Kirpi balığı şişərkən nəfəsini tutmur

Kirpi balığı şişərkən nəfəsini tutmur

Kirpi balığı yaxınlıqda təhlükə hiss etdikdə tikanlı dərisi dəqiqələr ərzində kürə formasını alır. Kirpi balığının şişməsi onu yem olmaq riskindən xilas edir. Kürə formasını aldıqda balıq dərin nəfəs alıb nəfəsini tutmuş kimi görünür. Ancaq şişkin vəziyyətdə də nəfəs almağa davam edir.

Kirpi balıqları şişmək üçün elastik mədələrini sürətlə su ilə doldururlar. “İtkin balıq Nemo” filmində kirpi balığı bloat da su topu kimi şişərək komik şəkildə suda üzməyə başlayırdı. Ancaq kirpi balıqlarının hava ilə şişmədiyi üzə çıxdı.

Tədqiqatçı Corcia Makgi (Georgia McGee) bu barədə belə deyir:

“Əvvəlki tədqiqatlarda kirpi balıqlarının nəfəslərini tutaraq şişdiyi iddia edilirdi. Biz su udaraq mədəsini şişirmə ehtimalı üzərində dayandıq. Nəfəsini tutsaydı, balıq həyati orqanlarında oksigen çatışmazlığı yaranmaması üçün qısa müddətli şişkin qala bilərdi”.

Tədqiqatçılar 8 ədəd canthigastervalentini cinsindən olan kirpi balığını hovuza atıblar. Burada kirpi balığının şişməsini sürəti yavaşladılmış kamera ilə dörd dəfə zəiflədilmiş sürətlə çəkiblər. Kirpi balığının nəfəsini tutub-tutmadığını anlamaq üçün oksigen sərfini də hesablayıblar. Bunun üçün hovuz suyundakı oksigen miqdarını ölçüblər. Nəticədə, kirpi balığının şişərkən, eyni zamanda, nəfəs alıb-verdiyini sübut ediblər.

  1. Makgi: “Bu növlər şişmiş vəziyyətdə ikən də oksigen qəbul edirlər”, -deyir. Yəni kirpi balığı futbol topu qədər şişdikdə belə qəlsəmələri ilə nəfəs alır.

Tədqiqatı aparan digər elm adamı Andru Qrisi (Adrew Greacey) belə deyir:

“Bu, gözəl tədqiqat oldu. Bundan əvvəl hər kəs kirpi balığının nəfəsini tutaraq şişdiyini güman edirdi”.

Şişməni təmin edən güclü əzələlər

Burada bir balığın mədəsini su ilə dolduraraq futbol topu böyüklüyündə şişməsinin üzərində düşünmək lazımdır. Bu qədər çoxlu suyu içinə çəkib saxlamaq çox çətindir.

Bu səbəbdən, şişmək kirpi balığı üçün çox yorucudur. Şişdikdə kirpi balığının oksigen ehtiyacı beş dəfə artır. Bu da balığın şişdikdə həddindən artıq qüvvə sərf etdiyini göstərir, eynilə qaçan adamın tez-tez nəfəs alması kimi.

Kirpi balığının əvvəlki vəziyyətinə qayıtması və oksigen ehtiyacının normallaşması təqribən 5.6 saat çəkir. Yorğun balıq müdafiəsiz olur. Kirpi balığı da şişkinliyi keçdikdən sonra asan ova çevrilir.

  1. Makgi bu barədə belə deyir:

“Eynilə yarışdakı insan kimi: yarış bitdikdən sonra yenidən həmin hərəkətləri etmək üçün bir az zamana ehtiyacı olur”.

Bu qədər çətin hərəkəti etmək üçün kirpi balığı ehtiyacı olan bütün xüsusiyyətlərlə birlikdə yaradılmışdır. O qədər suyu içinə çəkmək üçün yaxşı ağız əzələləri olmalıdır. Bundan əlavə, mədəsinə gedən yemək borusu əzələləri də suyu saxlamaq üçün güclü olmalıdır. Kirpi balığının əzələləri də yaradıldığı andan etibarən belədir.

Kirpi balığının yem olmaqdan xilas olmaq üçün özünü şişirdərək üstü tikanlarla dolu topa çevrilməsi möhtəşəm yaradılmış metoddur.

Habelə, mədə və dərisinin elastik olması da kirpi balığı üçün həyati əhəmiyyət daşıyır. Kirpi balığının dərisinin tikanlarla örtülü olması və şişdikdə tikanların qabarması balıq üçün mühüm müdafiə mexanizmidir.

Balıqlar yem olmaqdan xilas olmaq üçün müxtəlif metodlardan istifadə edirlər. Bəzisi sürətlə üzərək qaçır, bəzisi kamuflyaj xüsusiyyətindən istifadə edir, bəzisi zəhərli olduğunu xəbər verən rənglərini göstərərək düşməni özündən uzaqlaşdırır… Kirpi balığı da yem olmaqdan xilas olmaq üçün özünü şişirdərək üstü tikanlarla dolu topa çevrilir. Bu yolla yırtıcı həm kirpi balığını dişləyə bilmir, həm də tikanlarından qorxur.

Aydındır ki, kirpi balığı bu metodu öz ağlı ilə tapmayıb. Balıq sınama-yanılma metodu ilə də bu xüsusiyyəti kəşf edə bilməz, çünki ilk uğursuz sınaqda dərhal yırtıcıya yem olar.

Balığa bu metodu öyrədən və bunun üçün bütün bioloji xüsusiyyətləri ona bəxş edən Allah`dır.

Allah sonsuz ağıl sahibi olduğunu, hər şey kimi qədəri də üstün ağlı ilə yaratdığını bizə canlı nümunələri ilə göstərir. Quranda belə buyurulur:

Allah Öz ayələrini sizə belə bəyan edir ki, bəlkə başa düşəsiniz. (Bəqərə surəsi, 242)