Haradan öyrəndi?

Haradan öyrəndi?

Bal quşları (elmi adı "indicatoridae” ) adlanan quş növü Avstraliya və Yeni Zelandiyada yaşayır. Çiçək nektarı və çiçəklərin arasında tapdıqları kiçik həşəratlarla qidalanırlar. Balquşlarının çiçəklərdən asanlıqla nektar toplaya biləcək xüsusi quruluşlu dimdikləri var. İncə, uzun və azca aşağı doğru qıvrılmış olan dimdiklərini çiçəklərin içinə salır və ucunda fırça kimi sərt tüklər olan qaşovlu dilləri ilə nektarı toplayırlar.

Bu quşların ən qəribə növlərindən biri də ağ-qara tüklü qanadları, qızılı-sarı xətlərlə bəzənmiş çöl balquşudur. Xüsusilə ağ öksəotu meyvələrini çox sevən bu quş, bitkinin incə köklərini hörümçək toru və ağ öksəotu meyvələrinin yapışqan ifrazatı ilə bir-birinə yapışdıraraq, yarpaqların arasında asılı duran yuva tikir. Yuvanın materialı o qədər incədir ki, aşağıdan baxıldığı zaman quşun çəhrayı yumurtaları asanlıqla görünür. Maraqlıdır, quş hörümçək torunun yumurtalarını daşıyacaq qədər sağlam, ağ öksəotunda isə yapışqan bir maddənin olduğunu və bunlardan istifadə edərək yuva qura biləcəyini haradan öyrənmişdir?

Bu canlı üçün “bunları təsadüfən öyrənmişdir” demək mümkündür? Əlbəttə, belə bacarıq qarşısında “təsadüfən öyrənmişdir” iddiası olduqca yersiz açıqlamadır.

Allah canlıları yaratmışdır və hər növə necə yaşaması lazım olduğunu "ilham" edir. "Məgər onlar (Allaha) tabe olub havada uçan quşları görmürlərmi? Onları saxlayan ancaq Allahdır ..." (Nəhl surəsi, 79) ayəsiylə də işarə edildiyi kimi, canlılardakı üstün qabiliyyətlər, şüurlu və ağıllı davranışlar bizə Allahın canlılar üzərindəki hakimiyyətini göstərir.