DNT üçün işləyən fermentlər

DNT üçün işləyən fermentlər

Fermentlər olduqca xüsusi zülallardır. Hansı reaksiyanı nə qədər sürətləndirmələrini yaxşı bilər, harada hansı reaksiyaya təsir etmələri lazım olduğunu səhvsiz təsbit edərlər. Ancaq bədəndə vəzifə boynuna götürən fermentlərdən bəlkə də ən maraq doğuranı, DNT üçün vəzifə yerinə yetirən fermentlərdir. Bu fermentlər eyni zamanda təkamül nəzəriyyəsinin müdafiəçiləri üçün də böyük bir maneə təşkil edərlər. Çünki varlıqları, təkamül nəzəriyyəsininin təsadüf iddialarının təməlini ortadan qaldırır. Bu mövzuya irəlidəki sətirlərdə toxunacağıq.

DNT fermentləri üçün ən maraqlı olan nöqtələrdən biri, bütün iş məlumatlarını DNT-dən almaları, amma, eyni zamanda, DNT-dəki səhvləri təsbit edib onu təmir etmə qabiliyyətinə də sahib olmalarıdır. Bilindiyi kimi, DNT molekulu öz surətini çıxara bilən bir molekuldur. Ancaq köçürmə əməliyyatını özbaşına edə bilməz. Bunun üçün fermentlər dövrəyə girər. Köçürmə əməliyyatı, Allahın diləməsiylə, bu fermentlərin vəsiləsiylə reallaşar. Bunu ümumi xətləriylə açıqlayaq:
DNT, 3 milyard hərfdən ibarət olan məlumat bankına sahib nəhəng bir molekuldur. Bu molekul, spiral şəklində qıvrılmış bir nərdivana bənzər. Köçürməəməliyyatı başladığında ilk olaraq DNT helikaz adlı ferment hadisə yerinə gəlir və DNT spiralını bir zəncirbənd kimi açmağa başlayar. Bunun nəticəsində DNTin heliks formasındakı qolları ayrılar. DNT helikaz, hər saniyə 1000 nükleotid cütünü aça bilmə qabiliyyətinə malikdir.
DNT helikaz, zəncirbəndi açarkən bir nöqtədə birdən dayanar. Dayanılan nöqtələr lazımlı olan məlumatın sərhədləridir. (Hüceyrə içində bir əməliyyat ediləcəyi zaman, DNT içində, yalnız bu əməliyyatla əlaqədar olan kodun iştirak etdiyi qisim köçürülər.) Fermentlər, məlumatın hara qədər uzanmaqda olduğunu və DNT-nin hara qədər açılmasını açıqca bilərlər.
Köçürülmə əsnasında DNT spiralının açılması, prinsipdə iki DNT helikaz fermentinin uyğun işləri ilə mümkün olar. Biri köçürülmək üzrə ayrılan təkli spiralın başından başlayar, digəri isə spiralın arxa qismini başlanğıc nöqtəsi olaraq alar. Hər iki spiralın yükləri fərqli olduğundan bu helikazlar tək bir DNT spiralı üzərində fərqli istiqamətlərdə hərəkət etmək məcburiyyətindədirlər və bu səbəblə də "fərqli" fermentlərdir. Hüceyrədə hər iki tipdə də DNT helikaz fermenti mövcuddur.
Lazımlı DNT hissəsi tapıldıqdan sonra da bu hissəyə yapışan başqa fermentlər, nükleotidleri üç-üç oxumağa başlayarlar. (Nükleotidler, DNT nükleik turşusunu meydana gətirən əsaslardır. Adenin, Timin, Quanin və Sitozin olaraq adlandırılarlar.) Bunun səbəbi, məlumatın üçlü nükleotid serialları halında kodlaşdırılmış olmasıdır. Bir-biriylə bitişik milyonlarla nükleotid, fermentlər tərəfindən heç dayanmadan oxunar. Bütün bu əməliyyat, saniyədən çox daha qısa sürər.
