Dağların hərəkət etməsi

Dağların hərəkət etməsi

 Bir Quran ayəsində dağların göründükləri kimi sabit olmaması, davamlı hərəkət etməsi belə bildirilir:
 
"Dağlara baxıb onları donmuş zənn edərsən, halbuki onlar bulud keçən kimi keçib gedərlər..." (Nəml surəsi, 88)
 
Dağların bu hərəkəti üzərində dayandıqları Yer qabığının hərəkətindən meydana gəlir. Yer qabığı özündən daha çox qalın olan mantiya təbəqəsinin üstündə sanki üzür. İlk dəfə XX əsrin əvvəllərində Alfred Veqner adlı alman alimi Yer kürəsindəki qitələrin dünyanın yaradıldığı ilkin dövrdə bir yerdə olduqlarını, onların sonradan ayrılaraq müxtəlif istiqamətlərə doğru uzaqlaşdıqlarını iddia etmişdi. Ancaq geoloqlar Veqnerin iddiasının doğruluğunu onun ölümündən yalnız 50 il sonra, yəni 1980-ci illərdə başa düşə bildilər.
 
Veqner 1915-ci ildə dərc olunan bir məqaləsində qeyd edirdi ki, Yer kürəsinin quru hissələri təxminən 500 milyon il əvvəl bir-birinə bitişik idilər. Pangeya deyilən bu böyük quru hissəsi Cənub qütbündə yerləşirdi. Təxminən 180 milyon il əvvəl Pangeya iki yerə ayrılıb. Müxtəlif istiqamətlərə ayrılan bu iki nəhəng qitədən birincisi özündə Afrika, Avstraliya, Antarktika və Hindistanı ehtiva edən Qondvana idi. İkincisi isə Avropa, Şimali Amerika, Hindistan istisna olmaqla, Asiyadan ibarət Lavraziya idi.
 
Bu bölünmədən sonra təxminən 150 milyon il ərzində Qondvana və Lavraziya müxtəlif dövrlərdə daha kiçik hissələrə ayrıldılar. Pangeyanın hissələrə bölünməsi ilə ortaya çıxan bu qitələr quru və dəniz arasında ildə bir neçə santimetrlik uzaqlaşmalarla Yer üzərində bir-birindən davamlı olaraq uzaqlaşırlar.
 
Yer qabığının XX əsrin əvvəllərində aparılmış geoloji tədqiqatlar nəticəsində kəşf edilən bu hərəkəti elmi əsərlərdə belə izah edilir:
 
Yer qabığı və yuxarı mantiyadan meydana gələn 100 km qalınlığındakı Yerin üst qatı "təbəqə" deyilən hissələrdən təşkil edilmişdir. Dünyanın səthini təşkil edən 6 böyük təbəqə və saysız-hesabsız kiçik təbəqələr mövcuddur. "Təbəqə tetonogiyası" deyilən nəzəriyyəyə görə, bu təbəqələr qitələri və okean tabanını da özü ilə apararaq dünya üzərində hərəkət edir... Qitələrin hərəkətinin ildə 1-5 sm arasında olması dəqiq şəkildə hesablanıb. Təbəqələr bu cür hərəkət etdikcə dünyanın coğrafiyasında da dəyişikliklər meydana gəlir. Məsələn, Atlantik okeanı hər il bir az genişlənir.
 
Burada qeyd edilməsi vacib olan bir məsələ də budur: Allah dağların hərəkət etdiyini ayədə "keçib getmə" olaraq bildirib. Həmçinin alimlərin bu gün bu hərəkəti ifadə etmək üçün ingilis dilində işlətdiyi "continental drift" kəlməsinin də tərcüməsi "qitələrin sürüşməsi"dir.
 
Qitələrin bir-birindən ayrılması Quranın göndərildiyi dövrdə müşahidə edilə bilməyən bir məsələdir. Allah ayədə bildirilən "dağlara baxıb onları donmuş zənn edərsən" ifadəsi ilə insanların bu məsələni necə dəyərləndirdiyini əvvəlcədən xəbər verib. Ancaq ayənin davamı ilə bir həqiqəti də açıqlayıb və dağların buludların keçdiyi kimi keçib getdiyini xəbər verib. Göründüyü kimi, ayədə dağların yerləşdiyi təbəqənin hərəkət etməsinə aydın şəkildə diqqət yetirilir. Elmin yeni kəşf etdiyi bu həqiqətin Quranda bildirilməsi, şübhəsiz ki, Quranın möcüzələrindən biridir.