Polyphemus güvəsinin heyran edici xüsusiyyətləri

Polyphemus güvəsinin heyran edici xüsusiyyətləri

Erkək Polyphemus güvəsi geniş, tüklü buynuzlara malikdir. Bu buynuzlar bir dişi güvənin qoxusunu bir neçə kilometr uzaqdan duya biləcək qədər həssasdır. Hətta dişi saatda yalnız 1 qramın milyardda biri qədər qoxu ifraz etsə belə erkək güvələr bunu hiss etməkdə çətinlik çəkmirlər. Güvənin qoxu hiss etmə duyğusunun bu qədər təsirli olmasının bir səbəbi hər bir buynuzun təxminən 17.000 tükcüyə malik olmasıdır. Hər bir tükcük də minlərlə qoxu hiss etmə məsamələrinə malikdir. Məhz bu xüsusi dizayn güvələrin qoxu hiss etmə həssaslığını inanılmaz dərəcədə artırır.

Güvələr bu qüsursuz qəbul etmə qabiliyyətini necə qazanıblar?

Kiçik bir güvənin bədənində 17.000 tükcük və hər bir tükcükdə minlərlə məsamə olan bu quruluş necə ortaya çıxmışdır?

Təsadüflərin bir böcəkdə belə inkişaf etmiş qoxu qəbuledici bir sistem yaratması qeyri-mümkündür. Düşünə bilən və ağıl sahibi hər insan belə bir iddianın məntiqsizliyini dərhal anlayacaq. Allah güvələri möhtəşəm xüsusiyyətləri ilə birlikdə yaratmışdır.