DNT üzərində 4 növ nükleotid olar. (Adenin, Timin, Sitozin, Quanin) Ancaq bunu oxuyub köçürməyi reallaşdıracaq olan fermentlər amin turşularından meydana gəlmişlər. Bu səbəbdən, bir ferment ilə DNT spiralının ünsiyyət qurması; nükleotidlərlə amin turşularının bir-birlərini anlamaları və ya bir-birləri ilə xəbərləşmələri kimi bir şeydir ki, bu əlbəttə fövqəladə bir vəziyyətdir. Bəhsi keçən tamamilə fərqli iki quruluşdur. Bir-birləriylə açar-kilid uyğunlaşmasına bənzər molekulyar bir uyğunlaşma yoxdur. Bu səbəbdən, bir-birləriylə molekulyar mənada əlaqə qura bilmələri çətin görünməkdədir. Ancaq bədəndə bunun da həlli yaradılmışdır. Fermentlər DNT üzərindəki kodonları rahatlıqla oxuyarlar və oxuduqları kodonun nəyi ifadə etdiyini anlayarlar. (Kodon: DNT-dən mRNT-ə (məlumat RNT-si) yazılmış şifrənin üçlü əsas qruplarına kodon deyilir. Kodonlar mRNT molekulunda olar.)
Bunun əlbəttə tək bir mənası vardır. Amin turşuları da, nükleik turşular da tək bir Yaradıcı tərəfindən eyni anda yaradılmışlar. Fermentləri meydana gətirən amin turşularının, nükleotidləri tanıyaraq onların ehtiva etdikləri şifrələri həll edə bilmələri və bunu istifadə edərək DNT köçürülməsi kimi həyati bir əməliyyatı yerinə yetirə bilmələri, yalnız onların tək bir iradənin idarəsində olmaları həqiqəti ilə açıqlana bilər. Var olan hər şey kimi onlar da Allahın əsərləridirlər.
Günümüzün ən qatı təkamülçülərindən biokimyaçı Lezli E. Orgel, bu iki quruluşun təsadüflərin əsəri olaraq təkamülləşmiş ola bilməyəcəklərini bu şəkildə etiraf etmək məcburiyyətində qalmışdır:
Zülalların və nükleik turşuların, hansı ki, bunların ikisi də strukturca olaraq olduqca kompleksdirlər, eyni anda və eyni yerdə meydana gəlmiş olmaları son dərəcə inanılmazdır. Biri olmadan digərinin varlığı mümkün olur. Və bu səbəblə, ilk baxışda həyatın, həqiqətdə kimyəvi mənada heç meydana gəlmədiyi nəticəsinə gəlinə bilər.
DNT qollarının ayrılmasının ardından digər fermentlər, DNT üzərinə hücum edərək dərhal incələməyə başlayarlar. Etdikləri bu incəmələrdə DNT üzərində bir "səhv" görsələr dərhal bunu düzəldərlər. Ziyan görən DNT zolağının səhvli qisimi, DNT nükleaz adlı ferment tərəfindən təsbit edilər. DNT nükleaz, təsbit etdiyi səhv olan qisimi qopardır və DNT spiralında bir boşluq meydana gələr.
