Türkiyənin suriyalı qaçqınlara yardımı iqtisadi itki deyil

 Köç qloballaşma ilə birlikdə gündəmə gələn ən əsas problemlərdən biridir. Bu gün yaşadığı torpaqları tərk edib başqa yerlərə köçən insanların sayı hər zamankindən daha çoxdur. Bu böyük əhali yerdəyişməsinin əsas iki səbəbi var: təhlükəsizik və iqtisadi problemlər. Xüsusilə totalitar rejimlərdən demokratiyaya keçid şəklində başlayan, ancaq qısa müddətdə Yaxın Şərqi münaqişə zonasına çevirən Ərəb Baharı köçkün sayının sürətlə artmasına səbəb oldu. Suriyada yaşayan insanların bir çoxu ölkədəki vətəndaş müharibəsindən qaçmaq üçün qonşu ölkələrə sığındılar.

Bu köçdən ən böyük payı da Türkiyə aldı. Türkiyə Respublikası Daxili İşlər Nazirliyi Miqrasiya İdarəsinin məlumatına əsasən, 2011-ci ilin aprel-2014-cü ilin may ayları arasında Suriyada baş verən qarşıdurmalar nəticəsində bir milyona yaxın insan Türkiyəyə sığındı.[i]Bu gün bu rəqəmin 1,5 milyon nəfərdən çox olduğu güman edilir.[ii]

Türkiyədə bir siyasi partiyanın hazırladığı 72 səhifəlik hesabatda Suriya və İraqda baş verən böhranların Türkiyəyə təsiri qiymətləndirildi. Hesabatda Türkiyənin suriyalı qaçqınlar üçün dövlət büdcəsindən 5,5 milyard dollar pul xərclədiyi bildirilib. Bundan əlavə hesabata görə, Türkiyənin iki bölgədəki böhranlara görə 4 ildəki itkisi 16,7 milyard dollara çatıb. Bunlar suriyalı köçkünlər üçün nəzərdə tutulan xərclər, potensial ixrac itkiləri və azalan turizm gəlirləridir.[iii]

Hesabatda təkcə iqtisadi baxımdan təhlillər aparılır və köçkünləri qəbul etməyin böyük xəta olduğu bildirilir. Halbuki Suriyada yaşanan böyük insanlıq faciəsini və ölümdən qaçaraq qapımıza gələn suriyalı qaçqınların yaşadıqlarını təkcə rəqəm və statistikalarla qiymətləndirmək mümkün deyil. Bu bütün vicdanlı insanların köməyə gəlməsini şərtləndirən böyük fəlakətdir.

İlk öncə qeyd etmək lazımdır ki, Türkiyənin suriyalılara qarşı qonaqpərvərliyi günlük daxili siyasətin tələbi və ya məzhəbçilikdən irəli gələn yanaşmanın nəticəsi deyil.

Yaxın keçmişdə Türkiyənin İŞİD-dən qaçan yezidiləri və Səddam Hüseynin zülmündən qaçan kürdləri qəbul etməsi bunun ən böyük sübutudur. Türkiyənin möhtac insanlara qucaq açması yeni bir şey deyil. Türkiyənin uzaq tarixində də oxşar hadisələri görmək mümkündür.

1850-ci illərdə Krım tatarları ilə başlayan, sonradan gürcü və çərkəzlər başda olmaqla dağıstanlılar, çeçenlər, lazlar kimi Qafqazda yaşayan xalqlar Anadoluya köç etmişdir.[iv] Krım tatarlarının Osmanlı torpaqlarına köçü 1783-cü ildə Çar Rusiyasının Krımı işğal etməsi ilə başlayan ilk böyük miqyaslı köçdür. Bundan sonrakı tatar köçlərində 1890-cı ilə qədər Osmanlı–Rus müharibələri müəyyənedici olmuşdur.

Çərkəz köçü ən az Krım tatarlarının köçü qədər faciəvi nəticələri olan və Anadolunun demoqrafik quruluşuna təsir edən kütləvi köçdür. 2,5 milyona yaxın çərkəz fasilələrlə Birinci Dünya Müharibəsinə kimi Anadoluya köçmək məcburiyyətində qalmışdır. Ancaq bu köçkünlərin böyük hissəsi (təxminən 1 milyona yaxın) köç əsnasında həyatını itirmişdir.

