Avropa İttifaqının təməl daşı

Avropa İttifaqının təməl daşı

 İkinci Dünya Müharibəsindən sonra 6 Avropa ölkəsi siyası və iqtisadi əməkdaşlıq etmək üçün bugünkü Avropa İttifaqının ilk toxumlarını ataraq Avropa Kömür və Polad Birliyi çətiri altında birləşdilər. 1993-cü ildə bu iqtisadi birliyin adını Avropa İttifaqı (Aİ) olaraq dəyişdirdilər və beləliklə 28 üzv dövlət üçün əsas olan müqavilələr və qanunlar vasitəsilə insan, əşya, xidmət, sərmayə dövriyyəsi müstəqilliyini əhatə edən ortaq bazar quruldu.
 
Bu ortaqlıq tərəfindən müəyyən edilən hədəflər arasında ilkin olaraq iş imkanlarının artırılması, iqtisadi inkişaf, daha çox investisiya qoyulması, vahid bazarın qurulması, enerji ittifaqı, maddi hədəflər, sərbəst ticarət anlaşmaları və sənaye inkişafı kimi məsələlər qeyd edilə bilər. Əgər Avropadaki fərqli ölkələr bir araya gəlib istehsal mənbələrini birləşdirərlərsə, 500 milyon insana daha yaxşı iş imkanları, daha yüksək maaş və ya daha böyük azadlıqlar təmin edəcək qlobal fiqur halına gələ bilərlər. Belə ki, insani xüsusiyyətlərdən müstəqil şəkildə yaradılmağa çalışılan bu ittifaq istənilən nəticəni vermədi. İlk qurulduğu gündən etibarən iqtisadi böhranlarla mübarizə aparan Avropa İttifaqı işsizlik səviyyəsinin yüksəlməsi ilə birlikdə hazırda da ortaq maliyyə böhranı, yoxsulluq, sosial təcrid, az gəlirli sahələr, sabitliyin azalması və iqtisadi şoklar kimi problemlər yaşayır.
 
Əslində Avropa İttifaqı birlik və bərabərliyin "təməl daşı" olan  sevgidən məhrumdur.
 
Maddi mənfəətlər əsasında əlaqə qurulmasının nəzərdə tutulması əsl ittifaqın əsas şərti olan həmrəylik ruhu ilə nəticələnmədi. Üzvlərinin iqtisadiyyatlarını inkişaf etdirmək və ticarət əlaqələrini artırmaq məqsədi ilə qurulan ortaqlıq nə qərblə şərqin, nə də şimalla cənubun uzlaşmasını təmin edə bilmədi. Daha güclü iqtisadiyyatlar daha zəif olanları yük olaraq gördüyü üçün Avropa İttifaqı düz mərkəzindən sağalmaz yara aldı. Buna görə birləşmiş Avropa xəyalı dünyagörüşü müxtəlifliyi, siyasi tərcihlər və təbii sərvətlərin bölüşdürülməsi ilə bağlı anlaşmazlıqlar, regional gərginliklər və fərqli irqlərə, etnik qruplara və millətlərə qarşı tətbiq edilən ayrı-seçkilik siyasətləri səbəbindən yaşanan münaqişələrlə sarsıldı.
 
İqtisadi müstəqillik sayəsində iki dünya müharibəsində də bir-biri ilə müharibə aparan Avropa ölkələrinin gələcəkdəki mümkün münaqişələrin qarşısını ala biləcəyi düşünülsə də hazırda Avropa mövcud maliyyə və iqtisadi böhranlar səbəbindən siyasi və sosial mənada bölünməyin astanasındadır. Avropa inteqrasiyası adı verilən model bəzi üzv ölkələrin maliyyə sahəsində məsuliyyətsiz olmada təqsirləndirildiklərinə və “yük” olaraq görüldüklərinə görə uğursuz oldu. “Yük” qismində olan bu ölkələr, içində olduqları borc bataqlığı, işsizlik və ciddi iqtisadi geriləmə səbəbindən “Avropa İttifaqından qovulmağın astanasındadır”.[1] İqtisadi mənada daha zəif və daha güclü ölkələr arasında ciddi anlaşmazlıq davam edir. Bu Avropa İttifaqına müxalif olan qrupların sayında artışa səbəb olarkən Avropa İttifaqının gündəmindəki əsas məsələlərin arasında "Grexit" və "Brexit" olmağa davam edir.
 