Səhv təsbit edilib səhv olan qisim ortadan qaldırıldığında, DNT polimeraz dövrəyə girər. Bu ferment, DNT-in ikiyə ayrılan hər bir qolunu ikinci bir qol ilə tamamlayar və iki ayrı DNT heliksinin meydana gəlməsini təmin edər. Mərhələ-mərhələ spiralın digər yarısındakı əsasları oxuyar və bunun qarşı tərəfdəki əsaslara uyğun gəlib-gəlmədiyinə nəzarət edər. Bunun üçün DNT-in bir qolunu meydana gətirən hər məlumatın qarşısına uyğun olan məlumatı tapıb gətirər. Səhv olan əsas molekulunu oradan ayırar, yerinə bunun yenisini yerləşdirər. Bir başqa sözlə, 3 milyard hərfi mükəmməl bir şəkildə tək-tək tamamlayar. Bundan əlavə, DNT polimeraz bütün bu mərhələlərə iki dəfə nəzarət edər. İkinci təftiş tamamlanmadan olduğu yerdən qəti olaraq ayrılmaz. Eyni anda bir başqa polimeraz fermenti də, DNT-in digər yarısını tamamlamaqdadır. Bütün bunlar olarkən, DNT spiralının iki parçasının bir-birinə təkrar dolanmaması üçün heliks-stabilizasyon (DNT sabitləmə) fermentləri DNT-ni uclarından sabit tutarlar. Başqa bir ferment isə, yenilənən bölgəyə müdaxilə edərək yerləşdirilən doğru əsasın yerinə möhkəmcə bağlanmasını təmin edər.
Bütün bu mərhələlərin ardından dövrəyə girən editaz fermenti, ayrılan parçaya təkrar nəzarət edər və edilən düzəltmələri nəzərdən keçirər. Bu idarə sonrasında yeni DNT molekulu, köhnəsinin tamamilə eynisi olmuşdur.
Ancaq düzəltmə əməliyyatı bununla bitməz. Xatırlanacağı kimi düzəltmənin reallaşdığı yerdəki DNT zolağı üzərində bir qopuqluq meydana gəlmişdir. Bu qopuqluq, DNT liqaz adlı ferment tərəfindən təmir edilər.
Bu təmir son dərəcə əhəmiyyətlidir. Əgər DNT köçürülməsi kimi həyati bir əməliyyat əsnasında bir səhv meydana gəlirsə, yeni nükleotid sırasındakı kodonlar alt-üst olacaq. Aradan azalan nükleotid ilə birlikdə üç-üç oxunan bütün kodonlar dəyişəcək, bunun nəticəsində bir canlı bədəni üçün heç bir şey ifadə etməyən molekullar çıxarılacaq və nəticədə orqanizm ölümə doğru gedəcək.
Bütün bu fövqəladə sistem içində vəzifə yerinə yetirən bir başqa əhəmiyyətli ferment isə, DNT-dən RNT sintezi əsnasında vəzifə başındadır. Bu ferment, yeni sintez edilən RNT-də səhv və lazımsız köçürülmüş əsaslara tək-tək nəzarət edərək yerindən sökmək yerinə, səhv əsasların sıralandığı bölgələri müəyyən edərək əsas silsilələri bu bölgələrdən qayçı kimi kəsər. Əgər bu kəsmə əməliyyatı tək bir bölgədə deyil də, bir neçə bölgədə birdən meydana gəlirsə, DNT parça-parça ayrılmağa başlayacaq. Bunun qarşısını almaq üçün, hüceyrə bu bölgəyə başqa bir ferment göndərər. Bu ferment, parçalara ayrılmış DNT qollarından tutaraq yan-yana gətirər və bir-birinə bağlar.
Yuxarıda izah etdiyimiz fermentlərin müdhiş tutumlu işləri ilə DNT, mükəmməl bir köçürmə reallaşdırar. Bu hadisə, insan bədənindəki hər hüceyrədə, heç kəsilməz bir sürətlə həmişə reallaşır. Belə ki, hər gün insan bədəninin 100 trilyon hüceyrəsinin hər birində ortalama 20.000 dəfə təmir əməliyyatı yerinə yetirilər.
