Mutasiyalar simmetriya düşmənidir

Mutasiyalar simmetriya düşmənidir

Günəbaxanın yarpaqlarında, ilbizin qabığında, şam qozasında ya da barmaqlarımızı uzunluğunda olan riyazi nisbət Allahın yaratdığı fövqəladə gözəlliklərdən, nemətlərdən biridir. Bu, elm adamlarının "Qızıl nisbət" adını verdikləri heyranlıq oyandıran bir uyğunluqdur.

Qızıl nisbət adı verilən və Orta əsrlərin ən məşhur riyaziyyatçısı Fibonaccinin tapdığı say silsiləsinin xüsusiyyəti, silsilədəki ədədlərdən hər birinin özündən əvvəl gələn iki ədədin cəmindən meydana gəlməsidir. Fibonacci sırası 0, 1, 1, 2, 3, 5, 8, 13, 21, 34, 55, 89, 144, 233, 377, 610, 987, 1597, 2584, ... şəklində davam edir. Silsilədəki ədədlər bir əvvəlkinə bölündüyündə, bir-birinə çox yaxın ədədlər əldə edilir. Hətta silsilədəki 13-cü yerdə olan ədəddən sonra bu say sabitlənir. Həmin bu say "qızıl nisbət" olaraq adlandırılan 1,618 - dir. Bu möhtəşəm nisbət, Allahın möcüzəsi olaraq, təbiətdəki bir çox varlıqda müşahidə edilir. Hüceyrələrimizin içindəki DNT zəncirindən kosmosdakı qalaktikaların formalarına, qar kristallarından mikrocanlılara, buynuz və dişlərdən ilbiz qabıqlarına qədər qızıl nisbəti tapmaq mümkündür. Qızıl nisbətə ən maraqlı nümunə, insan bədənidir.

Rəbbimiz, Quranda "Allah, hər şey üçün bir ölçü təyin etmişdir" şəklində bildirir (Talaq surəsi, 3)

Həmin "Qızıl nisbət", Allahın bizlər üçün var etdiyi üstün yaradılış dəlillərindən biridir.