19-cu əsrin əvvəllərindən etibarən Azərbaycandan da bir çox köçkün gəlmişdir. Xüsusilə 1877-1878-ci illər arasında köçlərin sayı artmışdır. Təkcə Birinci Dünya Müharibəsi əsnasında təqribən 10 min nəfər insan Azərbaycandan Anadoluya köç etmişdir.[v]

1828–1829-cu illər arasındakı Osmanlı–Rus müharibəsindən sonra başlayan gürcü köçləri 1921-ci ilə qədər davam etmişdir. Albanların Anadoluya gəlişi isə 1468-ci ildə baş vermiş və bu köçkünlərə Osmanlı tərəfindən heç bir ayrı-seçkilik edilməmişdir. Belə ki, Osmanlı dövlətində vəzirlik vəzifəsinə gətirilən 215 nəfərdən 35-i alban olmuşdur. Dövrümüzdə isə Türkiyədə 5 milyona qədər alban olduğu güman edilir.[vi]

Türkiyəyə köçənlər təkcə etnik və ya dini olaraq türklərə yaxın olanlardan ibarət deyil. Polşa Krallığının 1830-cu ildə Rusiya torpaqlarına birləşdirilməsindən sonra 1831-ci ilin əvvəlində 10 min nəfər Polşadan köçmüş, köçənlərin bir hissəsi də Osmanlı torpaqlarına gəlmişdir. Polşalı köçkünlər ruslar və avstriyalılar tərəfindən təkidlə geri tələb edilmiş, ancaq Osmanlı padşahı Əbdülməcid bu tələbləri “taxtımı verərəm, ancaq dövlətimə sığınanları əsla geri vermərəm” deyərək rədd etmişdir.[vii] Yəhudilər Avropadan qovularkən onlara qucaq açan yenə osmanlılar olmuşdur.  

Köçlərin artdığı 18-ci əsr və sonrası Osmanlının iqtisadi cəhətdən ən çətin dövrüdür. Bu dövrdə belə dövlət köçkünləri geri çevirməmişdir. Osmanlı xalqı və dövləti ən çətin vəziyyətində belə imkanı çatdığı qədər köçkünlərə yardım etməyə  çalışmışdır.

Osmanlıdan sonra Anadoluya köçlər Türkiyə Respublikası qurulduqdan sonra da davam etmişdir. Bolqarıstandan, Makedoniyadan, Tatarıstandan, Çeçenistandan Qazaxıstandan, İrandan türk-müsəlman olan və olmayan yüzminlərlə insan Türkiyə Respublikası torpaqlarına sığınmışdır. Milli səviyyədə münasibətlərin yaxşı olmamasına baxmayaraq, 12 min erməni köçkün bu gün hələ də türk torpaqlarında yaşayır.[viii]

Türk tarixi torpaqlarına sığınan qaçqınlara qarşı nümunəvi davranışlarla zəngindir. Heç vaxt köçkünlərə yuxarıdan aşağı baxan bir münasibət göstərməmişdir. Köçkünləri maddi itki qorxusu ilə rədd etmək insanlığa yaraşmayan davranışdır. Bunun, evi yanarkən qaçan insana “sən niyə qaçdın, get içəridə yan”  deməkdən bir fərqi yoxdur.

Nə qədər çox olursa-olsunlar, suriyalı qaçqınlar türk xalqının qardaşıdır. Türk torpaqlarına sığındıqları andan etibarən sünni, ələvi və ya kürd olsun hamısı vətəndaş münasibəti görəcəkdir. Türk insanı onlara sahib çıxmaqla məsuldur. Türk xalqı bu yolda lazım gələrsə, bütün çətinliklərə sinə gələcəkdir. Türkiyə qatilə insan təslim etməz, çünki bu münasibətin nə türk tarixində, nə türk mədəniyyətində, nə də İslam əxlaqında yeri yoxdur.

sığındılar.