DNT üçün işləyən fermentlər, göstərdikləri tələbkarlığa bağlı olaraq, o qədər də tələsən deyildirlər. Fermentlərin reaksiyalara görə sürətlərini təyin etmə xüsusiyyətləri DNT üzərində işləyən fermentlərdə olduqca diqqət çəkər. Məsələn, DNT polimeraz hər bir saniyədə təxmini olaraq yalnız on əsas tamamlayar. Bu, saniyədə 5.000.000 hidrogen peroksit molekulunu parçalara ayıran katalaz kimi fermentlərlə müqayisə edildiyində, bir ferment üçün olduqca aşağı bir sürətdir. Bu sürət, hüceyrənin ehtiyacı olan surət DNT miqdarına görə təyin olunar. Hüceyrənin ehtiyacı müəyyəndir və fermentlər də bu istehsal sürətiylə doğru mütənasib olaraq hərəkət edərlər. Bədəndə elə yerlər vardır ki, fermentlərin sanki işıq sürətiylə işləmələri lazımdır. Çünki onların işlədikləri bölgələrdə əhəmiyyətli olan "sürət"dir. Reaksiyalar nə qədər qısa müddətdə tamamlansa, bədənin sağlam qala bilməsi o qədər mümkün ola bilir.
DNT üçün işləyən fermentlərin istehsalı idarəlidir. DNT köçürülməsi əsnasında çox sayda ferment vəzifə alar, amma bunların istehsalları da istifadələri də qənaətlidir. Buna nəzarət edən yenə DNT-dir. DNT-in üzərində olan açma-bağlama düyməsi (təzyiqləyici gen) istehsalı idarə altında olar. Bir ferment ehtiyacı ortaya çıxana qədər bu düymə həmişə bağlıdır.
Bədəndə reallaşan ən kiçik bir elektron alveri belə olduqca əhəmiyyətlidir və bu alverin nəticələri böyükdür. Hər reaksiyanın idarəli reallaşması lazımdır. Hər reaksiya üçün əmək bölgüsü lazımdır. Hər reaksiyada saysız fermentin dövrəyə girməsi və bunların bir-birləriylə əlaqəli hərəkət etmələri lazımdır. Bunların hər birinin vəzifələrinin, sürətlərinin, təsir edəcəkləri molekulların təyin olunması lazımdır. Yenə hər birinin hüceyrəni yaşatmaq üçün daimi çalışmaları və heç bir zaman səhv etməmələri lazımdır. Yaxşı bütün bunları kim təyin edir? Bunları kim nəzarət edər və kim səhvsiz olmalarını təmin edə bilər? Kim onları, böyük bir insan bədənini ayaqda, sağlam və canlı tuta bilmək üçün bu şəkildə proqramlaşdıra bilər? Kim bədəndəki mikroskopik strukturlardan ibarət olan bu nəhəng sistemi bir-birinə asılı edə bilər?
Bütün bunları edən və yaradan Uca Allahdır.
Əgər bir insan, öz bədənində bu mükəmməlliyə şahid olursa və bunu anlayıb idrak edə biləcək qabiliyyətə sahibsə, o zaman üstün Yaradıcımız olan Allahın varlığını açıqca görə bilər. Sahib olduğumuz hər şey kimi, bizi, yerdə və göydəki bütün varlıqları yaradan Uca Allahdır. Heç bir şey Allahdan müstəqil deyil. Sahib olduğumuz hər şey, ancaq Allahın istiqamətləndirməsiylə hərəkət etdikləri üçün qüsursuzdurlar. Allahın idarəsində olduqları üçün qabiliyyətlərə və fövqəladə xüsusiyyətlərə sahib olarlar. İnsanın bütün bədəni Allaha itaət halındaykən, adamın bütün bunları görməməzlikdən gəlməsi, özünü müstəqil bir varlıq zənn etməsi, təsadüflərin bir möcüzəsi olduğunu düşünməsi çox böyük bir yanılma, böyük bir nankorluqdur. Bəzi insanlar bu üstün yaradılışın təsadüf olduğunu iddia etməkdə müqavimət göstərsələr də, bədənlərindəki hər ferment, hər zülal, hər elektron, Allahın onlar üçün təyin etdiyi sistemə uyğunlaşma göstərir, həmişə Allahdan ilham alır. Quran ayələrində bu həqiqət insanlara belə xatırladılar:

Göylərdə və yerdə kim varsa, Ona məxsusdur. Hamısı Ona təzim edir. Məxluqatı ilk dəfə yoxdan yaradan, sonra onu bir daha təkrarlayan Odur. Bu da Onun üçün çox asandır. Göylərdə və yerdə olan ən uca sifətlər Ona məxsusdur. O, Qüdrətlidir, Müdrikdir. (Rum surəsi, 26-27)

....Həqiqətən, göylərdə və yerdə nə varsa, Ona məxsusdur. Hər şey Ona baş əyir. (Bəqərə surəsi, 116)

Ferment DNT-nin qaynağıdır, yoxsa DNT fermentin qaynağı?
