Bakteriya DNT-sindəki möcüzə

Bakteriya DNT-sindəki möcüzə

Bakteriya sahib olduğu yüzlərlə fərqli xüsusiyyətlə yanaşı üstün yaradılışı nümayiş etdirən DNT-yə malikdir. Ən kiçik bakteriya olan theta-x-174-ün DNT-də 5.375 nukleotidi var. Normal ölçülərdəki bakteriyada isə nukleotidin sayı 3 milyona qədərdir.

Kodlaşdırılmış bu məlumatlar bakteriyanın yaşaması üçün lazımdır və bunlarda yaranan ən kiçik dəyişiklik belə bakteriyanın ölməsinə səbəb olur. Təkamülçü astronom Carl Sagan bakteriya hüceyrəsindəki bu fövqəladə məlumat xəzinəsinin həcmini bu şəkildə açıqlayır:

"Sadə bir hüceyrədəki məlumatın 1012 bitə (bayt) qədər olduğu təxmin edilir. Bu rəqəm Britannica Ensiklopediyasının yüz milyon səhifəsinə bərabərdir. (Carl Sagan, "LIFE" IN ENCYCLOPEDIA BRITANNICA: Macropedia (1974). Sf. 893-894 - http:// www.pahtlights.com/ce_encyclopedia/08dna05.htm)

Yüz milyon səhifəlik bu məlumat 2-3 mikron böyüklüyündəki bakteriyanın içində olan DNT-də mövcuddur. 2-3 mikron böyüklüyündəki bu hüceyrənin içində məlumat daşıyan bu spiralın uzunluğu isə 1400 mikrondur. Burada 1 mikronun 0.001 mm kimi çox kiçik hissəcik olduğunu unutmamaq lazımdır. Xüsusi dizayn ilə bu möhtəşəm məlumat zənciri özündən minlərlə qat kiçik orqanizmin içinə sığdırılmışdır. Bu yaradılış möcüzəsinin içində reallaşan əməliyyatlar isə mükəmməl komplekslik və şüurlu dizaynı göstərir. Mövzuyla bağlı olaraq antropoloq Loren Eiseley belə bir izah vermişdir:

"Ən sadə olaraq qəbul etdiyimiz hüceyrənin içindəki fiziki-kimyəvi quruluşun incəlikləri bizim qavrama sərhədlərimizdən kənardadır." (Loren Eiseley, The Immense Journey, 1957, sf.206 )

Escherichia coli bakteriyasının tək bir xromosomunda 5000 gen var. Bunu təkrar ifadə etmək lazımdır: Bu dərəcə yüklü bir məlumat yalnız "tək bir" hüceyrənin yaşaması üçün lazımdır. Bakteriyaları dünyanın hər yanına yayılmış orqanizmlər olduğu düşündükdə, belə bir məlumatın hər bir bakteriya hüceyrəsində eyni diqqət və sıralama ilə var olduğunu bilmək olduqca heyrət edicidir.

Belə bir sistem təsadüfən meydana gələ bilərmi? Bu sistemin təsadüfən meydana gələ bilməyəcəyini daha yaxşı görə bilmək üçün DNT molekulunu daha yaxından tanıyaq.

Biofizika üzrə ekspert Dr. Lee Spetner bakteriyanın genomunun içində daşıdığı məlumatı bu şəkildə izah etmişdir:

"Genom (DNT molekulu) bir çox məlumat daşıya bilir. Məsələn, bir bakteriyanın genomu bir neçə milyon şifrədən ibarət olan silsilədir. Bir məməlinin genomu isə 2-4 milyard şifrədən ibarətdir. Əgər bu şifrələri sadə bir kitabın içərisinə yerləşdirsək, bir bakteriya üçün olan kitap təxminən 1000 səhifə olacaqdı... Bu məlumatın hamısı hər bir hüceyrənin kiçik xromosomlarının içərisindədir." (Dr. Lee Spetner, Not By Chance, Shattering The Modern Theory of Evolution, 1998, sf. 30) Eyni şəkildə I. L. Cohen təkamül nəzəriyyəsindəki ziddiyyətləri və qeyri-mümkünlükləri göstərdiyi kitabında- "Darvin Was Wrong"da (Darvin Yanılmışdı) bir bakteriya DNT-in təsadüfən meydana gəlməsinin qeyri-mümkünlüyünü bu şəkildə izah etmişdir.

