxan müxtəlif xəstəliklərə səbəb olur. (Harun Yəhya, DNT-dəki Yaradılış Möcüzəsi)

Genetikada Əhəmiyyətli Bir Addım: 14-cü Xromosomun Kəşfi

26 iyun 2000-ci ildə ABŞ Dövlət Başçısı Bill Clinton və İngiltərə Baş Naziri Tony Blair`in etdiyi ortaq açıqlamada, insanın genetik xəritəsinin açılması üçün üzərində işlənilən proyektin ilk mərhələsinin tamamlandığını bildirmələrindən sonra, fransız elm adamlarının genlərin sirlərinin açılması mövzusundakı işləri davam etdi. 21 və 22-ci xromosomlar 2000-ci ildən əvvəl, 20-ci xromosom isə 2001-ci ildə tədqiq edilərək öyrənilmişdi.

1 yanvar 2003-cü ildə Fransada, "Nature" adlı jurnalda 14-cü xromosomun düzülüşü nəşr olundu. Bu məqalə ilə genetika elminin kitabxanasına yeni bir məlumat əlavə edildi. 1998-ci ildən bəri işlərini davam etdirən Genoscope şirkəti (Centre National da Sequencage) 5 illik çalışmadan sonra, 87.410.661 nukleotidin düzülməsindən meydana gələn 14-cü xromosomu oxumağı bacardı.

Genoscope şirkəti, bundan əvvəl düzülüşü tamamilə açılmış genlərin daha kiçik olduqlarını açıqladı. Bu o demək idi ki, xromosom 14, digərlərindən fərqli olaraq düzülüşü tamamilə açılan 344 gen və 87 milyonu ötən nukleotidi ilə insanın ən böyük geni idi.

Layihə ilə Sağala Biləcək Xəstəliklər

14-cü xromosomun açılması ilə əvvəldən açılmış 506 genə, daha yeni 344 gen əlavə olundu. 14-cü xromosomun həyati immunitet sistemini və 60-dan çox xəstəliklə əlaqədar genləri saxladığı açıqlandı. Ən əhəmiyyətlisi isə, 14-cü xromosomun alzheimer (əlzeymir) xəstəliyi ilə əlaqədar genlər daşıdığı müəyyən olundu. Alzheimer, yaxın gələcəkdə bütün dünyada insan sağlamlığını ən çox təhlükəyə atacaq problemlərdən biri olaraq qəbul edilir. İrəliləyən yaşlarda ürək xəstəlikləri, xərçəng və iflicdən sonra ən sıx qarşılaşılan dördüncü xəstəlik olan alzheimer ən yüksək xərcli xəstəliklər sırasında isə ürək xəstəliyi və xərçəngdən sonra üçüncü sırada gəlir. Genetik çalışmalar vasitəsi ilə gələcəkdə bu xəstəliyin tamamilə məğlub olacağı ümid edilir. 14-cü xromosomdakı digər bəzi genlər isə, allergiyaya uyğunluq, yəni eqzama, serroz, usher sindromu və karlıqla əlaqədardır. Məhz 14-cü xromosomun aşkarlanması sayəsində bütün bu xəstəliklərin müalicəsində əhəmiyyətli bir mərhələnin olacağı qeyd edilir.

Elm Yaradılışdakı Mükəmməlliyi Anlamağa Çalışır

İnsan bədəni ilə bağlı bütün məlumatların bədənimizdə olması Allah'ın üstün yaratmasının və insanlara rəhmətinin dəlillərindəndir. Aləmləri yoxdan var edən Uca Allah insanlar üçün lazım olan bütün məlumatları genlərinə yerləşdirmişdir. İnsanların etməyə çalışdığı isə insan haqqında gəlmiş-keçmiş bütün məlumatlardan daha çox məlumat saxlayan 46 xromosom, minlərlə gen və milyonlarla nukleotiddən ibarət olan nəhəng bir məlumat bankını oxumaqdır. Elm adamlarının öyrənməyə çalışdığı, bu məlumatların yazıldığı dilin necə oxunacağıdır. Bu dilin aşkarlanması ilə Rəbbimizin izin verdiyi ölçüdə insan həyatı inkişaf edəcək, xəstəliklər azalacaq və müalicələri reallaşacaq.

Heç şübhə yoxdur ki, atomların yan-yana düzülməsi ilə meydana gəlmiş, gözlə görə bilmədiyimiz, diametri millimetrin milyardda biri böyüklüyündə olan bir zəncirdəki xromosomların, insanın bütün həyati funksiyalarını saxlaması, açıq-aşkar bir yaradılış həqiqətidir. Xromosomdakı bu dizayn elə qüsursuzdur ki, burada meydana gələcək ən kiçik bir zədə insan həyatına dərindən təsir edir. Allah xromosomlara yerləşdirdiyi məlumatlarla gücünün sərhədsizliyini və yaratmasındakı mükəmməlliyi bir daha göstərir. Məhz Allah'ın bu üstün yaratması bədənimizin ən kiçik parçalarında təcəlli edir. Allah elminin sərhədsizliyini Quranda bizlərə belə bildirir:

De: "Əgər Rəbbimin Sözlərini yazmaq üçün dəniz mürəkkəb olsaydı və bir o qədər də ona əlavə etsəydik belə, Rəbbimin Sözləri qurtarmadan öncə dənizin (suyu) qurtarardı". (Kəhf surəsi, 109)

Hansı Xəstəlik Hansı Xromosomda Gizlidir?

1-ci xromosomdakı bir zədə alzheimer` ə və ağır eşitməyə;

2-ci xromosomdakı zədə, yaddaşın meydana gəlməsi ilə bağlı məlumatlarda pozuqluqlara;

3-cü xromosomdakı zədə, ağciyər xərçəngi, obezit və ya şizofreniyaya meyilliliyə

6-cı xromosomdakı zədə epilepsiya, xroniki damar sərtliyi və ya şizofreniyaya;

11-ci xromosomdakı zədə diabetə, hemoqlobin xəstəliyinə, ürək aritmiyasına;

18-ci xromosomdakı zədə mədəaltı vəzi xərçənginə, yüksək miopluq (korluq) və ya kolon xərçənginə,

21-ci xromosomdakı zədə down sindromuna, alzheimer xəstəliyinə, lösemiyə;

22-ci xromosomdakı zədə doğuşdan ürək xəstəliklərinə və ya otizmə səbəb ola bilir.

Araşdırmalar yaxın gələcəkdə tibb üçün bu gün xəyal belə edə bilmədiyimiz inkişaflar vəd edir… 14-cü xromosomun kəşfi ilə birlikdə həkim müayinəsi, iynə, dərman kimi klassik üsullar ləğv olunur. Xəstəlik diaqnozunda, bir şifrə açma əməliyyatı ilə nəticə əldə olunur. Müalicə üçün isə iynə və ya həblərin yerini bir şifrə nizamlayıcısı alır…