DNT və DNT üçün işləyən fermentlər mövzusu təkamülçülərin çıxılmaz olduğu ən əhəmiyyətli mövzulardan biridir. Təkamülçüləri böyük bir çətinlik içinə salan "sadələşdirilə bilməz komplekslik", hüceyrənin bu hissəsində təkrar qarşımıza çıxar. Hüceyrənin ən kompleks strukturlarından DNT ilə bədənin kompleks zülallarından fermentlər, bir-birlərindən ayrı tutula bilməyəcək bir sistem içində işləyərlər. Ortaya çıxardıqları kompleks sistemin tək bir parçasını belə dövrədən çıxarmaq, sistemin bəzi parçalarının digərlərindən əvvəl ortaya çıxdığını iddia etmək mümkün deyil.
Əvvəlki başlıq altında təfərrüatlı izah edildiyi kimi DNT-nin, köçürülə bilmək üçün fermentlərə ehtiyacı vardır. Ancaq bu mərhələdə maraqlı bir vəziyyət ortaya çıxar. Çünki DNT-nin köçürülməsini təmin edən, hər mərhələdə DNT-ə nəzarət edən, səhvləri düzəldən və dəfələrlə başdan sona DNT-i yoxlayan fermentlərin meydana gələ bilmələri üçün lazım olan istehsal məlumatları yenə DNT-də gizlidir. Fermentlər, DNT-də yazılı olan məlumatlara görə, DNT-nin idarəsindən çıxarılmış zülallardır. Bu səbəbdən, fermentlərin yoxluğunda, şəkər-fosfat skeletini, yəni DNT və RNT-nin "təməlini" çıxaracaq kimyəvi reaksiyalar meydana gəlməz. Bir başqa sözlə, fermentlərin yoxluğunda DNT sintezi qeyri-mümkündür. (73) DNT-nin yoxluğunda isə, ferment sintezi qeyri-mümkündür. Qısacası, fermentlərin varlığı üçün DNT, DNT-nin varlığı üçün də fermentlər lazımlıdır.
Məhz bu həqiqət təkamülçüləri böyük bir təəssüf hissi yaşadar. Tək birinin meydana gəlməsini də açıqlaya bilməyən təkamül nəzəriyyəsi üçün, iki kompleks quruluşun eyni anda ortaya çıxması şərti çox daha böyük bir problemdir. Bir qeyri-mümkünlüyün reallaşdığını qəbul edərək, DNT-nin təsadüflər nəticəsində ilk olaraq ortaya çıxdığı iddiasını doğru fərz edəcək olsaq, bu vəziyyətdə onun köçürülməsini təmin edəcək fermentlərin təsadüfən ortaya çıxışını gözləmiş olduğunu qəbul etməmiz lazım olacaq. Ancaq bu müddət boyunca köçürülə bilməyən DNT-nin canlı orqanizmə bir faydasının olmayacağı açıqdır. Yenə başqa bir qeyri-mümkünlüyün reallaşdığını və fermentlərin DNT-dən əvvəl təsadüfən meydana gəldiyini izah edən hekayəyə inanacaq olsaq, bu vəziyyətdə də DNT hələ var olmadığı üçün fermentlərin istehsal məlumatları və xüsusiyyətlərini ehtiva edən məlumat bankının heç bir zaman olmadığını qəbul etməmiz lazım olacaq. Bu şərtlər altında da, bütün qeyri-mümkünlüyünə baxmayaraq bir ferment bir şəkildə ortaya çıxmış olsa belə daha çoxunun çıxarıla bilməsi qeyri-mümkündür. Bu səbəbdən, DNT-ferment ikilisi bir-birindən ayrılmaz bir sistemdir və birlikdə var olmaları lazımdır.
