Bəzən danışmaq çətin gəlir insana ...

Bəzən danışmaq çətin gəlir insana ...

Danışmaq istədiyiniz anda beyninizdən gələn əmr səs tellərinizə, dilinizə və oradan da çənə əzələlərinizə gedir. Beynin nitq mərkəzlərini əhatə edən sahə, nitq prosesində iştirak edəcək bütün əzələlərinizə lazımlı əmrləri göndərir.

Əvvəlcə ağciyərləriniz "isti hava" təmin edir. İsti hava nitqin xammalıdır. Hava burnunuzdan daxil olur, burun boşluğu, boğaz, nəfəs borusundan sonra bronx şaxələrinə, ordan da ağciyərlərinizə ötürülür. Havadakı oksigen ağciyərlərinizdən qana qarışır. Bu arada karbon 2 oksid də xaricə ötürülür.

Ciyərlərinizə geri dönən hava boğazınızdan keçərkən səs telləri deyilən iki toxuma arasından keçir. Bu tellər bir növ pərdəyə bənzəyir və bağlı olduqları kiçik qığırdaqların təsirinə görə hərəkət edirlər. Siz danışmazdan əvvəl səs telləriniz açıq vəziyyətdədir. Danışarkən tellər bir yerə gətirilir və nəfəs verdiyinizdə çıxan hava ilə hərəkət etdirilir.

Ağız və burun quruluşunuz səsinizin özünə xas xüsusiyyətlərini verir. Siz sözləri arxa-arxaya düzüb danışarkən diliniz damağınıza müəyyən miqdarda yaxınlaşıb uzaqlaşır, dodaqlarınız da büzülüb-açılır. Bu əməliyyatlarda bir çox əzələniz, böyük bir sürətlə hərəkət edir.

Danışa bilmək üçün bu əməliyyatların hər birinin tam reallaşması lazımdır. Bu kompleks əməliyyatlar, müdhiş bir sürətlə və qüsursuz reallaşarkən sizin bunlardan xəbəriniz belə olmur.