Canlılarda mükəmməl müdafiə etmə texnikası: KAMUFLAJ

Canlılarda mükəmməl müdafiə etmə texnikası: KAMUFLAJ

Hər canlı özünü müdafiə edə biləcəyi fərqli qabiliyyətlərlə birlikdə yaradılmışdır. Bəziləri çox sürətli və çevikdir; düşmənlərindən qaçaraq xilas olur. Bəziləri yerindən tərpənə bilmir, amma möhkəm zirehlərlə örtülüdür. Bəziləri özünü ilana bənzədən tırtıl kimi "qorxutma" bacarığına malikdir. Bəziləri zəhərli, yandırıcı, ya da pis qoxulu qazlar püskürür. Bir qismi də ölü təqlidi edə biləcək qabiliyyətdə yaradılmışdır.

Allah bəzi canlıları olduqları mühitdə gizlənə biləcəkləri forma və naxışlara sahib olaraq yaratmışdır. Bir yarpaqla və ya ağacın naxışları ilə oxşar formaya sahib olan canlılar bu sayədə düşmənlərindən gizlənməyi bacarırlar. Allah'ın bu heyvanlara verdiyi "kamuflaj" qabiliyyəti o qədər mükəmməldir ki, mövzu ilə bağlı bir çox şəkilin bir bitkiyə, yoxsa bir heyvana aid olduğunu anlamaq və ya o mühitin içində canlını seçə bilmək, demək olar ki, qeyri-mümkündür. Sonrakı nümunələrdə də açıq şəkildə görünəcəyi kimi, kamuflaj xüsusi şəkildə planlanıb, "yaradılmış" müdafiə mexanizmidir.

Kamuflaj Allah'ın yaratdığı kainatda heç bir "ziddiyyət və təsadüf" olmadığını və Onun güc, ağıl və elminin sonsuz olduğunu göstərən nümunələrdən yalnız biridir. "Mülk" surəsində Allah kainatdakı qüsursuz tarazlığı belə ifadə etmişdir:

"Yeddi göyü təbəqələr şəklində quran Odur. Sən Mərhəmətli (Allah'ın) yaratdığında qətiyyən bir uyuşmazlıq tapmazsan. Bir başını qaldırıb (göyə) diqqət yetir, heç onda bir çat görürsənmi? Sonra göz gəzdirib təkrar bax. Göz zəlil və yorğun halda, özünə tərəf dönəcəkdir." (Mülk surəsi, 3-4)