DNT əsaslı həyatımızda təkamülçülər, nəyin necə meydana gəldiyinə heç bir şəkildə şərh gətirə bilmirlər. Bu təməl parçalar, hər parçanın başdan etibarən mütləq yerli-yerində olmasını tələb edən bir sadələşdirilə bilməz komplekslik göstərirlər.
Kaliforniya Universitetindən orqanik kimya professoru Charles McCombs, DNT ilə DNT fermentlərinin təkamüllü bir keçmişinin ola bilməyəcəyini bu sözlərlə ifadə edir:
Əgər əvvəl təmir mexanizmi təkamülləşdisə, hələ DNT-nin təkamülləşmədiyi bir sistemdə təmir mexanizmi nə işə yarayar? Əgər ilk olaraq DNT təkamülləşdisə, DNT bir təmir mexanizminin lazımlılığını haradan biləcək? Molekullar düşünə bilərmi? DNT qərarlı bir kimyəvi molekul deyil və təmir mexanizmi olmadan kimyəvi oksidasyon və digər əməliyyatlar səbəbiylə asanca zərər görə bilər. Təmir mexanizmi təkamülləşərkən, milyonlarla il boyunca DNT-nin necə varlığını qoruya bildiyini açıqlaya biləcək bir mexanizm yoxdur. Milyardlarla illik sözdə təsadüfi mutasiyalar, bu təmir mexanizmini meydana gətirənə qədər, DNT pozulub parçalara ayrılaraq primitiv şorbaya geri dönəcək.
İki molekulun birlikdə təkamülləşməsi əlbəttə ehtimal xaricidir. Ancaq burada, təkamülçülərin hələ tək bir DNT-nin və ya tək bir fermentin ortaya çıxışını açıqlaya bilmədiklərini təkrar xatırlatmaqda fayda vardır. Təkamülçülər bunu heç bir şəkildə açıqlaya bilməyəcəklər, çünki fermentin DNT-dən, DNT-nin də fermentdən müstəqil olaraq təsadüfən ortaya çıxması, hətta tək bir fermentin və ya DNT-ni meydana gətirən zülallardan yalnız birinin təsadüfi meydana gəlməsi qeyri-mümkündür.
Təkamüllə əlaqədar bütün iddiaları tamamilə dövrə xarici buraxan DNT və ferment ziddiyyəti, təkamülçülər tərəfindən də qarışıqlıqla qarşılanır. American Biology Teacher Jurnalı yazıçılarından Amerikalı təkamülçü Frank B. Salisbury, bütün bunların təkamüllü şərhinin qeyri-mümkün olduğunu bu sözlərlə etiraf etmək məcburiyyətində qalmışdır:
Həyatın mənşəyi ilə əlaqədar fikirlərimiz, zamanın axışı ilə radikal olaraq dəyişmək məcburiyyətində qalacaq. Problem olan yalnız gen deyil: Tək bir canlı hüceyrəsini meydana gətirmək üçün meydana gəlməsi lazım olan sistemi bir düşünün! Köçürülən DNT molekullarının primitiv formada meydana gəldiyini danışıb dayanmaq gözəldir, amma müasir hüceyrələrdə bu köçürülməyə uyğun fermentlərin varlığını tələb edir. Hətta, DNT öz-özünə bir şey bacara bilmir. Varlığının tək səbəbi, içində daşıdığı məlumat və zülal fermentlərinin istehsalında istifadə edilməsidir. İndi RNT, DNT sintezi üçün lazımlı olan fermentləri, ribozomları, amin turşularını aktiv edə bilmək üçün lazımlı olan fermentləri və transfer RNT molekullarını diqqətə alacaq olsaq, DNT və ferment arasındakı əlaqə olduqca kompleksdir.... Sanki hər şey bir dəfədə meydana gəlmişdir: Bütün sistem yalnız bir-bir olaraq meydana gəlmişdir, yoxsa hər şey tamamilə mənasızlaşar. Bu ikiləmi həll edəcək müxtəlif yollar olmalı, amma bunu indi görə bilmirəm.
