Kainatın dərinliklərində dəhşətli partlayış

Kainatın dərinliklərində dəhşətli partlayış

Dünyadan 60 işıq ili uzaqlığındakı kiçik bir ulduzun üzərində günəşin nüvə temperaturundan 12 dəfə güclü olan, 200 milyon dərəcəlik partlayışlar aşkar edilib.

Qalaktikanın dərinliklərində baş verən böyük partlayışlar elm dünyasını sarsıtdı. Elm adamları bildirirlər ki, oxşar bir partlayış günəşin səthində baş verərsə, dünya qısa müddətdə məhv olar.

Bu günə qədər aşkar olunan ən güclü və ən yüksək temperaturlu ulduz partlayışı kimi bilinən hadisə NASA-nın Swift kosmik teleskopu ilə müşahidə edilib.

60 işıq ili (1 işıq ili = təqribən 10 trilyon kilometr) uzaqlığındakı ikili kiçik ulduz sistemi DG CV-də ardıcıl olaraq baş verən partlayışlar 4 noyabr 2003-cü ildə qeydə alınan günəş partlamasından 10 min dəfə böyükdür.

İki həftədə 7 partlayış

ABŞ-ın Maryland əyalətindəki NASA Goddard Kosmik Uçuş Mərkəzindən Stephen Drake iki həftə ərzində davam edən ən az 7 güclü partlayış müşahidə etdiklərini bildirib. Drake qeyd edib ki, DG CVn günəşin üçdə biri böyüklüyündə olan iki kiçik ulduzdan meydana gəlib və təqribən 30 milyon il əvvəl yarandığı təxmin edilir.

Günəşdə baş verərsə nə ola bilər?

Günəşin üçdə biri qədər olan bir ulduzdan bu qədər enerjinin necə ayrıldığını araşdıran NASA-nın alimləri əsas faktor kimi öz ətraflarında həddən artıq sürətli dönüş olduğunu irəli sürürlər. DG CV-də sözü gedən partlayışın baş verdiyi ulduz bizim günəşimizdən 30 dəfə sürətli fırlanır. Eyni güclü partlayış günəşdə baş verərsə, yer üzünün və digər planetlərin qısa müddətdə məhv ola biləcəyi qeyd olunur.

Mütəxəssislər günəşə bənzər orta yaşlı ulduzların, əsasən 100 işıq ili uzaqlığında olduğunu, ancaq çox gənc qırmızı kiçik ulduzların daha yaxın məsafələrdə müşahidə edildiyini, bunun sayəsində astronomların yaxın ulduzlardakı güclü enerji proseslərini tədqiq edə bildiklərini vurğulayıblar. Mövzu ilə bağlı fikir bildirən bir NASA mütəxəssisi isə “Əgər bu planetlərin hər hansı birində olsaydınız və bu partlamalar baş versəydi, həqiqətən gününüz çox pis keçərdi” deyə bildirib.

www.internethaber.com

www.biyomimetik.net

Tək bir atomun səsi qeydə alındı

Alimlər hərəkət edən tək bir atomun səsini qeydə almağı bacardılar və bu “fiziki cəhətdən mümkün ola bilən ən incə səs” olaraq izah edildi.

ABŞ-ın Kolumbiya və İsveçin Chalmers Universitetləri tərəfindən aparılan tədqiqatda atomun səsi ilk dəfə eşidildi. Tədqiqatçılar tək bir atom hərəkət edərkən yaydığı titrəşmələri müəyyən edərək maddənin ən kiçik quruluşuna aid səsi eşitməyi bacardılar. Titrəşmələrdən meydana gələn səsin olduqca cılız olduğu ifadə edildi.

Science jurnalında yayımlanan tədqiqatda, alimlər atoma enerji yüklədikdən sonra xüsusi bir çip istifadə edərək akustik dalğaları mikrodalğalara çevirdilər. Bu mərhələdə tədqiqatçılar aşağı temperaturlu mikrodalğa istifadə etdilər.

Motherboard saytına açıqlama verən tədqiqatçılardan Göran Johansson bildirib: "Əldə edilən səs diapazonu və ya gücü çox zəifdir. Nəzəriyyəyə görə bir atoma enerji yüklədikdə hər fonon başına bir səs çıxarır. Bu titrəyiş tezliyində əldə edilən ən aşağı səsdir.

Alimlər aparılan təcrübə ilə atomların enerjisi artdığı zaman ortaya çıxardıqları titrəyişləri təmsil edən fonon* ilə foton (işığın kvantı) arasındakı oxşarlıqları müəyyən etməyə çalışacaqlar. Səsin işıqdan daha yavaş irəliləməsindən başlayan tədqiqatçılar, kvant səsi araşdıraraq kvant sahəsində yeni məlumatlar əldə etməyə ümid edirlər.

www.haber7.com

(*Fonon maqnetik dalğa növü olan səsi, atom modeli çərçivəsində əmələ gətirən atomlara verilən addır.)

Kəhrəba içində 50 milyon illik qarışqa tapılıb

Alimlər kəhrəba içində qorunaraq qalan 50 milyon illik qarışqa tapıblar. İngiltərənin elmi jurnalı Biology Letters-in yaydığı xəbərə görə Berlindəki Leibniz İnstitutunda yerləşən Təbiət Tarixi Muzeyi buğumayaqlılar mütəxəssisi Jason Dunlopun başçılığı altındakı tədqiqat qrupu müasir axtarıcılar və kimyəvi maddələrlə kəhrəba içində qorunaraq qalan canlıların tam 50 milyon il yaşı olduğunu bildirdi.

Rusiyanın Kalininqrad bölgəsində bir ağac qətranının içində tapılan iki fosilin, qarışqa və gənələr arasındakı ən qədim ortaq həyat nümunələrindən biri olduğu bildirildi.

 

Tədqiqatlara əsasən 54-38 milyon il əvvəl Eosen dövründə yaşayan bu iki canlı hal-hazırki həmin canlılarla eyni xüsusiyyətləri göstərir. Jurnala müsahibə verən Jason Dunlop “kəşf çox vacibdir, çünki bu parazit gənələr ilə qarışqalar arasındakı ortaq həyat hal-hazırda da davam edir. Kəhrəbanın içində olan görüntü iki canlının bundan 50 milyon il əvvəl də eyni dövrdə yaşadıqlarını göstərir. Qarışqanın başındakı gənə, mesostigmatids adlandırılan və fosillərdə çox nadir rast gəlinən bir növdür” dedi.