"DNT-in təsadüfən ortaya çıxma ehtimalı olduqca azdır. 'Ehtimal faktorlarına diqqət etsək... 84-dən artıq nukleotidə malik olan hər hansı bir DNT spiralı təsadüfi mutasiyaların məhsulu ola bilməyəcək. Bu mərhələdə ehtimallar 80 x 1050-də 1-dir. Belə bir rəqəm əgər yazılsaydı, bu şəkildə olacaqdı:

80, 000, 000, 000, 000, 000, 000, 000, 000, 000, 000, 000, 000, 000, 000, 000,000...

Riyaziyyatçılar 1050-dən yüksək hər hansı bir ədədin meydana gəlmə ehtimalının statistik olaraq '0' olduğu mövzusunda həmfikirdirlər. Ən kiçik bakteriya da daxil olmaqla, bildiyimiz hər hansı bir növ 100, ya da 1.000-dən daha çox nukleotidə malikdir. Həqiqətən tək hüceyrəli bakteriyalar xüsusi düzülmə ilə sıralanan təxminən 3000000-ə qədər nukleotidə malikdirlər. Bunun mənası belədir: Hər hansı bir növün təsadüfi hadisələrin (təsadüfi mutasiyaların) məhsulu olmasının riyazi ehtimalı yoxdur." (L. Cohen, Darvin Was Wrong, 1984, sf. 205)

Bakteriyaların çoxalması

Bakteriyalar çoxalmaq üçün müxtəlif mexanizmlər istifadə edirlər. Bu müddətdə ikiyə bölünərək, spor halına gələrək və ya cinsi yolla törəyə bilirlər. Bu çoxalma prosesi də bakteriyanın nə qədər kompleks quruluşa sahib olduğunun digər bir dəlilidir. Bakteriya hüceyrəsi bölünməzdən əvvəl xromatinlər bölünür və bala hüceyrələr 30 dəqiqə içində tam həcmə çataraq yenidən bölünmək üçün hazır olurlar. Bakterial hüceyrə bölünməsi əsnasında şüurlu şəkildə hazırlanmış sistem ortaya çıxır. Bu dizayn əsnasında meydana gələn DNT kopyalanması və hüceyrə bölünməsi dəyişməyən kompleksliyə nümunədir. Yəni sistemin çalışa bilməsi üçün sistemi meydana gətirən bütün hissələrin eyni anda və əksiksiz olaraq bir yerdə olmaları lazımdır. Belə bir vəziyyətdə təkamül nəzəriyyəsinin təməl iddiası olan pilləli və təsadüfi inkişaf ideası tamamilə etibarsızdır. Son illərdə edilən fəaliyyətlər bu kompleks sistemin təxmin ediləndən daha kompleks olduğunu ortaya qoyur.

Tək bir hüceyrədə nümayiş olunan ağıl və sənət

Bura qədər verilən nümunələrdən də aydın olduğu kimi, bakteriyalar təkamülçülərin iddia etdikləri kimi sadə və ya primitiv canlılar deyillər. Bütün canlı orqanizmlərdə olduğu kimi, bakteriyalar da kompleks quruluşa və mexanizmlərə malikdirlər. Hüceyrə daxilində reallaşan proseslər və tək hüceyrəli canlıların yerinə yetirdiyi vəzifələr uyğunluq içərisindədir. Yəni bakteriyalar etdikləri işlər üçün lazım olan ideal dizayna malikdirlər. Burada ortaya çıxan təkamülçü yanılma bakteriya hüceyrəsini insan hüceyrəsi kimi çox fərqli məqsədlərlə təchiz edilmiş quruluşla müqayisə etməkdən qaynaqlanır. Başqa sözlə, belə bir müqayisə nəticəsində bakteriya hüceyrəsinin insan hüceyrəsinə görə daha primitiv olduğu ortaya çıxmır. İki sistem də ayrı-ayrılıqda çox kompleksliyə sahibdirlər. Ancaq yerinə yetirdikləri vəzifələrə görə fərqlənirlər.

Tək bir hüceyrədə nümayiş olunan bu ağıl və sənət, şübhəsiz ki, kiçik varlığa bu möhtəşəm xüsusiyyətləri verən Allah'ın yaratdığı möcüzələri və Allah'ın sonsuz elmini görmək üçün böyük fürsətdir. Bakteriyalar və canlı-cansız bütün varlıqlar Rəbbimizə səcdə edirlər. Allah bu həqiqəti bir ayədə belə bildirmişdir:

"Görmədinmi ki, həqiqətən, göylərdə və yerdə olanlar, günəş, ay, ulduzlar, dağlar, ağaclar, heyvanlar və insanlardan bir çoxu Allah'a səcdə edirlər. Bir çoxu üzərinə əzab haqq olmuşdur. Allah kimi alçaltsa, artıq onun üçün bir köməkçi yoxdur. Şübhəsiz Allahdilədiyini edər." (Həcc surəsi, 18)