Yaradılış Araşdırma İnstitutunun (Institute of Creation Research) başçısı Duana T. Gish isə, DNT və DNT fermentləri mövzusunda hər hansı bir təkamüllü keçmiş ola bilməyəcəyini bu sözlərlə ifadə edir:
Əslində, canlı bir hüceyrə içindəki bir çox metabolik fəaliyyətin hüceyrənin varlığı üçün zəruri olmasına və bu fəaliyyətlərin haradasa hamısının fermentlərdən asılı olmasına baxmayaraq, fermentlərin canlı orqanizmlərdən əvvəl ortaya çıxmış olması böyük bir fəlakət olacaq. Məsələn, zülalın hidrolizini və ya dağıtmasını katalizə edən ferment olan proteolitik fermentin (proteaz) bir şəkildə primitiv dünyada nəzəri primitiv şorba içində meydana gəldiyini fərz edək. Bu tamamən bir fəlakət olar, çünki bu ferment gördüyü bütün zülalları xoşbəxt bir şəkildə böyük bir sürətlə katalizə edəcək və geridə heç bir zülal buraxmayacaq. Eyni şəkildə, RNaz (reoksiribonükleaz) bütün RNt-ləri, DNaz (deoksiribonükleaz) bütün DNT-ləri, diaminazlar bütün aminləri, dikarboksilazlar bütün karboksil turşuları və s. aradan qaldıracaq. İç quruluşu tamamilə nizamlanmış canlı bir hüceyrənin xaricindəki bütün varlıqları tamamilə yıxıb yox edici olan bu maddələr, necə "seçilmiş" ola bilərlər?
Həyatın mənşəyi ilə əlaqədar olaraq təbii seleksiyanın edə biləcəyi bir şeyin olması qeyri-mümkündür. Açıqca belə bir şey yoxdur və bu səbəblə natüralist, mexaniki əməliyyatlarla reallaşan həyatın mənşəyi ehtimalı tamamilə qeyri-mümkündür.
Vaşinqton Carnegie İnstitutu Başçısı Dr. Caryl P. Haskins isə, bir təkamülçü olmasına baxmayaraq, bir-biriylə əlaqəli bu iki kompleks sistemin təsadüfən təkamülləşmiş olmasının qeyri-mümkün olduğunu açıqca etiraf edir:
Biokimyasal genetik mövzusundakı ən böyük təkamül sualı hələ cavablanmamışdır. Genetik kod ilk olaraq necə ortaya çıxdı və təkamülləşdi? Və bundan əvvəl, həll etmələri lazım olan bir gələcək dayanarkən, yer üzündə həyat necə meydana gəldi?... Həqiqət budur ki, bu gün yaşayan bütün orqanizmlərdə həm DNT-nin köçürülmə əməliyyatı həm də DNT-nin kodunun təsirli tərcüməsi, çox xüsusi fermentlər tələb edir. Eyni zamanda, bəhsi keçən fermentlərin molekulyar strukturları DNT-nin özü tərəfindən qəti olaraq təyin olunar və bunun necə reallaşdığı da böyük bir təkamüllü sirdir... Kod və bunun tərcümə edilmə yolları təkamüldə bir andamı meydana gəlmişdir? Hər iki tərəfin də sahib olduqları böyük komplekslik və həyatda qala bilmək üçün ikisinin də doğru bir şəkildə koordinasiya olmaları lazım olduğu diqqətə alındığında, beləsinə bir təsadüfün meydana gəlməsi haradasa inanılmazdır. Darvin əvvəlində olsaydı, bu bilməcə qətiliklə xüsusi bir yaradılışın ən böyük dəlili olaraq təqdim ediləcəkdi.
