Fermentlər bədəndə hər an vəzifə başındadır

Fermentlər bədəndə hər an vəzifə başındadır

Bir insan bədənində 2000 növ fermentin vəzifə yerinə yetirdiyi bilir. Bu fermentlər vasitəsiylə həyatımızı davam etdirərik; nəfəs almağımız, səsləri eşitməyimiz, çöldəki mənzərəni görməyimiz, yemək yeməyimiz qısacası bədənimizdəki sistemlərin işləməsi fermentlərin vəsilə olmasıyla reallaşar. Tək bir fermenti dövrədən çıxardığımızda, onun bədənimizdə yerinə yetirdiyi vəzifələr də təsirsiz halda qalar. Heç bir şey, bu gözlə görülməyən zülalın yerinə keçib onun vəzifəsini boynuna götürə biləcək qabiliyyətə sahib deyil.
Bəs həyatımızın hər anında, gərək bədənimizdəki funksiyaların reallaşmasında gərəksə ətrafımızdakı canlıların həyatlarını davam etdirmələrində varlığı zəruri olan fermentlər tam olaraq nə edərlər?
Bir bananı ələ alaq. Yaşıl bir bananı bir neçə gün pəncərə eşiyinə buraxsanız, sarıya çevriləcək və dadlanacaq. Yetkinləşmə dediyimiz bu hadisə fermentlər sayəsində reallaşar.
Bir it sümüyünü basdırar. İki həftə sonra onu çıxardığında əvvəldən olduqca sərt olan sümük yumşalmış, yeyə biləcəyi hala gəlmişdir. Bu da fermentlər vasitəsiylə reallaşmışdır.
Şitildəki pomidorlar hələ yaşıl rəngdəykən onları günəşin altına qoysanız, qısa bir müddət sonra qızararlar. Bu da günəş istiliyi ilə hərəkətlənən fermentlər vasitəsiylə reallaşar.
Fermentlər olmadan toxumlar cücərməz, meyvələr yetkinləşməz, yarpaqlar rənglərini dəyişdirməzlər və biz meydana gələ bilmərik. Qısacası fermentlər, Uca Allahın diləməsiylə canlı olan hər şeyin yaşama səbəblərindən biridir.
Fermentlər, bədənimizdəki sistemlərin hamısında reallaşan kimyəvi əməliyyatlardan məsuldurlar. Bununla yanaşı immunitet sistemimizin ən əhəmiyyətli işçiləridirlər. Görmək, eşitmək, nəfəs almaq və hərəkət etmək üçün olduğu qədər yemək, yemək və qidaları həzm etmək üçün də fermentlərdən asılıyıq. Qanın laxtalanma sistemində, ürək-damar sisteminin işləməsində, qaraciyərin, böyrəklərin işində, toksik maddələrin bədəndən atılmasında, beynin bəslənməsində, hormonların bədənə paylanmasında, düşünə bilməmizdə, hətta yuxu görə bilməmizdə belə fermentlər baş rollardadır.
Fermentlər, yediyimiz yeməkləri kiçik molekullara çevirər və bunların hüceyrələrimizin içinə keçməsini təmin edərlər. Hüceyrə pərdəsindən keçərək hüceyrələrə köçürülən bu maddələr, qan dövranına və həzm sisteminə çataraq bütün bədənə yayılarlar. Fermentlər vasitəsiylə bu hazır parçalar yeni əzələlərə, sümüklərə, sinirlərə, ifrazat vəzilərinə çevrilərlər. İstifadə edilməyən vəsaitlər isə fermentlərin qaraciyər ilə ortaq işləri nəticəsində gələcəkdə istifadə edilmək üzrə saxlanarlar.
Bədəndə qidaların daşınması, tamamilə fermentlərə bağlıdır. Əgər fermentlər bu vəzifələrini tam olaraq yerinə yetirməzlərsə, yaddaş itkisi olar, sağlam düşünmək mümkün olmaz və yorğunluq baş verər. Çünki beyin də kafi qidasını ala bilməmiş olacaq. Ancaq bədəndə belə bir problem yaşanmaz. Çünki normal şərtlərdə fermentlər, öz vəzifələrini əsla axsatmaz, bədənə girən bir qidanın qiymətləndirilməsini heç bir zaman sovuşdurmaz. Hər qidanın, bədən üçün böyük bir əhəmiyyətə sahib olduğunun şüurundadırlar. Hər parçanı qiymətləndirər, heç bir şeyi israf etməzlər.
Fermentlərin aralarındakı əmək bölgüsü göz qamaşdırıcıdır. Bir ferment, fosforu sümüklərin hazırlanması üçün istifadə edər. Digəri qanın laxtalanmasını təmin edərkən, bir başqası dəmiri qırmızı qan hüceyrələrinə bağlar. Bəzi fermentlər oksidləşməni reallaşdırar, yəni digər maddələri oksigen ilə birləşdirərlər. Bu sırada bəziləri də karbon dioksiti ağciyərlərdən xaric edərlər. Zülalları, şəkəri və karbonhidratı yağlara çevirmək yenə fermentlərin vəzifəsidir Sperma hüceyrəsi, dişi yumurta hüceyrəsini deşə bilmək üçün xüsusi fermentlərə malikdir. İmmunitet sistemindəki fermentlər isə, qan və toxumalardakı tullantı maddələr və zəhərlərlə daima mübarizə halındadır.
Fermentlər şəkərin, karbon dioksit və suya təhlil edilməsi kimi kimyəvi əməliyyatları, saniyələr içində, yüzlərlə hətta minlərlə dəfə, bütün bir ömür boyun heç dayanmadan reallaşdıra bilərlər.


