Kainatdakı həssas tarazlıqlar

Kainatdakı həssas tarazlıqlar

Kainatın genişlənmə sürətindən Yerin Südyolu qalaktikasındakı mövqeyinə, Günəşin yaydığı işığın növündən suyun axıcılıq dəyərinə, Ayla Yer arasındakı məsafədən atmosferdəki qazların nisbətinə qədər burada saya bilmədiyimiz saysız-hesabsız faktor insan həyatı üçün ən ideal ölçülərdə nizamlanmışdır. Belə ki, bu saysız-hesabsız faktordan yalnız birindəki ən kiçik xəta belə kainatda canlı həyatının əsla mövcud olmaması deməkdir.

 

Həqiqətən də, kainatda insanın mövcud olması və həyatını davam etdirməsi üçün lazım olan şərtlərin hər biri ayrı-ayrılıqda bir möcüzədir. Lazım olan milyonlarla şərtin bir yerə toplanması isə ucsuz-bucaqsız möcüzələr zənciri meydana gətirir. Bir şeyin möcüzə olması isə, əlbəttə, Allah’ın varlığının və üstün ağlının dəlillərindəndir. Qüsursuz tarazlıq və mükəmməl dizayna malik olan kainat Allah’ın bənzərsiz elmini və qüdrətini bizə tanıdır.

 

KAİNATIN GENİŞLƏNMƏ SÜRƏTİNDƏKİ MÖCÜZƏVİ ÖLÇÜ

 

Kainatın genişlənmə sürəti kainatın hal-hazırkı quruluşda olması üçün çox vacibdir. Əgər genişlənmə sürəti bir az yavaş olsaydı, bütün kainat hələ Günəş sistemi tam formalaşmadan yenidən içinə çökərdi. Əgər kainat bir az sürətlə genişlənsəydi, maddə nə qalaktikaları, nə də ulduzları bir daha əsla meydana gətirə bilməyəcək şəkildə boşluqda dağılıb gedəcəkdi. Hər iki vəziyyət də canlı aləmin mövcud olmaması demək idi. Ancaq bunların heç biri baş verməmiş və kainatın genişlənmə sürətinin çox həssas ölçüsü sayəsində indiki kainat meydana gəlmişdir. Bəs bu müvazinət nə qədər həssasdır?

Avstraliyadakı Adeleyd Universitetinin məşhur riyazi fizika professoru Pol Deyvis bu suala cavab vermək üçün uzun hesablamalar aparmış və inanılmaz nəticəyə gəlmişdir. Deyvisin fikrincə, kainatın yaradılmasına səbəb olan böyük partlayışın ardınca baş verən genişlənmənin sürətində əgər milyard dəfə milyardda bir nisbətində (1/1018) fərq olsaydı, kainat meydana gəlməzdi. Milyard dəfə milyardda bir ifadəsi rəqəmlə belə yazılır:

"0,000000000000000001".

Yəni bu qədər astronomik ölçüdə kiçik bir fərq belə kainatın mövcud olmaması demək idi. Bu səbəbdən, Big Bang hər hansı bir partlayış deyil, hər cəhətdən çox yaxşı hesablanmış və təşkil edilmiş formalaşmadır.

GÖY CİSİMLƏRİ ARASINDAKI MƏSAFƏLƏR

Bildiyimiz kimi, Yer Günəş sisteminə aiddir. Günəş sistemində isə qüsursuz plan və mükəmməl müvazinətlər hakimdir. Günəşin diametri Yerin diametrin 103 misli qədərdir. Bunu bir bənzətmə ilə açıqlayaq: əgər diametri 12.200 km olan Yer kürəsini bir üzüm çəyirdəyi ölçüsündə kiçiltsək, Günəş də futbol topundan iki dəfə böyük olar. Amma əsl maraqlı olan cəhət aradakı məsafədir.

Allah var Reallığa uyğun model qurmaq üçün üzüm çəyirdəyi boyda Yer ilə top böyüklüyündəki Günəşin arasını təxminən 280 metr etməliyik. Günəş sisteminin ən kənarında olan planetləri isə kilometrlərlə uzaqda yerləşdirməliyik.

Göy cisimlərinin kosmosda yayılması və aralarındakı bu nəhəng boşluqlar Yerdə canlı həyatın mövcud olması üçün zəruridir. Göy cisimləri arasındakı məsafələr Yerdəki həyatı dəstəkləyəcək şəkildə bir çox universal qüvvə münasib uyğunluq içərisindədir. Bu məsafələr planetlərin orbitlərinə, hətta varlıqlarına təsir edir. Bu məsafələr indiki ölçüdən daha az olsaydı, ulduzlararası cazibə qüvvəsi planetlərin orbitlərini qeyri-sabit edəcəkdi. Bu isə planetlərdə çox yüksək temperatur dəyişikliyinə səbəb olacaqdı. Əgər boşluqlar bir az çox olsaydı, supernovalarla kosmosa atılan ağır elementlərin yayılması çox seyrək olacaq və Yer kimi dağlıq planetlər meydana gəlməyəcəkdi.

Ulduzlar arasındakı boşluqlar Yer kimi planet sisteminin mövcud olması üçün ən ideal ölçüyə malikdir.

AĞILIN HÜDUDLARINI AŞAN EHTİMAL

Bütün fiziki dəyişənləri nəzərə alsaq, bizə həyat imkanı verən belə bir kainatın təsadüfən meydana gəlməsi ehtimalı nə qədərdir? Bu ehtimal milyard dəfə milyardda 1-dirmi? Ya da trilyard dəfə trilyardda 1-dirmi? Yoxsa daha kiçik bir ədəddir?