Əxlaqi dəyərlər, sevgi, şəfqət, mərhəmət, fədakarlıq, himayədarlıq, bağışlama yolu ilə avropalıların qəlbində körpü qurmadan Avropa İttifaqı üzvlərinin arasında getdikcə böyüyən etibarsızlıq və qəzəbin qarşısını almaq mümkün deyil. Onsuz da bütün qitə boyunca müxtəlif ayrı-seçkilik hərəkətləri aktivləşmiş vəziyyətdədir və hal-hazırda 28 ölkədə 100-ə qədər qrup mərkəzi hökumətlərindən daha çox müstəqillik almaq və ya vətənlərindən qoparaq muxtariyyət əldə etmək üçün fəaliyyət göstərirlər.[2] Kataloniya, Şotlandiya, Venesiya, Flandre üzv dövlətlər arasındadır və ittifaq daxilində bu mənada fırtınaların əsdiyi ölkələr arasındadır. Həmçinin Avropa İttifaqı bütün əhalisinin 12%-ni təşkil edən müxtəlif etnik və dini azlıqlardan 60 milyon insanı saxlayır.[3] Hal-hazırda Avropa İttifaqı sərhədləri daxilində yaşayan qaraçı xalqına mənsub təqribən 10-12 milyon insana qarşı tətbiq edilən ayrı-seçkilik siyasəti bir çox üzv dövlətdə davam edir. Bütün Avropa cəmiyyətinə faydalı olacağı ümid edilən standartlara baxmayaraq, qaraçılar əsasən daha yoxsul vəziyyətdə və təcrid edilmiş bölgələrdə yaşadıqlarından iş tapa bilmir və etnik mənsubiyyətlərinə istiqamətli sosial ayrı-seçkiliyə məruz qalırlar.
 
Avropa İrqçiliklə Mübarizə Şəbəkəsinin hesabatına görə, Avropa İttifaqında aralarında müsəlmanlar, Afrika mənşəlilər, zənci avropalılar və qaraçıların da olduğu 47,210 fərqli irqçilik hadisəsi baş verdi. Daha da təəccüblüsü isə islamofobiya səbəbindən törədilən cinayətlərdə müsəlman qadınların kişilərə nisbətdə daha çox hədəf alınması və bu cinayətlərin əsasən fiziki zorakılıqla törədilən cinayətlər olmasıdır. [4] Musəvilərə qarşı həyata keçirilən anti-semitik hücumlar bir çox Avropa ölkəsində yayılıb. Ancaq musəvi cəmiyyəti müvafiq ölkələrdəki prokurorların və ya polislərin bu kimi cinayətlərə əhəmiyyət vermədiyini düşünür. Eyni zamanda koloniyalaşma və quldarlıq dövründən qalan sosial darvinist düşüncədən irəli gələn və güya ağ irqin üstünlüyü iddiaları ilə birləşən afrofobi (zənci və ya Afrika mənşəli insanları hədəf alan ənənəvi iqrçilik və ayrı-seçkilik) də geniş yayılıb.
 
Dünyanın "ən mədəni" yerlərindən biri olaraq qəbul edilən Qərb dünyasının daxilində nifrət cinayətlərinin artmasının və mövcud iqtisadi böhranın gerçək səbəbi dünyadakı ən əhəmiyyətli ehtiyacın, yəni sevginin Avropa cəmiyyətlərində əskik olmasıdır. Ən inkişaf etmiş texnologiyalardan, ultra müasir istehsal texnikalarından, yeni nəqliyyat vasitələrindən və kəşflərdən dünyada insanların istifadə edə bilməmələrinin səbəbi də sevginin olmamasıdır. Bu cür hadisələr insanlara əsl ehtiyacları olan şeyləri, yəni xoşbəxtliyi və rahatlığı gətirmir, özlərini təhlükəsiz hiss etmələrini təmin etmir.
 
Bu çətin dövrdən xilas olmaq üçün Avropa İttifaqının əsasında bütün insanlıq üçün iqtisadi, siyasi, maarifləndirici və sosial platformalarda hər cəhətdən rəhbər olan sevgi və şəfqət yolu mənimsənilməlidir.