Bəhs edilən iki kompleks quruluşdur. Təkamülçülər yalnız fermentlərin meydana gəlməsini deyil, fermenti meydana gətirən amin turşularının doğru bir sıralama ilə birləşərək zülalı meydana gətirməsini belə açıqlaya bilməmişlər. DNT-nin meydana gəlməsinin açıqlamasının isə yanına belə yaxınlaşa bilməmişlər. Bu iki kompleks quruluşun bir yumurta-toyuq dövrünü xatırladan şəkildə asılı hərəkət etmələri, bir-birlərinin istehsalından məsul olmaları, inkişaf edən elmin təkamülçülərə göstərdiyi ən böyük çətinliklərdən birini meydana gətirmişdir. Əslində, bu, qarşılaşdıqları bütün kompleks sistemlərə yaradılış xaricində şərh gətirməyə çalışan, bu mövzuda son dərəcə məntiqsiz və əsassız iddialar ortaya atmaqdan çəkinməyən təkamülçülərə, mikrobiologiya elminin verə biləcəyi ən böyük dərslərdəndir. Təkamülçülərin, həm DNT-nin, həm də DNT fermentlərinin meydana gəlməsi üçün irəli sürə biləcəkləri hər hansı bir nəzəriyyə, bu mövzuda ortaya ata biləcəkləri hər hansı bir xəyali mexanizm yoxdur. Qarşı-qarşıya qaldıqları şey, bənzərsiz, çaşdırıcı, həqiqi mənada fövqəladə bir yaradılış möcüzəsidir. Açıqdır ki; DNT də, fermentlər də, içində olduqları hüceyrə də, bütün funksiyaları və xüsusiyyətləri ilə tam olaraq olması lazım olan yerə yerləşdirilmişlər. Bunun yaradılış xaricində bir şərhi ola bilməz. Allah, bir DNT spiralı içindəki tək bir nükleotidi, onun sahib olduğu tək bir atomu, onun saniyədə minlərlə kilometr sürətlə hərəkət edən hər bir elektronunu hər an görür, onları hər an izləyir və hər an nəzarət edir. Allahın diləməsiylə hər şey mükəmməl bir komplekslik qazanar. Allah istədiyi üçün sistemlər işlər. İnsan, Allah istədiyi üçün həyatda qalar. İnsanlıq tarixindən bəri yaradılmış hər insanın hər hüceyrəsində reallaşan hər əməliyyatı bilən Allahdır. Allah, hər hüceyrədə reallaşan minlərlə reaksiyanı, bu reaksiyaya daxil olan molekulları və bunları meydana gətirən bütün kiçik parçaları Öz idarəsində tutan, onları yoxdan var edəndir. Məhz bu səbəblə yaradılış həqiqətinə qarşı şərh axtaranlar həmişə çarəsiz qalırlar. Allahın yalnız "Ol" əmri ilə yaratdığı şeylərə başqa bir şərh gətirə bilməyəcəklərinin özləri də fərqindədirlər. Allah bir ayəsində sonsuz qüdrətini belə xəbər verər:

Göyləri və yeri yaradan Odur. O, bir işi etmək istədikdə ona ancaq: “Ol!” – deyər, o da olar. (Bəqərə surəsi, 117)