Fermentlər hüceyrə içində parçalayıcılar, sintez edicilər və təşkil edicilər olaraq daima fəaliyyət halındadırlar. Hüceyrə içində saniyədə ortalama 40 ayrı reaksiya, fermentlər vasitəsilə reallaşdırılır. Reaksiyaları sürətləndirib vəzifələrini yerinə yetirdikdən sonra heç bir dəyişikliyə uğramadan mühiti tərk edən fermentlər, başqa reaksiyalara da qatılmağa davam edər və bu şəkildə daima istifadə edilərlər. Bu, bədən üçün əhəmiyyətli bir qənaətdir. Fermentlərin həmişə çıxarılmaları lazımlı deyil. Onlar, bədəndə bir anbar şəklində varlıqlarını qoruyar və vəzifələrinə davam edərlər.
Fermentlər, yaraları yaxşılaşdırar və infeksiyaları müalicə edərlər. İmmunitet sisteminin mikroblarla döyüşməsi nəticəsində meydana gələn dağıntını da ortadan qaldırarlar. Öldürülən mikroblar, anticisim-mikrob tərkibləri və zəhərlər, bədəndə reallaşan döyüş sonrasında fermentlərin diqqətli işləri nəticəsində yox edilərlər. Bu tullantılar əgər bədəndən atılmazlarsa, damarların tıxanmasına səbəb olur.


Fermentlər, tədbir görmələri üçün lazım olan vəziyyətlərin də fərqindədirlər. Fövqəladə vəziyyətlərdə necə hərəkət etmələri lazım olduğunu bilərlər. Məsələn, bəzi heyvanlar uzun qış yuxuları əsnasında enerji çıxarmaq üçün qida istifadə edə bilmədiklərindən, bədənlərindəki fermentlər "təmkinli davranarlar". Bədəndəki yağları yandırmağa başlayar və bunları enerji verəcək olan karbonhidratlara çevirərlər. Bunu digər zamanlarda etməzlər. Bu xüsusiyyətləri, qidanı istehlak edə bilmədikləri zaman istifadə edəcəkləri bir imtiyazdır və bunu nə vaxt etmələri lazım olduğunu Allah onlara ilham edir. İnsan bədənində olan fermentlər də lazımlı zamanlarda lazım olan tədbirləri alacaq şəkildə yaradılmışlar. Məsələn, insanın daima ac qalması vəziyyətində də bədəndəki yağları yandıraraq bunları karbonhidratlara çevirərlər. Bu əməliyyat, fermentlərin bədəninizi qurtarmaq üçün alacaqları bir tədbirdir və siz bunun fərqində belə olmazsınız. Fermentlərin bədəninizi canlı və gümrah tuta bilmək üçün necə bir üsula müraciət etdiklərini bilməzsiniz. Sizi yaşatmaq üçün, fərqində olmadığınız saysız vəzifəni, heç dayanmadan yerinə yetirən bu möcüzəvi varlıqlar, insan ağlını, təcrübəsini, tədbir görmə qabiliyyətini və gücünü aşan qabiliyyətlərə sahiblərdir. Çünki bunları insan həyatı üçün vəsilə edən, onları bütün bu qabiliyyətlərlə təchiz edən Uca Allahdır. Allah insanları, şahid olduqları bu həqiqətlər üzərində düşünməyə çağırar. Allahın yaratdığı nemətləri unutmamaq, gördüyü bu möcüzəvi hadisələr qarşısında dərin-dərin düşünmək insanın ən əhəmiyyətli məsuliyyətlərindəndir, Allah bir ayəsində insanlara belə buyurur:

Göylərdə və yerdə nə varsa, Allaha məxsusdur. O sizin nə əməl sahibi olduğunuzu və qullarının Onun hüzuruna qaytarılacaqları günü bilir. Allah onlara nə etdiklərini bildirəcəkdir. Allah hər şeyi bilir. (Nur surəsi, 64)